2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə24/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   20   21   22   23   24   25   26   27   ...   108
Fəlsəfə imtahan sualları konspekti

Ekoloji böhranla
 bağlı bəzi məqamları qeyd etmək məqsədəuyğundur. Ekoloji vəziyyətin 
mümkün növləri arasında tədqiqatçıların diqqətini xüsusi ilə cəlb edən böhranlı vəziyyətdir. Bu da 
tam izah olunandır, belə ki, bu cür vəziyyət yalnız nəzəri deyil, həm də praktiki əhəmiyyət kəsb 
edir.  Ekoloji  böhran  deyərkən  «cəmiyyət-təbiət»  sisteminin  dinamik  inkişafının  pozulmasını 
xarakterizə  edən,  «cəmiyyət-təbiət»  münasibətlərinin  olduqca  kəskinləşməsi,  onun  ziddiyyət 
həddinə  çatması,  ekoloji  fəaliyyət  vasitəsi  ilə  sistemin  daxilindəki  əlaqənin  dəyişməsini  zəruri 
edən ekoloji vəziyyət tipi başa düşülür. Sistemin böhranı öz ifadəsini sistemin özündə, onun daxili 
ziddiyyətlərinin  inkişafında  tapır.  Bu  sistemin  daxili  inkişafında  onların  qanılıqlı  fəaliyyətində 
ekoloji böhranın imkanı yatır, lakin onların həlli də onların öz daxilindədir. Məsələn, belə güman 
edirlər ki, Amerikanın qədim sivilizasiyası (inklərin, asteklərin, mayyaların) torpağını həddindən 
artıq  istismarı  nəticəsində  yaranan  ekoloji  böhranın  nəticəsində  məhv  olmuşdur.  Elmi  tədqiqat 
üçün (istər nəzəri, istərsə də tətbiqi) ən böyük maraq antropogen ekoloji böhran təşkil edir. Bu da 
aydındır; öz mənşələri etibarı ilə onları prinsipcə aradan qaldırmaq olar, onları törədən cəmiyyətdə 
bu böhranı aradan qaldırmaq üçün kifayət qədər imkan da vardır.  
 
Aydındır ki, bu üç an ictimai mənşəyə malikdir. Onlardan ilk ikisi elmi-texniki inqilabdan 
birbaşa və bilavasitə yaranmışdır; xüsusilə də elmi-texniki tərəqqinin silahlanma sahəsinə tətbiqi 
burada  mühüm  rol  oynayır.  Üçüncü  anın  bəzi  izaha  ehtiyacı  var.  Birincisi,  sizdə  belə  bir  sual 
yarana bilər: əgər XX əsrin ikinci yarısında bəşəriyyət 20-30 il ərzində öz əhalisinin sayını iki dəfə 
artırırsa,  onda  Maltus  öz  fikirlərində  düz  deyildirmi?  Bu  suala  cavab  verərkən  nəzərə  almaq 
lazımdır ki,  əhalinin artımının  müasir sürəti bəşəriyyətin  inkişafı üçün norma deyildir  və  yaxın 
gələcəkdə onun kifayət qədər azalacağı gözlənilir (əvvəllər əhalinin iki dəfə artması üçün yüz əlli 
il lazım gəlmişdir). İkincisi, söhbət mütləq şəkildə əhalinin çox artımından getmir. Əgər bu gün 
zəif  inkişaf  etmiş  ölkələrdə  il  ərzində  əlli  milyon  adam  acından  ölürsə,  bu  yer  kürəsində  ərzaq 
ehtiyatlarının tükənməsi demək deyildir. Müasir elmi-texniki tərəqqi əkin sahələrinin becərilməsi 
və  hər  hektardan  otuz  sentinerdən  çox  taxıl  almağa  imkan  verir  və  bu  da  7  milyard  əhalini 
yedizdirməyə  kifayət edir. Bu ölkələrin geridə  qalmasına  səbəb onların  yaşadıqları  müstəmləkə 
həyatının qoyduğu izdir, onların istismar olunması,  ərzağın  əsas kütləsinin inkişaf etmiş şimalın 
əlində cəmlənməsidir. Beləliklə, biz bu gün əvvəllər görünməyən miqyasda olan ümumplanetar 
böhranla  üz-üzə  dayanımşıq,  ilk  baxışdan  sırf  ekoloji  böhran  xarakterində  olan  bu  vəziyyət 
sivilizasiyanın ümumi böhranına çevrilmişdir, bu da həyatın bütün sahələrini - iqtisadi, ictimai, 
mənəvi sahələri tam əhatə etmiş, onun normal inkişafına mane olmuşdur.  
Bu gün dünyadakı ekoloji vəziyyəti böhranlı vəziyyət kimi xarakterizə etmək olar. 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə