2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə18/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   14   15   16   17   18   19   20   21   ...   238

 

35 


oraya  əkilərsə  şeytan  onları  daima  suvarar  və  onlar  da  iradə  halına 

gələrlər. Sonra şeytan yenə sular: Bu səfər də onlar qətiyyətə, daha sonra 

isə  əmələ  dönər.  Buna  görə  də  düşüncələrin  qarşısını  almaq  iradə  və 

qətiyyətin qarşısını almaqdan yüngüldür)»

95

.  


Ağla  Gələn  Düşüncələr  Necə  İdarə  Edilir?  1.  Allahın  sənin  qəlbinə 

baxdığına və ağlından keçən hər şeyi bildiyinə dair bir biliyə sahib olmaq. 



2. Allahdan həya etmək. 3. Bu cür düşüncələr səbibi ilə Allahın gözündən 

düşməkdən qorxmaq. 4. Ondan başqasının sevgisini qəlbinə yerləşdirmək-

dən çəkinmək. 5. Bu cür düşüncələrin çoxalaraq qəlbindəki iman və Allah 

sevgisini  sən  heç  hiss  etmədən  də  qəlbindən  yox  olmasından  qormaq.  6. 

Bilməlisən  ki,  bu  düşüncələr  səni  ovlamaq  üçün  tələ  üzərində  qurulmuş 

bir  yemdir.  7.  Bu  düşüncələr  iman,  Allah  sevgisi  və  Ona  yönəlmə 

düşüncələri ilə bir yerdə ola bilməz. Çünki onlar bir-birinin ziddidirlər. Bu 

səbəblə də onlar bir yerdə qəlbdə olarlarsa mütləq biri digərinə qalib gələr 

və  onu  oradan  çıxardar.  Sonra  da  özü  orada  yerləşər.  8.  Bu  düşüncələr 

sahili  olmayan  dəniz  kimidir.  Qəlb  bu  dənizin  dalğaları  arasına  girərsə 

orada  boğular  və  qaranlıqları  içərisində  qeyb  olar.  Oradan  qurtulmaq 

istəsə  də  çıxış  yolu  tapa  bilməz.  Pis  düşüncələrin  sahib  olduğu  bir  qəlb 

qurtuluşdan  uzaqdır.  9.  Bu  pis  düşüncələr  axmaqların  dünyası  və 

cahillərin təmənnalarıdır. Bu səbəblə  də  onlar sahibinə sadəcə peşmanlıq 

və  rəzillik  gətirir.  Qəlbi  ələ  keçirdikdə  ora  vəsvəsələr  verər,  onun 

idarəçiliyini əlindən alar və əzaları ona qarşı qaldırar

96

.  


11. Şübhə 

 «Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən 



və iman gətirdikdən sonra  heç bir şəkk-şübhəyə düşməyənlərdir. Allah 

yolunda  malları  və  canları  ilə  vuruşarlar.  Məhz  belələri  sadiq 

olanlardır».  (əl-Hucurat  15).  Əbu  Abdullah  ən-Numan  b.  Bəşir  

radıyallahu  anhu 



  rəvayət  edir  ki,  Peyğəmbər 



  sallallahu  aleyhi  və 

səlləm 

  in  belə  buyurduğunu  eşitdim:  «Şübhəsiz  ki,  halal  da  bəllidir, 



haram  da.  Lakin  bu  ikisinin  arasında  (müştəbihat)

97

  bəzi  xüsuslar  vardır 



ki, insanların bir çoxu bunların (hökmünü) bilməzlər. Hər kim bu şübhəli 

şeylərdən  qaçarsa  öz  dinini  və  şərəfini  qorumuş  olar.  Hər  kim  də  bu 

şübhəli  şeylərə  duşərsə,  harama  düşmüş  olar…»

98

.  İbn  Qeyyim 





 

rahmətullahi  aleyhi 



  deyir  ki:  «Şübhə  fitnəsi  bəsirətin  zəifliyindən  və 

elmin  azlığından  meydana  gəlir»

99

.  Şübhəli  şeyləri  çox  edən  kimsənin 



                                                        

95

 əl-Fəvaid s. 46.  



96

 İbn Qeyyim «Tarikul Hicrəteyn» s. 175-176.  

97

 Müştəbihat 



 İmam Nəvəvi 



 rahmətullahi aleyhi - deyir: «Müştəbihatın mənası halal və haramlığı 

bəlli olmayan deməkdir. 

98

 Səhih Buxari 52; Səhih Müslim 1599. 



99

 «İğasətul Ləhfan» 2/165.  




 

36 


qəlbi  qaralar.  Çünki  elm  və  təqva  nurunu  söndürər.  Əli  b.  Əbu  Talibin 

oğlu,  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm  -  in  (qızı  Fatimə  

radıyallahu  anhə 

  nin  oğlu)  və  xoş  iyli  reyhanı  Əbu  Muhəmməd  əl-



Həsən - radıyallahu anhu 

 rəvayət edir ki, Peyğəmbər 





 sallallahu aleyhi 

və  səlləm  -  in  belə  buyurduğunu  eşitdim:  «Səni  şübhəyə  salan  şeylərdən 

uzaq  dur,  səni  şübhələndirməyən  şeylərə  tərəf  isə  yönəl»

100

.  Bu  fitnənin 



qaynağı Allahın dinini yaxşı bilməmək, şəriətini bilməmək, nəfsi arzulara 

uymaqdır.  



12.  Nəfsi  Arzular  -  «Qəlbini  Bizi  xatırlamaqdan  qafil  etdiyimiz, 

nəfsinin  istəklərinə  uyan  və  (hər)  işində  ifrata  varan  bir  kimsəyə  itaət 

etmə».  (əl-Kəhf  28).  «Əgər  sənə  gələn  elmdən  sonra  onların  istəyinə 

uysan,  o  zaman  Allahdan  qoruyacaq  nə  bir  dost,  nə  də  bir  köməkçi 

tapılar».  (əl-Bəqərə  120,145).  «Amma  kim  (Qiyamət  günü)  Rəbbinin 

hüzurunda  durmaqdan  qorxmuş  və  nəfsinə  istəyini,  şəhvəti  qadağan 

etmişsə,  həqiqətən  onun  yurdu  Cənnətdir».  (ən-Nəziat  40-41).  «Əgər 

haqq  (Quran)  onların  nəfslərinin  istəklərinə  tabe  olsaydı  göylər,  yer  və 

onlarda olanlar korlanıb gedərdi». (əl-Muminun 71).  

Nəfsi Dəvət: Allah öz Rəsulunu göndərib ki, insanları zülmətdən nura, 

öz  nəfsi  istəklərindən  Allaha  mühakiməyə  çıxartsın.  Peyğəmbər 



 

sallallahu  aleyhi  və  səlləm 



  öz  Rəbbindən  buyurdu:  «Mən  səni 

göndərmişəm  ki,  səninlə  imtahana  çəkmək  üçün  və  səninlə  imtahana 

çəkilmək üçün»

101

. Şatibi – rahmətullahi aleyhi 





 deyir ki: «Şəriət insanı 

öz havasına, nəfsi-istəyinə tabe olmaqdan çıxardaraq Allahın əmrinə tabe 

olmağa  görə  gəlmişdir».  Qula  vacibdir  ki,  öz  nəfsi  istədiyindən  kənara 

çıxsın və həqiqi qul olsun və qulluğu yerinə yetirsin. Kim özü üçün xeyir 

istəyirsə  bunu  öyrənməli  və  Allahın  Rəsuluna  nazil  etdiyi  elmi 

öyrənməlidir.  İnsanlarla  rəftar  etmək  üçün  şəri  elmə  ehtiyac  vardır. 

Müxtəlif insanlar da vardır ki, elm öyrəndikdə şəri elmlərlə yanaşı nafilə 

elmləri  də  öyrənirlər.  Bu  elmi  öyrəndikdə  nəfsində  ona  qarşı  ləzzət 

duyduğuna  görə  öyrənir. Hədis  elmini, fiqh  elmini  öyrənirlər nəfslərində 

ona ləzzət duyduqları üçün. İbn Teymiyyə  – rahmətullahi aleyhi 



  deyir 

ki:  «Belə bir kimsə  öz  nəfsi-istəyinə tabe  olmaqdan  kənara çıxmamışdır. 

İnsan  elmi  Allahın  əmridir  deyə  öyrənməli  və  başlamalıdır  fərz  olan 

ibadətlərdən».  

                                                        

100


  Tirmizi  2520,  Nəsai  5711,  əl-Albani  «Səhihul  Cəmi»  3372-ci  hədis  –  Bu  hədisin  sonu  belədir: 

Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Həqiqətən  doğruluq  sakitlikdir,  yalan  isə 



şübhədir». 

101


 Müslim.  


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə