2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə19/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   15   16   17   18   19   20   21   22   ...   238

 

37 


Şəkk yoxdur ki, insan üzərinə vacib  olanı  öyrənməlidir. Peyğəmbər 



 



sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Elm  tələb  etmək  hər  bir 

müsəlmana  fərzdir»

102


.  Elm  öyrəndiyin  zaman  üzərindən  cahilliyi 

qaldırmaq üçün səy göstərməlisən. Bu cahillik də Allahın Rəsuluna nazil 

etdiyini  öyrənməklə  qaldırılır.  Elmdə  olan  ixlas  cahilliyi  üzərindən 

qaldıraraq  Allahın  bəsirətinə  ibadət  etməklə  olur.  Elm  tələb  edən 

müsəlman,  əməlinin  şəriətə  müvafiq  olmasına  həris  olan  insan  mənfəətli 

elmi  öyrənir.  Öz  halını  düzəldəcək  elmi  öyrənir.  İlk  öncədə  fərz  olan 

elmlər vardır ki, onları öyrənməyə həris olmaq lazımdır. 

Sənə  ən  yaxın  olan  nəfsindir  və  sən  ən  çox  öz  nəfsinlə  müamilə 

edirsən.  İnsan  öz  nəfsi  ilə  necə  rəftar  etməlidir?  Allah  və  Rəsulu 

müsəlmana  vacib  olanı  Quran  və  Sünnədə  bəyan  etmişdir.  «And  olsun 



nəfsi yaradana, sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini 

öyrədənə  ki,  nəfsini  təmizləyən  mütləq  nicat  tapacaqdır.  Onu  (günaha) 

batıran isə əlbəttə ziyana uğrayacaqdır». (əş-Şəms 7-10). İnsan öz nəfsini 

təmizləməlidir.  Çünki  nəfsin  həm  şərə,  həm  də  xeyirə  yönəlməsi  vardır. 

Əgər  insan  öz  nəfsini  təmizləmək  üçün  səy  göstərərsə  artıq  o  nəfs  yaxşı 

nəfs  sayılar  və  o  nəfsin  sahibi  də  xoşbəxt  olanlardan  olar.  Nəfsin 

təmizliyi,  xoşbəxtliyi  ümumi  bir  işlə  olur  ki,  o  da  nəfsin  axirətə  bağlan-

masıdır.  Bu  qürur  diyarından  uzaqlaşmasıdır.  Nəfs  bütün  hallarda, 

istəklərdə  axirət  diyarına  bağlanmalıdır.  İlk  öncə  insan  nəfsi  üçün  axirət 

diyarında  yararlı  olan  bir  şeyə  baxmalıdır.  Baxmalıdır  ki,  axirətdə  nəfsi 

üçün nə kimi yararlı şeylər varsa onları etməlidir. Əgər insan nəfsini axirət 

diyarına  bağlayarsa  Cənnəti  diləyərək,  Cəhənnəmdən  qorxaraq  bu  nəfs 

Cənnətə  aparan  əməlləri  görməyə  səy  göstərər  və  Cəhənnəmdən 

uzaqlaşdıran əməlləri tərk etməyə səy göstərər. Nəfsin təmizlənməsi üçün 

üç meyar vardır.  

1. İnsan nəfsini, qəlbini islah etməklə təmizləyir. Qəlbində Tövhidi və 

İxlası yerləşdirməklə. Qəlbdə ixlasın olması nəfsin təmizlənməsi üçün ən 

əzəmətli  şeylərdən  biridir.  Çünki  insanın  qəlbində  müştərək  sevgilər 

vardır. Əgər insanın nəfsində Allah sevgisi ən ucadırsa nəfsin istəkləri də 

Allahın  istəyinə  uyğun  olacaqdır  və  qəlbində  olan  ixlas  daha  böyük 

olacaqdır. Bununla da onun Allaha yönəlməsi günbəgün artacaqdır. İxlasa 

tabe  olur  qəlb  ibadətləri.  Çünki  qəlb  ibadətlərinin  əsası  ixlasdır.  Qəlbin 

islahı da yalnız qəlbin Allahla olması ilə olur. Qəlbdə ən əzəmətli bir şey 

Allah  olmalıdır.  Nəfsin  islahı,  düzəlməsi,  təmizlənməsi  ən  uca 

mətləblərdəndir.  Allah  və  Rəsulu  bəndə  üçün  ən  sevimli  bir  şey  olmalı-

dır.  Bəndəni  hərəkətə  gətirən  sevgidir.  İbn  Teymiyyə  –  rahmətullahi 

                                                        

102

 əl-Albani «Səhihul Cəmi» 3808. 




 

38 


aleyhi 



  deyir  ki:  «İnsanların  hər  bir  işində  onları  hərəkətə  gətirən 

sevgidir.  Əgər  insan  axirət  diyarını  sevərsə  ona  tərəf  hərəkət  edər.  Əgər 

dünyanı  sevərsə  onun  üçün  hərəkət  edər».  Hər  bir  şeyin  kökü,  əsası 

məhəbbətdən  irəli  gəlir.  İnsanın  qəlbində  olan  məhəbbətin  miqdarına, 

əzəmətinə  görə  insan  da  sevdiyi  şeyə  yönəlməsi,  hərəkəti  yaranır.  Əgər 

Allah  və  Rəsulu  insana  hər  bir  şeydən  sevimlidirsə  insanın  hərəkəti, 

bədəni, əzaları Allaha itaətdə olacaqdır.  



2.  Bəndə  Allahın  əmrlərini  yerinə  yetirməli  və  qadağalarından 

çəkinməlidir.  Bəndə  nəfsini  itaətə  yönəltməlidir.  Bununla  da  nəfs 

təmizlənir. Bəzi alimlər əmrləri tərk etməyin günahını qadağaları etməyin 

günahından daha üstün görürlər, bəziləri isə əksinə fikirləşirlər. Lakin əsas 

odur ki, bunların ikisində də nəfsin təmizlənməsi vardır. Bəzən insanların 

çoxu  nəfslərinə  qarşı  səhlənkar  yanaşaraq  fərzləri  tərk  edir,  qadağaları 

işləyirlər. Bundan sonra da onun nəfsində boğazdan keçməyən bir loxma 

kimi  çətinlik  yaranır.  Günahın  ardıyca  digər  bir  günah  gəlir.  Sələflər 

deyirlər ki: «Əgər sən görsən ki, bir nəfər günah edir bil ki, onun bundan 

başqa da günahları vardır. Əgər görsən ki, bir nəfər xeyirli işlər görür bil 

ki, onun bundan başqa da xeyirli işləri vardır. Şəkk yoxdur ki, yaxşı əməl 

özü ilə yaxşı əməl gətirir, pis əməlin ardınca isə digər bir pis əməl gəlir». 

Sən bilməlisən ki, sənin malik olduğun ən qiymətli şey nəfsindir.  

3.  Bəndə  öz  nəfsini  daima  hesaba  çəkməlidir  və  nəfsindən  qafil, 

bixəbər  olmamalıdır.  Bəndə  nəfsindən  qafil  qalarsa  nəfs  istədiyini  edər. 

Əgər  nəfsini  tərk  edərsə  nəfs  istədiyinə  uyar  və  sonra  arzular,  xəyallar 

içərisində olar. İnsan nəfsini pis şeylərdən çəkindirməli, nəfsini xeyirə və 

Allaha itaətə yönəltməlidir. 

13. Şeytan 

 Adəm 





 əleyhissəlam 

 dan günümüzə qədər insanlığın ən 



azğın  düşməni  şeytandır.  O,  hər  insanın  ən  amansız  düşmənidir.  Hər 

ibadət,  itaət  və  saleh  əməllərə  görə  insanlara  kin  duyar.  Şübhələrdən, 

şəhvət  və  digər  fitnə,  fuhuş  və  bəlalardan  doğan  bütün  günahları  onlara 

sevdirir.  «O,  sizə  pis  və  murdar  şeyləri  görməyi  və  Allaha  qarşı 



bilmədiyiniz  şeyləri  deməyi  əmr  edir».  (əl-Bəqərə  169).  «Sən  məni 

azdırıb  yoldan  çıxartdığın  üçün  mən  də  sənin  düz  yolunun  üstündə 

oturub  insanlara  mane  olacağam.  Sonra  onların  qarşılarından  və 

arxalarından,  sağlarından  və  sollarından  gələcəyəm  və  Sən  onların 

əksəriyyətini  şükr  edən  görməyəcəksən».  (əl-Əraf  14-17).  İbn  Abbas  

radıyallahu anhu 

 deyir ki: «Sonra onlara qarşılarından – onları axirətləri 



haqqında şübhəyə salacağam, sonra onlara arxalarından gələcəyəm – yəni 

onlara  dünyanı  çox  sevməyə  təşviq  edəcəyəm,  sağlarından  gələcəyəm  – 

yəni  dinlərində  onları  tərəddüdə  salacağam  (yaxşı  əməllər  tərəfdən), 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə