2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə20/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   16   17   18   19   20   21   22   23   ...   238

 

39 


sollarından  gələcəyəm  –  yəni  onları  günah  etməyə  həvəsləndirəcəyəm. 

Şeytan  üstlərindən  deməyə  (cürət  etmədi)  bacarmadı.  Çünki  bilirdi  ki, 

üstlərində nəzarətçi Allahdır. İmam Şabi 



 rahmətullahi aleyhi 



 deyir ki: 

«Uca  və  Böyük  olan  Allah  rəhməti  onların  üzərindən  enər»

103

.  «Sənin 



izzətinə  qüdrətinə  and  olsun  ki,  onların  hamısını  azdıracağam.  Yalnız 

Sənin  sadiq  bəndələrindən  başqa».  (Sad  82).  «İblis  dedi:  Ey  Rəbbim! 

Məni  azdırmağına  and  içirəm  ki,  mən  də  insanlara  (günahlarını)  yer 

üzündə yaxşı göstərib onların hamısını yoldan çıxardacağam». (əl-Hicr 

39). «Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin. Kim şeytanın 

getdiyi yolla getsə o, sizi çirkin və pis işləri görməyi əmr edər». (ən-Nur 

21). «Şeytan Adəmə vəsvəsə edib dedi: Sənə əbədiyyət ağacı və köhnəlib 

xarab olmayacaq bir mülkü göstərimmi». (Ta ha 120). «Ey insanlar! Yer 

üzündəki  şeylərin  təmiz  və  halalından  yeyin.  Şeytanın  izi  ilə  getməyin. 

Həqiqətən şeytan sizin açıq-aydın düşməninizdir. O, sizə pis və murdar 

şeyləri  görməyi  və  Allaha  qarşı  bilmədiyiniz  şeyləri  deməyi  əmr  edir». 

(əl-Bəqərə  168-169).  «Həqiqətən  şeytan  sizin  düşməninizdir,  onu 

(özünüzə)  düşmən  tutun.  O,  özünə  uyanları  Cəhənnəm  əhli  olmağa 

çağırır».  (Fatir  6).  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu: 



«Şeytan  Adəm  oğlunun  yollarında  oturur.  Onun  İslam  yoluna  oturaraq 

deyir:  «Müsəlman  olub  öz  dinini,  atalarının,  babalarının  dinini 

buraxacaqsan. Adəm oğlu ona qarşı çıxaraq müsəlman olur. Sonra şeytan 

hicrət yolunda oturur və: «Hicrət edirsən, öz yurdunu, ölkəni tərk edirsən. 

Ömür  boyu  at  belində  gəzən  birisimi  olcaqsan»  deyər.  Adəm  oğlu  ona 

qarşı  çıxaraq  hicrət  edər.  Sonra  şeytan  onun  cihad  yolunda  oturar  və: 

«Cihad  edirsən.  Bu  canını  və  malını  çətinliyə  salma,  təhlükəyə  atma. 

Vuruşaraq  öldürüləcəksən.  Zövcən  başqasına  nigahlanacaq,  malın 

dağıdılacaq».  Adəm  oğlu  ona  qarşı  çıxaraq  cihad  edər.  Kim  belə  edərsə 

onu  Cənnətə  qoymaq  Allah  üzərinə  bir  haqdır.  Kim  şəhid  olarsa  onu 

Cənnətə salmaq Allah üzərinə bir haqdır»

104


. İbm Qeyyim 



 rahmətullahi 



aleyhi 



  ən-Nəs  asursinin  təfsirini  edərkən  şeytanın  təhlükəsini, 

vəsvəsəsini və şərini belə açıqlayır: «Şeytanın şəri altı mərtəbədir. Adəm 

oğullarını bu mərtəbədən birinə salmaq istəyər. 1. Şirk və Küfr şərri. Allah 

və  Rəsuluna  düşmən  olma  şərri.  2.  Bidət  mərtəbəsi.  Bu  mərtəbə  şeytan 

üçün  fısq  və  günah  mərtəbəsindən  daha  sevimlidir.  3.  Böyük  günahlar 

mərtəbəsi.  4.  Kiçik  günahlar  ki,  çox  edildikdə  sahibini  həlak  edir.  5. 

Savabı  və  günahı  da  olmayan  mübah  əməllərlə  məşğul  etmək.  Qulun 

                                                        

103


 Təbəri «Camiul Bəyan» 5/133-136, Lələkai «Usulu Etiqad» 3/397. 

104


 Əhməd 3/483, Nəsəi 3/20, əl-Albani «Səhih Silsilə» 2979.  


 

40 


vaxtını boş şeylərə keçirməklə məşğul edər. 6. Daha fəzilətli əməl varkən, 

ondan aşağı olan fəzilətli əməli etməklə məşğul edər»

105

.  


 

GÜNAHLARA YOL AÇAN BƏZİ SƏBƏBLƏR VƏ 

ONLARIN DƏRMANI 

Şübhəsiz ki, günahlara yol açan səbəbləri bilmək, qəlbi günahlara qarşı 

müalicə etməyə və onları tərk etməyə kömək olur. Xəstəliyin müalicəsi də 

ona yol açan səbəbləri aradan qaldırmaqla  olur. Burada günaha yol açan 

səbəbləri,  hamısını  olmasa  da  Allahın  nəsib  etdiyi  qədərini  açıqlamağa 

çalışacağıq.  Allahdan  mənə  və  bu  kitabı  oxuyanlara  günahları  tərk 

etməkdə kömək olmasını diləyirik.  

1.  İmanın  zəifliyi  və  təqvanın  yoxluğu  –  İmanı  gücləndirmək,  qəlbi 

təqva  və  Allah  qorxusuyla  diriltmək.  İman  və  Təqva  gücləndikcə  Allah 

qorxusu  da  artar.  Allah  qorxusu  günahları  tərk  etmək  üçün  ən  mühüm 

müalicə yoludur. İbn Həcər Heytəmi 



 rahmətullahi aleyhi 



 deyir ki: «Bil 

ki, insanı günahlardan uzaq edən ən böyük şey Allahdan qorxmaq, Onun 

güc və intiqamından çəkinmək, cəza, əzab və qəzəbindən çəkinməkdir. Bu 

səbəblə onun əmrinə zidd davrananlar, başlarına bir bəla və ya müsibətin 

gəlməsindən  qorxsunlar»

106

. Qorxu Allaha  yaxın  ola bilmək üçün  qulları 



elm  öyrənməyə  və  əməl  etməyə  sövq  edən  bir  qamçıdır,  əzaları 

günahlardan  çəkindirən  və  onları  ibadətlə  bağlayan,  pis  arzu  və  zövqləri 

yandıran,  əzaları  tərbiyyə  edən,  qəlbi  itaətkar  və  alçaq  könüllü  edən, 

təkəbbürlüyü,  riyanı,  həsəd  və  kini  uzaqlaşdıran  ən  böyük  səbəbdir. 

Beləcə qəlb diqqətini qorxduğu şey üzərində toplayar, pis aqibət haqqında 

düşünər  və  boş  şeylərlə  məşğul  olmaz.  Qorxunun  olmaması  qəflət  və 

günahlara düşməyə səbəbdir, həddən artıq qorxmaq isə ümüd kəsməyə yol 

açar.  Qulun  günah  etməməyə  səbr  etməsi  onun  imanının  qüvvəsinə 

bağlıdır. İmanı  nə  qədər güclü  olarsa səbri də qüvvətli  olar. Amma  iman 

zəif  olarsa səbri də zəif  olar. Sağlam bir imana sahib  olmadan  haram  və 

günahları tərk edə biləcəyini zənn edən kimsə xəta edər. Əgər qəlbdə iman 

lampası güclənib onun nuru qəlbin hər bir güşəsini nurlandırdıqda bu nur 

əzalara da yayılar. Beləcə əzalar imanın bu çağırışına həmən qulaq verər, 

itaətsizlik və tənbəllik etmədən ona itaət edərlər.  



2. Allahı tanımamaq, əmr və qadağalarını bilməmək – Allahı tanımaq, 

İsim,  Sifət,  əmr  və  qadağalarını  öyrənmək.  İbn  Qeyyim 



  rahmətullahi 

aleyhi 



  deyir  ki:  «Cəhalət  öldürücü  bir  xəstəlikdir,  onun  şəfası  isə  iki 

şeydədir:  Quran  və  Sünnə.  Həkimi  isə  Rabbani  alimdir».  Ömər  b. 

                                                        

105

 İbn Qeyyim «Təfsirul Qeyyim» s. 612-613, «Mədaricus Salikin» 1/222.  



106

 «əz-Zəvacir İktirafi Kəbair» s. 21.  




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə