2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə38/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   34   35   36   37   38   39   40   41   ...   238

 

75 


insanın  şübhə  olmayan  bir  şeyə  qısqanclıq  etməsidir»

188


.  Sevdiyi  isə 

qısqanclığın  üzürlə  yanaşı  olmasıdır.  Qısqanclıq  anında  qısqanclıq  edir, 

üzür  yerində  isə  üzürü  qəbul  edir.  Kim  belə  edərsə  artıq  təriflənmişdir. 

Allah  bütün  kamil  sifətləri  özündə  topladığı  üçün  tərifə  hər  kəsdən  daha 

layiqdir.  Heç  kimsə  Onun  kimi  tərif  olunmaz.  O,  özünü  tərif  etdiyi 

kimidir.  

İnsanın başına gələn fikir vəsvəsəyə çevrilir, vəsvəsələr iradəyə, iradə 

güclənərək qətiyyətə və sonra da əmələ çevrilir. Bu əməl isə sahibi üçün 

daimi  bir  sifətə  çevrilir.  Belə  olduğu  zaman  artıq  o,  insanın  bu  sifətdən 

çıxması çətinləşir. İnsan nə qədər çox günah edərsə günah onun qəlbindən 

özünə,  ailəsinə,  uşaqlarına  qarşı  olan  qısqanclığı  çıxardar.  Hətta  o  qədər 

zəifləyər ki, çirkin bir şeyi çirkin görməz nə özündə, nə də başqalarında. 

Artıq  o  insan  bu  dərəcəyə  çatarsa  həlak  qapısına  girmişdir.  Bunları  pis 

görməməklə  kifayətlənməyərək  artıq  fahiş  işləri  başqalarına  bəzəyir, 

onları günaha həvəsləndirir, dəvət edir. Onu əldə etmək üçün ona yardım 

edir.  Buna  görə  də  dəyyus  Allahın  yaratdıqları  içərisində  ən  xəbis  insan 

sayılır. Öz ailəsində günahı etiraf edən kimsədir. İbn Ömər  - radıyallahu 

anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və  səlləm 



 

buyurdu: «Uç qrup insana Allah Cənnəti haram edib: İçki düşkünü olana, 

ata-anasına pislik  edənə və ailəsində pozğunluğa göz  yuman dəyyusa»

189



Bax  gör  insanın  qısqanclığının  aşağı  olması  nəyə  gətirir.  Bu  da  onu 



bildirir ki, dinin  əsası qeyrət və  qısqanclıqdır. Qeyrəti olmayanın  dini  də 

yoxdur.  Qısqanc  insan  qəlbini,  əzalarını  qoruyur  və  özündən  pislikləri 

uzaqlaşdırır. İnsanın qısqanclığının olmaması qəlbi öldürür və bununla da 

əzaları da ölür. Günaha qarşı artıq onda heç bir müqavimət qalmır. İnsanın 

qəlbində  olan  o  qısqanclığın  məsəli  bədəndə  xəstəlikləri  dəf  edən  gücə 

bənzəyir. İnsanda o müqavimət olmazsa xəstəlik bədəndə özünə yer qərar 

verər və bununla da həlak hasil olar. Qeyrət duyğusu eyni zamanda özünü 

və  balasını  müdafiə  edən  buynuzlu  qoça  oxşayır.  Buynuz  qırıldıqda 

düşməni ona göz dikər.  

28.  Günahlar  insanın  qəlbinin  ana  maddəsi  olan  həyasının  itməsinə 

səbəbdir. Həya qəlbin  əsas maddəsidir. Hər bir xeyirin əsasıdır. Həyanın 

itməsi də hər bir xeyirin itməsi deməkdir. İbn Ömər - radıyallahu anhu 

 



rəvayət  edir  ki,  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  ənsarlardan 



qardaşına həya haqqında  nəsihət verən birisinə  yetişdi. Rəsulullah:  «Onu 

                                                        

188

  Əbu  Davud  2659,  Nəsai  5/78,  Darimi  2/73,  Musnəd  5/445,  İbn  Hibban  1313,  Beyhəqi  «Sunən» 



7/308.  

189


 Əhməd 2/69, əl-Albani «Səhihul Cəmi» 3047.  


 

76 


burax,  həqiqətən  həya  imandandır»

190


.  İmran  b.  Hüseyn  -  radıyallahu 

anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və  səlləm 

 



buyurdu: «Həya, xeyirdən başqa bir şey gətirməz. (Başqa rəvayətdə: Həya 

büsbütün xeyirdir)»

191

. Əbu Hureyrə - radıyallahu anhu 



 rəvayət edir ki, 

Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 

 buyurdu: «İman  yetmiş  yaxud 



da altmışdan çox şöbələrdən ibarəddir. Ən fəzilətlisi, Allahdan başqa ilah 

olmadığını  -  Lə  iləhə  illəllah  -  söyləmək,  ən  aşağı  şöbəsi  isə  yolda  olan 

maneəni  dəf  etməkdir.  Həya  da  imanın  bir  şöbəsidir»

192


.  Rəsulullah 



 



sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Hər  bir  dinin  bir  əxlaqı  vardır. 

Şübhəsiz ki, İslamın əxlaqı da həyadır»

193

. Rəsulullah 





  sallallahu aleyhi 

və səlləm - buyurdu: «Həyasızlıq hər nədə olarsa mütləq onu qüsurlu edər 

və  həya  hər  nədə  olarsa  mütləq  onu  gözəlləşdirər»

194

.  Rəsulullah 





 

sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Həqiqətən  də  insanların 

Peyğəmbərlikdən  öyrəndikləri  ilk  söz:  «Əgər  həya  etmirsənsə  istədiyini 

et»

195


. İstədiyini et: Nə deməkdir? Birinci hədədir. Çünki utanmayan insan 

istədiyi qədər çirkin işləri edir. Onu o işləri görməyə vadar edən həyanın 

olmamasıdır.  Həya  yoxdursa  o  kimsə  bu  günahlara  düşəcəkdir

196


.  İkinci 

isə: Bir işi edərkən onu etdiyindən ötrü Allahdan həya etmirsə elə isə onu 

edə bilər. Utanmadığına görə edir

197


.  

«Dilədiyinizi  edin».  (əl-Fussilət  40).  Günahlar  bəndənin  həya 

duyğusunu zəiflədir. Hətta o dərəcyə gəlib çatır ki, həya bütünlüklə ondan 

soyulub  çıxır.  Artıq  bu  kimsə  insanların  onun  bu  əməlindən  xəbərdar 

olmaları,  bilmələri  ilə  təsirlənmir.  Çoxları  da  o  etdikləri  əməlləri 

(utanmadan,  çəkinmədən)  xəbər  verirlər.  Onu  buna  vadar  edən  həyanın 

olmamasıdır. Əgər bəndə bu  vəziyyətə  çatarsa onun  düzəlməsinə  heç bir 

ümüd də olmaz. Həya 

 həyat sözündən alınmışdır. Həmçinin də bərəkətli 



yağışa  da  həya  deyirlər.  Çünki  onunla  yer  üzü  həyata  gəlir.  Həmçinin 

dünya  və  axirət  həyatı  da  həya  adlandırılıb.  Əgər  bir  kəsin  həyası 

yoxdursa o, dünyada ikən ölü, axirətdə isə bədbəxtdir. Günahlarla həyanın 

azlığı  arasında  birləşmə  vardır.  Onlardan  hər  biri  digərini  çağırır. 

Günahlar həyasızlığı, həyasızlıq da günahları. Əgər bir kimsə günah etdiyi 

vaxt Allahdan həya etməzsə Qiyamət günü Allah ona cəza verməkdən də 

                                                        

190


 Buxari 24; Müslüm 36; 

191


 Buxari 6177, Müslüm 37. 

192


 Buxari 91, Müslüm 35. 

193


 İbn Məcə.  

194


 Tirmizi.  

195


 Buxari.  

196


 Əbu Ubeydənin açıqlamasıdır.  

197


 İmam Əhmədin açıqlamasıdır.  


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə