2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə21/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   17   18   19   20   21   22   23   24   ...   238

 

41 


AbdulBərr 



 rahmətullahi aleyhi 



 dedyir  ki:  «Cahil  kimsə  yaşı çox  olsa 

da uşaqdır, alim isə yaşı az olsa da böyükdür».  



3.  Allahın  əfvinə  güvənib  bağışlanma  xəyallarına  dalmaq  –  Allahın 

əfvinə  ümüdlü  olmaqla  boş  xəyallara  dalmaq  arasındakı  fərqi  öyrənmək. 

İnsanlardan  bir  çoxları  böyük  günahlar  edir,  ibadətlərdən  uzaq  olurlar, 

sonra  da  elə  zənn  edirlər  ki,  Cəhənnəmə  düşüb  bir  az  yandıqdan  sonra 

Cənnətə  girəcəklər.  Şeytan  sahib  olduğu  hiylələri  ilə  insanların  bir  çox 

ibadətlərlə başlarını qataraq onların doğru yolda olduqlarını və yaxşı işlər 

etdiyini  onlara  vəsvəsə  edər.  Belələrini  görürsən  ki,  bir-iki  dəfə  sədəqə 

verir, lakin fərz zəkatı vermir, haramdan qazanan bir kimsə elə zənn edir 

ki,  bir-iki  quruş  sədəqə  verməklə  malını  təmizləyir,  halbuki  bilmir  ki, 

Allah pis malı qəbul etməz. İbn Qeyyim 



 rahmətullahi aleyhi 



 deyir ki: 

«Ey boş xəyallara aldanan kimsə! Bil ki, Allah İblisi ona əmr etdiyi bir tək 

səcdəni  etmədiyinə  görə  lənətlədi  və  uca  məqamından  qovdu,  Adəm 



 

əleyhissəlamı - ı yediyi bir loxma səbəbilə Cənnətdən çıxardı»

107


.  

4.  Şübhə  və  arzuların  çoxluğu  –  Haqqı  dəlilləriylə  öyrənmək,  dini 

fitnələrdən  qorunmaq,  Quran  və  Sünnəyə  sarılmaq.  Yəhyə  b.  Muaz 



 

rahmətullahi  aleyhi 



  deyir  ki:  «Mənə  görə  ən  böyük  aldanma  günah 

etməyə davam edib peşmançılıq çəkmədən bağışlanacağını, itaət və ibadət 

etmədən  Allaha  yaxın  olacağını,  Cəhənnəm  toxumlarını  əkib  Cənnətə 

girəcəyini, üsyanlar edərək itaətkarlarla bir yerdə olacağını, əməl etmədən 

mükafat  alacağını  və  həddi  aşdığı  halda  Allahın  rəhmət  etdəcəyini  zənn 

etməkdir»

108


.  İbn  Qeyyim 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Allahdan 

qaçaraq  Onu  qəzəbləndirəcək  yerlərə  gedən,  Onun  lənətini  haqq  edən, 

əmirlərini  zay  edən,  qadağalarını  bəsit  görən  bir  kimsə  necə  Allah 

haqqından  hüsnü  zənn  edə  bilər?  Allaha  döyüş  açan,  Onun  dostlarına 

düşmən,  düşmənlərinə  dost  olan,  kamil  sifətlərini  inkar  edən  kimsə  necə 

Allah  haqqında  yaxşı  niyyətlər  bəsləyə  bilər?  Yenə  də  Allahın  danış-

madığını, əmir və qadağa qoymadığını, razı olmadığını, qəzəblənmədiyini 

zənn  edən  bir  kimsə  Allah  haqqında  necə  hüsnü  zənn  sahibi  ola  blər? 

Hüsnü  zənn  Rəca/ümidli  olmaq  deməkdir.  Kimin  ümidü  onu  itaətə 

yönəldirsə  və  üsyandan  uzaqlaşdırırsa  bu  doğru  bir  ümüddür.  Lakin 

təmbəlliyi ümid zənn edən, ümidi də tənbəllik qəbul edən kimsə aldanmış 

deməkdir»

109

. İbn Rəcəb 





 rahmətullahi aleyhi 



 deyir ki: «Rəcadan qəsd 

edilən budur: Hər hansı bir qüsur edən kimsə Allah haqqında hüsnü zənn 

edər  və  Onun  günahını  bağışlayacağını  ümid  edər.  Bir  ibadət  etdikdə  də 

                                                        

107


 İbn Qeyyim «əl-Fəvaid».  

108


 İhyau Ulumid Din 2311.  

109


 Cəvabul Kəfi s. 38.  


 

42 


Allahın  onu  qəbul  etməsini  umar.  Lakin  cəzalandırmayacağını  ümid 

edərək günahlara baş vuran və onları tərk etməyən və peşmançılıq hissi də 

keçirməyən bir kimsə özünü aldadır deməkdir». Əbu Osman əl-Cizi deyir 

ki:  «Qurtulmağın  əlamətlərindən  biri  itaət  və  ibadət  edib  onun  qəbul 

olmamasından  qorxmaqdır.  Həlak  olmağın  əlamətlərindən  biri  də  üsyan 

edib qurtulacağını ümüd etməkdir»

110

. İbnul Covzi 





 rahmətullahi aleyhi 



 

deyir  ki:  «Dünyanın  aqibətini  düşünən  tədbirini  görər,  yolun  uzun 

olduğunu  bilən  səfərinə  hazırlıq  görər,  bir  şeyə  inanan  və  sonda  onu 

unudan,  Allah  qorxulmaya  daha  layiq  ikən  insanlardan  qorxan  kimsə 

sənin halın necə də qəribədir? Başqalarının ölümü sənə sənin də öləcəyini 

göstərir,  başqalarının  yatdığı  yer  sənə  də  yatacağın  yeri  göstərir.  Sən  isə 

sanki bunlardan xəbərsizsən».  



5.  Pis  insanlar  və  günahkar  kimsələrlə  bir  yerdə  olmaq  –  Saleh 

insanlarla  bir  yerdə  olmaq  və  elmilə  əməl  edən  alimlərin  həyatlarını 

öyrənmək.  Çox  günah  etməyin  səbəblərindən  biri  də  qulun  onu  günah 

etməyə  sövq  edən  insanların  içərisində  oturması  və  onlarla  dostluq 

etməsidir.  Alimlər  də  dini  qorumaq  üçün  pis  kimsələri  tərk  etməyi  və 

bununla bərabər saleh kimsələrlə birlikdə olmağı tövsiyə edirlər.  

 

GÜNAHLARIN TƏQDİR EDİLMƏSİNDƏ OLAN 

HİKMƏT 

Bu  da  Allahın  hikmətini  müşahidə  etməkdir. Bu  müşahidə səviyəsinə 

çıxan  qul  Allahın  onunla  günahları  baş-başa  buraxması,  günah  yollarını 

onun  üçün  hazırlamasındakı  hikməti  görür.  Əgər  Allah  istəsəydi  onu 

günahlardan  qoruyar  və  onunla  günah  arasında  əngəl  olardı.  Lakin 

Allahdan  başqa  heç  bir  kimsənin  edəməyəcəyi  çox  böyük  hikmətlərdən 

ötrü onunla günahları baş-başa buraxdı.  

1.  Allah  tövbə  edənləri  sevir  və  onların  tövbə  etmələrindən  ötrü  xoş 

olur. Tövbəni sevib xoş olduğu üçün qulun günah etməsini təqdir etmişdir. 

Günah etdikdən sonra tövbə etməsi təqdir edilir.  

2.  Qulun  Allahın  qorumasına  möhtac  olduğunu,  əgər  Allah  onu 

qorumazsa,  qaçınılmaz  olaraq  həlak  olacağını.  Çünki  parça-parça  etmək 

üçün  şeytanların  hər  tərəfdən  əllərini  ona  tərəf  uzatdıqlarını  ona 

bildirməkdədir.  



3.  Qulun  Ondan  yardım  istəməsini  və  düşməniylə  nəfsinin  şərindən 

Ona sığınmasını, Ona dua edib yalvarmasını.  



4.  Qul  saleh  və  istiqamət  üzərə  olduğunu  müşahidə  edərsə 

təkəbbürlənər  və  doğru  yolda  olduğunu  zənn  edər.  Allah  onu  günah 

                                                        

110


 Fəthul Bəri 11/301.  


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə