2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə35/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   31   32   33   34   35   36   37   38   ...   238

 

69 


dayanıb.  Üzən  adam  bacardığı  qədər  üzdükdən  sonra  yanında  daş  topası 

olan adamın yanına gəlib ağzını açar. O da daşları onun ağzına atardı. O, 

hər dəfə üzüb onun yanına gəldikdə ağzını açar o da daşları onun ağzına 

atardı.  Mən:  «Subhənəllah!  Bunlar  kimlərdir?»  dedim.  Onlar:  «Gedək! 

Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) çox 

iyrənc və çirkin bir adamın yanına gəldik (sən gördüyün çirkin adamların 

ən  çirkini).  Atəşi  alovlandırır  və  ətrafında  fırlanırdı.  Mən:  «Bu  nədir?» 

deyə  soruşdum.  Onlar:  «Gedək!  Gedək!»  dedilər.  Biz  yolumuza  davam 

edərək (bir müddətdən sonra) içində hər növ çiçəyin olduğu, sıx və uzun 

ağclarla  dolu  bir  baxçaya  çatdıq.  Baxçanın  ortasında  başı  göyə  doğru 

uzanan, başını görmədiyim uzun boylu bir adam vardı. Adamın ətrafında 

daha  əvvəl  heç  görmədiyim  sayda  çox  uşaqlar  vardı.  Mən:  «Bunlar 

kimlərdir?»  deyə  soruşdum.  Onlar:  «Gedək!  Gedək!»  dedilər.  Biz 

yolumuza  davam  edərək  (bir  müddətdən  sonra)  böyük  bir  ağacın  yanına 

çatdıq.  Bundan  əvvəl  bundan  daha  böyük  və  gözəl  ağac  görməmişdim. 

Mənə  «Ağaca  qalx!»  dedilər.  Birlikdə  o  ağaca  qalxmağa  başladıq. 

Nəhayət gəlib bir şəhərə çatdıq. Şəhər qızıl və gümüş kərpicdən tikilmişdi. 

Şəhərin  qapılarına  yaxınlaşdıq  və  açılmasını  xahiş  etdik.  Qapı  açıldı, 

şəhərə  girdik.  Bizi  bir  qrup  insanlar  qarşıladılar.  Vücudlarının  yarısı 

gördüklərinin  ən  gözəli  qədər  gözəl,  digər  yarısı  isə  gördüklərinin  ən 

çirkini qədər çirkin idi. Mənimlə gələnlər: «Gedin, o çaya girin!» dedilər. 

Onlar gedib çaya girdilər. Baxdım ki, bu şəhərin ortasından suyu düm ağ 

olan bir çay axır. Sonra onlar bizim yanımıza gəldilər. Çirkinlik onlardan 

getmiş  və  ən  gözəl  bir  hala  gəlmişlər.  Mənimlə  gələnlər  mənə:  «Bura 



Cənnətul-Adn (Ədn Cənnəti). Bu da sənin məqamındır» dedilər. Gözümü 

yuxarı  qaldırdıqda  düm  ağ  bulud  kimi  bir  saray  gördüm.  Onlar:  «Bura 

sənin evindir» dedilər. Mən də: «Bərəkəllahu Fikə 

 Allah səni mübarək 



etsin!  Mənə  icazə  verin  ora  girim?!»  dedim.  Onlar:  «İndi  yox.  Lakin  nə 

vaxtsa  sən  ora  girəcəksən»  dedilər.  Mən  onlara:  «Bu  gecə  qəribə 

mənzərələr  gördüm.  Bu  gördüyüm  şeylər  nədir?»  dedim.  Onlar:  «İndi 

sənə onları başa salarıq» dedilər.  

İlk  gördüyün  başı  daşla  yarılan  insan  Quran  oxumağı  öyrənmiş  lakin 

onu tərk  etmişdir (Quranı  oxumaz  və əməl  etməzdi) və fərz  namazlarına 

yatıb  qalardı.  Bu  da  onun  Qiyamətə  qədər  görəcəyi  qəbr  əzabıdır.  Ağzı, 

burnu və gözü boynunun ardına kimi cırılan insan isə səhər evindən çıxar-

çıxmaz hər tərəfə  yalan  yayardı (yalan  danışardı). Bu da  onun Qiyamətə 

qədər  görəcəyi  əzabdır.  Təndir  içində  gördüyün  kişi  və  qadınlar  isə 

zinakar  kişi  və  qadınlardır.  Bu  da  onların  Qiyamətə  qədər  görəcəyi 

əzabdır. Göldə üzən insan isə faiz yeyəndir. Bu da onun Qiyamətə  qədər 




 

70 


görəcəyi  əzabdır.  Atəşi  alovlandıran  çirkin  adam  isə  Cəhənnəmin 

gözətçisi  Malikdir.  Baxçada  gördüyün  uzun  boylu  adam  İbrahim 



 

əlehissəlam 



  dır.  Ətrafındakı  uşaqlar  isə  fitrət  üzərində  ölən  uşaqlardır. 

(Başqa  rəvayətdə  –  Fitrət  üzrə  doğulan  uşaqlardır).  Səhabələr:  «Ya 

Rəsulullah!  Orada  müşriklərin  də  uşaqları  vardır?»  Peyğəmbər 



 

sallallahu aleyhi və səlləm 

  buyurdu:  «Bəli,  müşriklərin  uşaqları  da»



176

Vücudlarının yarısı gözəl və yarısı çirkin olan kimsələr isə yaxşı əməllər 



ilə  pis  əməllər  etmiş  (bərabər  olan)  kimsələrdir.  Allah  isə  onları 

bağışlamışdır.  Birinci  girdiyin  ev  adi  müsəlmanların  evidir.  Bu  ev  isə 

şəhidlərin  evidir.  Mən  Cəbrail,  bu  isə  Mikail 



  əleyhimussəllam 



  dır. 

Başqa rəvayətdə - Mənə:  «Başını qaldır!»  dedilər. Başımı  qaldırdım.  Bir 

də  nə  görsəm  yaxşıdır.  Üstümdə  bulud  kimi  bir  şey  vardır.  Mənə:  «Bu 

sənin  evindir»  dedilər.  Mən:  «Buraxın  ora  girim»  dedim.  Onlar:  «Sənin 

ömrün  hələ  tamamlanmayıb.  Onu  tamamladıqda  ora  girəcəksən» 

dedilər


177

.  


24.  Günahlar  yer  üzündə  bir  çox  fitnə-fəsadın  və  pozulmaların 

səbəbidir  həm  suda,  həm  quruda,  həm  havada,  həm  əkində,  həm 

meyvələrdə, həm də yaşayış yerlərində. «İnsanların öz əlləri ilə etdikləri 

pis  əməllər  üzündən  suda  (dənizdə)  və  quruda  fəsad,  pozuntu  əmələ 

gələr  (bəzi  yerlərdə  quraqlıq,  qıtlıq  olar,  bəzilərində  zərərli  yağışlar 

yağar,  zəlzələ  baş  verər,  dənizlərdə  gəmilər  batar)  ki,  Allah  onlara 

etdikləri bəzi günahların cəzasını daddırsın və bəlkə onlar qayıtsınlar». 

(ər-Rum 41). Mücahid 



 rahmətullahi aleyhi 



 deyir ki: «Əgər zalım insan 

başçı olarsa və zülm edərsə Allah buna görə yağışı saxlayar və buna görə 

əkin və nəsil həlak olar. Allah isə fəsadı sevməz» dedi və yuxarıda qeyd 

olunan  ayəni  oxudu.  Sonra:  «Vallahi  bu  ayələrdə  sizin  düşündüyünüz 

dənizdən  söhbət  getmir.  Lakin  hər  bir  çayın  kənarında  salınan  kənd 

(şəhər)  qəsd  olunur».  İkrimə 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Suda 



(dənizdə)  və  quruda  fəsad,  pozuntu  əmələ  gələr 



  Mən  filan  dənizdir 

demirəm. Lakin su üzərində qurulmuş hər bir qəsəbədir deyirəm». Qatadə 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Quru  deyildikdə  çöl  əhli,  dəniz 

deyildikdə  isə  kəndlər  qəsd  olunur».  Allah  Quranda  şirin  suyu  dəniz 

adlandırıb.  «İki  dəniz  eyni  deyildir.  Birinin  suyu  çox  şirin,  dadlı  və 

                                                        

176

  Ölmüş  körpə  uşaqlar  haqqında  bir  cox  rəylər  var.  1)  Onlar  Allahın  istəyi  altındadırlar.  2)  Onlar 



hamısı  Cənnətlikdirlər.  3)  Ataları  haraya  düşəcəksə  onlar  da  oraya  düşəcəklər.  4)  Torpağa 

çevriləcəklər.  5)  Cənnət  ilə  Cəhənnəm  arasında  bir  yerdə  olacaqlar.  6)  Müşriklərin  uşaqları  Cənnət 

əhlinə  xidmət  edəcəkdir.  7)  Bu  məsələni  araşdıranda  susmaq  lazımdır.  8)  Araşdırmamış  susmaq 

lazımdır. 9) Hamısı Cəhənnəmdədir. 10) Allah onları imtanhan edəcəkdir. Ən doğru olanı 1-ci və 10-

cu rəylərdir.  

177


 Buxari 7047, Müslim 1781, Musnəd 5/14.  


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə