45
heç getməz. Onu xatırladığı zaman peşman olar, Allaha yalvarıb yaxarar,
o günahı silmək üçün çapalayar, Rəbbinin qarşısında boyun əyər və
bununla da təkəbbürlüyü və özünü bəyənməsi yox olub gedər. Beləcə də
Cənnətə girər. Bəzən qul bir yaxşı iş görər, o yaxşılıq da onun gözündən
heç bir vaxt getməz. Etdiyi o yaxşılığı görərək Allaha minnət edər, o
yaxşılığa arxayın olub təkəbbürlənər. Beləcə də Cəhənnəmə gedər».
20. Qul etmiş olduğu günah və xətalarını müşahidə edər, heç kimsədən
üstün olmadığını və heç kimsə üzərində haqqının olmadığını düşünməsinə
səbəb olur. Qul öz eyiblərini, günah və xətalarını müşahidə etdikdə Allaha
və Axirət gününə iman edən hər hansı bir müsəlmandan daha xeyirli
olduğunu düşünməz.
21. Belə bir hal qulu insanların eyiblərini araşdırmaqdan və onların
xətalarını düşünməkdən çəkindirir. Öz nəfsi və xətaları ilə məşğul edər.
Öz eyiblərini görərək insanların eyiblərini düşünməyənlərə müjdələr
olsun. Vay olsun öz eyiblərini unudaraq insanların eyibləriylə məşğul
olanlara! Birincisi səadətin əlaməti, ikinci isə bədbəxtliyin əlamətidir.
Amr b. As - radıyallahu anhu
–
deyir ki: «Mən o adama təəccüb edirəm
ki, qədər ona yetişdiyi halda o, qədərdən qaçar. Qardaşının gözündə çop
görür, öz gözündəki kötüyü isə unudur. Qardaşının ürəyində olan nifrəti
çıxarmağa çalışır, öz ürəyindəki nifrəti isə unudur…»
112
.
22. Qulun günahlar ilə baş-başa buraxılması qulun insanlara yaxşılıq
etməsi və mömin qardaşlarından xəta edən, günah edənlər üçün Allahdan
bağışlanma diləməsinə səbəbdir. Artıq onun dilindən düşməyən bir söz:
«Rəbbim! Məni, ana və atamı, müsəlman bacı və qardaşlarımı bağışla».
Çünki o, başına gələn müsibətin günah edən qardaşlarının da başına
gəldiyini və özü möhtac olduğu kimi onların da ehtiyac duyduğunu
bilməkdədir. Müsəlman qardaşlarının onun üçün bağışlanma diləməsini
istədiyi kimi özü də müsəlman qardaşları üçün bağışlanma diləyir.
23. Bununla qul geniş bir helm sahibi olmasına, ona pislik edənləri əfv
etməsinə və həmən onları cəzalandırmamasına sövq edir. Nəfsinin Rəbbi
ilə necə davrandığını görən bir qul, nəfsinin çox pis və xəta edən günahkar
biri olmasına baxmayaraq Rəbbinin ona davamlı olaraq yaxşılıq və ehsan
etməsini, özünün Ona olan ehtiyacını və bir göz qırpımı belə Ondan
nəzarətsiz olmadığını görən bir qul, insanların ona qarşı doğru olmalarını
və ona qarşı ehsanda olmalarını necə uma bilər? Halbuki Rəbbinə qarşı o,
belə davranmamışdır. Rəbbinin istədiyi hər bir şeydə Ona itaət etməmiş
olan bir qul, köləsinin, uşaqlarının, xanımının istədiyi hər bir şeydə ona
112
«Ədəbul Mufrad» 886.
46
itaət etmələrini necə gözləyə bilər? Bütün bunları İbn Qeyyim
–
rahmətullahi aleyhi
–
«Tarikul Hicrəteyn» kitabında gətirir.
GÜNAHLARI TƏRK ETMƏYİN FAYDALARI
Kişinin insaniyyət qazanması, irsinin qorunması, məxluqatı sevməsi,
qəlbin güclənməsi, nəfsin xoş olması, qəlbin nemətlərlə dolması,
könlünün rahatlanması, fasiq və zalımların qorxutmalarından əmin olması,
xəstəlik, sıxıntı və kədərin azalması, nəfsin izzətli olması, qəlb nurunun
qorunması, fasiq və zalımların zülmünə qarşı bir çıxış yolunun əldə
edilməsi, ummadığı yerdən ruzinin verilməsi, itaətlərin yerinə
yetrilməsinin asanlaşması, Allaha dua etməyin çoxalması, müsəlmanlara
zəfərin verilməsi, fasiq və asilərin çətinləşdirdikləri şeylərə qarşı asanlığın
gəlməsi, dualarına həmən cavab verilməsi, mələklərin ona yaxınlaşması,
şeytanın və şərli cinlərin ondan uzaqlaşması, insanların ona xidmət
etməkdə və ehtiyaclarını ödəməkdə bir-birilərilə yarışmaları, onunla
söhbət və yaxınlıq qurmaları, ölümdən qorxmaması, Rəbbinə qovuşması
ilə sevinməsi, qəlbində dünyanı kiçik, axirəti isə böyük görməsi, itaətin
dadını və imanın ləzzətini alması, ərşi daşıyan və başqa mələklərin
dualarına nail olması, qurtuluşa həris olması, Allahın onu sevməsi və s.
CƏNNƏT VƏ CƏHƏNNƏMLİKLƏRİN ƏMƏLLƏRİ
Cənnətliklərin əməlləri: Cənnətliklərin əməli iman və təqvadır.
Cəhənnəmliklərin əməli də küfr, fasiqlik və itaətsizlikdir. Cənnətliklərin
əməlləri Allaha, mələklərinə, kitablarına, Peyğəmbərlərinə, axirət gününə,
qədərə inanmaqdır. Allahdan başqa ibadətə layiq ilah olmadığına və
Muhəmmədin Allahın qulu və Rəsulu olduğuna inanmaq, namaz qılmaq,
zəkat vermək, Ramazanda oruc tutmaq, Kəbəni həcc etmək, Allahı görür
kimi ibadət etmək. Biz Onu görməsək də belə o, bizi görür. Danışarkən
doğru söyləmək, əmanəti sahiblərinə vermək, söz və anda bağlı qalmaq,
valideynlərə yaxşılıq etmək, qohumluq əlaqələrini kəsməmək, qonşuya,
yetimə, miskinə, köləyə və heyvanlara qarşı rəhmli olmaq. Allaha qarşı
səmimi olmaq, Ona təvəkkül etmək, Onu və Rəsulunu sevmək, Allahdan
qorxmaq və ümüd etmək, Ona yönəlmək, hökmünə səbr etmək və
nemətlərinə şükr etmək. Quran oxumaq, Allahı zikr etmək (dil və qəlb
ilə), Ona dua etmək, Ondan istəmək və Ona sığınmaq, yaxşılığı əmr edib,
pislikdən çəkindirmək, kafir və münafiqlərə qarşı Allah yolunda cihad
etmək, yaxşılığı kəsənlərlə əlaqə qurmaq, verməyənə vermək, haqsızlıq
edənə bağışlamaq. Şübhəsiz ki, Allah Cənnəti müttəqilər üçün
hazırlamışdır. Bunlar da gizlində də, açıqda xərcləyənlər, qəzəblərini
boğanlar, insanları bağışlayanlardır, Allah yaxşı olan və yaxşılıq edənləri