2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


Coğrafi determinizm və geosiyasət



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə16/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   12   13   14   15   16   17   18   19   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

Coğrafi determinizm və geosiyasət
məsələsinə də aydınlıq gətirmək vacibdir. Təbiətin 
cəmiyyətə təsir səviyyəsi o qədər yüksəkdir ki, bu sosiologiyada bütöv bir istiqamətin - coğrafi 
determinizmin yaranması üçün əsas olmuşdur. Onun tərəfdarları belə güman edirdilər ki, insan 
cəmiyyətinin inkişafı ona müxtəlif coğrafi amillərin həlledici təsiri ilə müəyyən olunur.
Beləliklə, 
insan və cəmiyyət
Kainatın tərkib hisəsi olub mikroaləmin (insan) və 
makroaləmin (kosmos) ierarxik uyğunlaşmasının ümumi zəncirində mövcuddur. L.Qumilyev 
passionar konsepsiyasının üzərində çox işləmişdir. Alimin fikrincə etnosların əmələ gəlməsi və 
sonrakı inkişafı bir çox təbii, o cümlədən, kosmik amillərdən (Günəş fəallığından, maqnit 
sahəsindən və s.) çox asılıdır. Etnosların inkişafını başlıca olaraq orada xüsusi adamların 
fovqəlenerjiyə malik olan, qarşıya qoyduqları məqsədə, hətta bu məqsəd xəyal kimi görünsə belə 
dəf edilməyən cəhdlər göstərən - passionarların olması müəyyən edir. Passionarların məhz 
fəallıqları, fəaliyyətlilikləri, Qumilyevin fikrincə, xalqların həyatında başlıca tarixi hadisələrlə izah 
olunur. Passionarlar kütləyə passionar induksiyası vasitəsi ilə təsir edirlər. Passionarların özlərinin 
fəaliyyəti isə landşaftla, tarixi zamanla və kosmik amillərlə (bir növ coğrafi, daha dəqiq isə kosmik 
determinizmi ilə) sıx bağlıdır. Təbiət və cəmiyyətin qarşılıqlı münasibətindəki ziddiyyətlərə də 
diqqət yetirmək yaxşı olardı.
İnsanların təbiətə olan münasibətlərinin dəyişməsindən bəşəriyyətin sabahı çox asılıdır. 
İnsanın, cəmiyyətin təbiətə münasibəti fəlsəfənin mühüm problemi olmuş və bu gün də olaraq 
qalır. İnsan tarixi və təbiət tarixinin qarşılıqlı əlaqəsi və qarşılıqlı şəkildə şərtlənməsinin başa 
düşülməsi, tarixi proseslərin ekoloji komponentlərinin dəqiq hesabatı - tarixin elmi anlaşılmasının 
əhəmiyyətli tərəfidir. Maddi istehsal, bütövlükdə cəmiyyətin bütün həyatı müəyyən təbii şəraitdən 
asılıdır. Əgər sistemin müasir təsnifatından istifadə etsək onda cəmiyyəti açıq sistem adlananlar 


25 
sırasına daxil etmək olar; cəmiyyət təbiətdən qida məhsulları götürür, istehsal vasitələri hazırlamaq 
üçün xammal alır, oradan istehsalın və ictimai həyatın inkişafı üçün konkret amillər kimi çıxış 
edir.

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə