2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə29/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   25   26   27   28   29   30   31   32   ...   238

 

57 


qoymur» dedi. Sufyan əs-Souri 



 rahmətullahi aleyhi 



 deyir ki: «Etdiyim 

bir günaha görə beş ay gecə namazından məhrum qaldım».  



9.  Günahlar  insanın  ömrünü  qısaldır  və  ömrün  bərəkətini  silir.  Yaxşı 

əməllər  ömrü  uzatdığı  kimi,  günahlar  da  ömrü  qısaldır.  Alimlər  bu 

mövzuda  ixtilaf  ediblər.  Bir  qrup  deyir  ki:  «Ömrün  qısaldılması  onun 

bərəkətinin  getməsi  və silinməsidir. Bu da günahın təsirinin bir növüdür. 

Bu  görüş  doğrudur.  Çünki  ömrün  bərəkətinin  getməsi  günahların 

səbəbindəndir». Bir qrup da demişlər ki: «Günahlar ruzini azaltdığı kimi, 

ömrü də azaldır. Allah ruzinin artırılması üçün çoxlu səbəblər qoymuşdur 

ki,  bu  da  ruzini  artırır  və  çoxaldır.  Həmçinin  ömrün  də  çoxalması  üçün 

çoxlu səbəblər vardır ki, onu artırır və çoxaldır. Ömrün bəzi səbəblərdən 

azalması  kimi,  bəzi  səbəblərlə  artması  da  vardır.  Ruzi,  əcəl,  xoşbəxtlik, 

bədbəxtlik,  xəstəlik,  şəfa,  zənginlik  və  kasıblıq  hər  nə  qədər  Allahın 

qədəri  ilə  olsa  da  bütün  bunlar  səbəblərə  bağlı  olaraq  təqdir  edilmişdir». 

Üçüncü  qrup  isə  demişlər  ki:  «Günahların  təsiri  deyildikdə,  ömrün 

bərəkəti  silinir  deyildikdə  buradan  qəlbin  həyatının  yox  olması  qəsd 

olunur.  Buna  görə  də  Allah  kafiri  diri  deyil  ölü  saymışdır:  «Onlar 

ölüdürlər,  diri  deyillər



».  (ən-Nəhl  21).  Həqiqi  həyat  qəlbin  həyatıdır. 

İnsanın  ömrü  də  onun  həyatının  müddətidir.  Onun  ömrü  Allaha 

bağlandığı,  Allaha  yönəldiyi  və  Allaha  itaətlə  keçirdiyi  günləri  sayılır. 

İnsanın  ömrünün  anları,  saatları  yalnız  bu  anlardır.  Yaxşılıq,  təqva,  itaət 

insanın ömrü olan bu vaxtları artırır. O da onun ömrünün həqiqətidir. Bu 

anlardan geridə qalanları isə onun ömrü deyildir. Əgər insan Allahdan üz 

döndərərsə, günahlarla məşğul  olarsa onun  həqiqi  həyatının  günləri  yoxa 

çıxaraq  zay  olar.  Bunun  da  (itirdiyinin)  səmərəsini  Qiyamət  günü  bu 

sözləri dediyi zaman tapacaqdır: «Kaş ki, mən həyatım üçün əməl təqdim 



edərdim».  (əl-Fəcr  24).  Əgər  o,  xeyir  əməllərə  yönəlməzsə  artıq  o, 

ömrünün  hamısını  itirmişdir.  Ömrü  boşa  getmişdir.  Əgər  onun  dünya  və 

axirət  xeyirlərinə  çalışması  varsa  və  əgər  o,  günahlara  davam  edərsə 

günahlar sayəsində onun yolu uzanar. Çünki günahlar sayəsində maneələr 

yaranır və xeyir səbəbləri də onun üçün çətinləşir. Onun ziddi, günahlarla 

məşğul olduğuna görə. Bu da insanın ömründən həqiqi naqisləşməkdir.  

Bu  məsələnin  sirri  nədir?  Həqiqətən  də  insanın  ömrü  yaşadığı 

günlərdir. Onun həyatı ancaq Rəbbinə yönəlməsi, Allahı sevməklə, Allahı 

zikr  etməklə  və  Allahın  razılığını  qazanmaqla  sevinc  və  bolluq  içində 

yaşamasından ibarətdir. Bu vaxt da onun həyatı sayılar.  



10. Günahlar günah  doğurur. Günahlar onun  mislində  başqa günahları 

əkir. Hətta o  dərəcəyə çatır ki, insanın  o günahdan çıxması, uzaqlaşması 

çətinləşir. Sələflər deyir ki: «Günahların cəzalarından biri də o günahdan 



 

58 


sonra  bir  günahın  da  meydana  gəlməsidir.  Yaxşı  əməlin  də  mükafatı 

ondan  sonra  başqa  bir  yaxşı  əməlin  meydana  gəlməsidir».  Əgər  insan 

yaxşı əməl edərsə digər yaxşı bir əməl deyər: «Məni də et!». Ona da əməl 

edərsə  üçüncü  yaxşı  bir  əməl  deyər  ki:  «Məni  də  et!».  Beləliklə  də  o 

kimsənin  savabı  artar  və  qazancı  çoxalar.  Günahlar  da  belədir.  Hər  dəfə 

insan  günah  etdikdə  digər  bir  günah  deyər:  «Məni  də  et!».  Yaxşı  əməl 

edən insan itaətləri tərk edərsə nəfsi sıxılar. Bu geniş dünya ona dar gələr. 

Özünü sudan çıxan balıq kimi hiss edər. İtaəti tərk edən insan da itaəti tərk 

etdikdə  o  balığa  oxşayır.  Bu  vəziyyətdən  yalnız  ona  (itaətə)  döndükdə 

qurtular. Ona dönüncə rahatlaşar, hüzur tapar və sevinər.  

Günahkar insan da günahı tərk edib itaətə yönələrsə yenə də onun nəfsi 

sıxılar,  sinəsi  daralar.  Hətta  günaha  qayıdana  qədər.  Bəzi  fasiqlər  vardır 

ki,  onlar  günahları  heç  bir  ləzzət  tapmadan,  ona  yönəldən  heç  bir  səbəb 

olmadan  sırf  günahdan  ayrı  qalmağın  verdiyi  acıdan  ötrü  günaha 

qayıdırlar. Nəyə görə bunu edirlər? Nə ləzzət vardır, nə də ona aparan bir 

yol.  Ondan  (günahdan)  uzaq  olduğuna  görə  ağrı  çəkir  və  ona  yönəlir. 

Bəndə  bu  itaətdə  o  qədər  çalışar,  əziyyət  çəkər  ki,  artıq  bu  itaət  onun 

qanına keçər, itaəti sevər və  ona vərdiş  edər. Onu hər şeydən üstün tutar 

və  Allah  ona  Öz  rəhməti  ilə  mələklər  göndərər  ki,  onu  doğru  yola 

yönəltsinlər,  onu  həvəsləndirsinlər.  Mələklər  onu  yatdığı  və  oturduğu 

yerdən qaldırıb itaətə yönəldərlər. Günahkar insan isə günaha öyrəndiyinə 

görə Allah ona şeytanlar göndərər ki, onu davamlı olaraq günahlara sövq 

edərlər. Bu da bəndəyə ən qorxulu olanıdır.  

11.  Günahlar  qəlbin  iradəsini  zəiflədir.  Artıq  qəlb  zəifləyərsə  günaha 

olan istək (iradə) güclənər. Get-gedə onun tövbəyə olan istəyi də zəifləyər. 

O qədər zəifləyər ki, artıq tövbəyə olan istəyi bütünlüklə qəlbindən çıxar. 

Hətta o  dərəcəyə  çatar ki,  onun  yarısı  ölsədə belə tövbə  etməz.  Artıq bu 

kimsə etdiyi bir çox günaha görə dil ucu yalançıların tövbəsini edər, qəlbi 

isə günaha bağlıdır, günaha davam edir, fürsət tapan kimi ona qayıdır. Bu 

da xəstəliklərin ən böyüyüdür və həlaka ən yaxınıdır.  

12.  Günahların  zərərlərindən  bir  də  qəlbin  günahları  çirkin 

görməməsidir.  Qəlbdə  günaha  qarşı  olan  nifrət  azalır.  Artıq  günah  adətə 

çevrilir.  Artıq  insanların  onu  görmələri  və  haqqında  danışmaları  onu 

qorxutmaz  və  bunu  pis  də  qarşılamaz.  Bu  hal  fasiqlərə  görə  əyləncənin 

zirvəsi  və  zövqüdür.  O  dərəcəyə  çatır  ki,  günahı  etdikdə  onu  pis  də 

qarşılamır.  Bu  günahla  fəxr  edir.  Bilməyənlərə  onu  danışır.  Ey  filankəs! 

Mən  belə-belə  günah  etmişəm!  Bu  növ  insanlar  bağışlanılmayacaqlar. 

Nəyə  görə?  Belə  bir  insanların  qarşısında  çox  vaxt  tövbə  yolu  bağlanır. 

Tövbə  etməyə  müvəffəq  olmurlar.  Əbu  Hureyrə  -  radıyallahu  anhu 

 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə