2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə31/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   27   28   29   30   31   32   33   34   ...   238

 

61 


olmaz».  Bu  açıqca  görülən  bir  şeydir.  Çünki  ağlı  başında  olsaydı  onu 

günah  etməkdən  çəkindirərdi.  O  günahkar  bilir  ki,  Allahın  ovcunda  və 

nəzarəti  altındadır,  mələklər  onun  əməllərinə  şahiddirlər  yenə  də 

günahlara davam edir. Günah səbəbilə qaçırdığı dünya və axirət xeyirləri, 

günahı etməklə əldə etdiyi sevinc və zövqdən qat-qat çoxdur. Heç də ağıllı 

insan bu ləzzətləri buraxaraq bir parça zövq ilə dəyişə bilərmi? 



19.  Günahlar  qəlbi  möhürləyir.  Günahlar  çoxalarsa  sahibinin  qəlbini 

möhürləyər  və  o  qafillərdən  olar.  Sələflər  bu  ayə  barəsində  demişlər: 



«Xeyr,  əslində  onların  qəlblərini  qazandıqları  günahlar  qaplamışdır 

(pasla  örtmüşdür)».  (əl-Mutəffifin  14).  Bu  da  günahdan  sonra  günahın 

işlənməsidir.  Həsənul  Bəsri 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Günahın 

üstündən günahın işlənməsi qəlbin kor olmasıdır». Qəlb günahdan, Allaha 

asi  olmaqdan  pas  atır.  Əgər  günah  çoxalarsa  pas  qəlbə  hakim  olar  və 

nəticədə:  «Ran»  -  pas  adlanan  hala  gələr.  Bütün  qəlbi  bürüyər.  Pas  o 

qədər çoxalar ki, sahibinin qəlbinə damğa və kilit kimi vurular. Artıq qəlb 

örtük,  pərdə  içərisində  olar.  Əgər  bu  günah  işləmək  ona  düz  yolu 

tapdıqdan  sonra  hasil  olarsa  artıq  o  qəlb  əksinə  çevrilər.  Bu  şəkildə  altı 

üstünə  çevrilmiş  olar.  Bu  anda  onun  düşməni  onu  dost  tutar  və  istədiyi 

yerə onu yönəldər.  



20. Günahlar insanı Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 



 in lənəti 

altına daxil edir. Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 



 böyük  günah 

sahiblərini lənətləmişdir. Belə ki, böyük günah sahibləri bu lənətin altına 

girməsinə daha layiqdirlər.  



1)  Riba  Yeyən,  Verən,  Yazan  Və  İki  Şahid:  İbn  Məsud  -  radıyallahu 

anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və  səlləm 



 

buyurdu:  «Allah riba yeyənə, verənə  də  lənət  etsin. Dəllala və  iki şahidə 

də»


133

.  


2)  Rüşvət  Alan  Və  Verən:  (Abdullah  b.  Amr)  Əbu  Hureyrə  

radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və 

səlləm 



  buyurdu:  «Allah  lənət  edib  rüşvət  alana  da,  verənə  də»

134



Peyğəmbər 





 sallallahu aleyhi və səlləm 



 buyurdu:  «Məhkəmədə rüşvət 

alan və rüşvət verənə Allah lənət etsin»

135


.  

3)  Oğuruluq  Edənə:  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



 

buyurdu:  «Yumurta  oğurladıqda  və  ip  oğurladıqda  əli  kəsilən  oğruya 

Allah lənət etsin»

136


.  

                                                        

133

 Müslim 1597,1598, Bəğavi «Şərhu Sunnə» 8/54.  



134

 İmam Əhməd 2/212, İbn Məcə 2313, Tirmizi 13337, Əbu Davud 3080.  

135

 İmam Əhməd «Musnəd» 2/387, əl-Albani «Səhihul Cəmi» 5069.  



136

 Müslim 1978, Fəthul Bəri 12/81.  




 

62 


4)  Allahdan  Qeyrisinə  Qurban  Kəsənə:  Amir  b.  Vəsilə  -  radıyallahu 

anhu 

 deyir ki: «Bir dəfə mən Əli b. Əbu Talib - radıyallahu anhu 



 nun 


yanında  idim.  Bir  kişi  onun  yanına  gələrək  soruşdu:  «Peyğəmbər 



 



sallallahu  aleyhi  və  səlləm 



  sənə  sirr  olaraq  heç  nə  deməyib?».  Əli  



radıyallahu anhu 

 qəzəblənərək dedi: «Peyğəmbər 





 sallallahu aleyhi və 

səlləm 



  gizli  olaraq  mənə  heç  bir  şey  deməyib.  Yalnız  bu  dörd  şeydən 

başqa».  Kişi:  «Ey  əmirəlmöminin  onlar  nədir?»  deyə  soruşdu.  Əli: 

«Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 



 buyurdu: «Allahdan qeyrisinə 

qurban kəsənə Allah lənət etsin»

137


.  

5) Valideynləri Lənətləyənə: Əli - radıyallahu anhu 

 rəvayət edir ki, 



Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  mənə  dörd  şeyi  buyurdu: 

«Allah lənət etsin valideyinlərini lənətləyənə»

138

. Peyğəmbər 





 sallallahu 

aleyhi  və  səlləm 



  buyurdu:  «Valideynləri  təhqir  etmək  ən  böyük 

günahlardandır  (Başqa  rəvayətdə  lənətləmək)».  Səhabələr:  «Ya 

Rəsulullah!  Məgər  insan  öz  valideynlərini  təhqir  edə  bilərmi?»  deyə 

soruşdular.  Peyğəmbər:  «Bu  onun  valideynlərini  təhqir  edir,  o  da 

qayıdaraq onun valideynlərini təhqir edir» deyə buyurdu

139

.  


6)  Yenilik  Edənə  (Bidətçiyə)  Sığınacaq  Verənə:  Əli  -  radıyallahu 

anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və  səlləm 



  mənə 

dörd  şeyi  buyurdu:  «Allah  lənət  etsin  yenilik  edib  dini  dəyişənə 

(bidətçiyə, cinayətkara) sığınacaq verənə»

140

.  


7)  Yerin  Əlamətlərini  Dəyişənə  (Torpaq  Sərhədlərini):  Əli  

radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və 

səlləm 



 mənə dörd şeyi buyurdu: «Allah lənət etsin ərazilərin sərhədlərini 

dəyişdirən kimsəyə»

141


.  

8)  Bir-Birinə  Bənzəmək  İstəyən  Kişi  Və  Qadınlara:  İbn  Abbas  

radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və 

səlləm 



 lənət edib kişiyə bənzər qadınlara və qadınlara bənzər kişilərə (və 

ya bir-birilərinə oxşamaq istəyənlərə)»

142


.  

9)  Bir-Birinə  Geyimdə  Bənzəmək  İstəyən  Kişi  Və  Qadınlara:  Əbu 

Hureyrə  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu 

aleyhi  və  səlləm 



  buyurdu:  «Allah  lənət  edib  qadın  paltarı  geyinən 

kişilərə və kişi paltarı geyinən qadınlara»

143


.  

                                                        

137

 Müslim 1978, İmam Nəvəvi «Şərh səhih Muslim» 13/150. 



138

 Müslim 1978, İmam Nəvəvi «Şərh səhih Muslim» 13/150. 

139

 Buxari 10/338, Müslim 90, Əhməd 2/164.  



140

 Müslim 1978, İmam Nəvəvi «Şərh səhih Muslim» 13/150. 

141

 Müslim 1978, İmam Nəvəvi «Şərh səhih Muslim» 13/150.  



142

 Fəthul Bəri 10/332.  

143

 Əbu Davud, Həkim, əl-Albani «Səhihul Cəmi» 5905.  




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə