2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


-Qədim Hind və Çin fəlsəfəsi



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə32/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   28   29   30   31   32   33   34   35   ...   108
Fəlsəfə imtahan sualları konspekti

4-Qədim Hind və Çin fəlsəfəsi 
 
E.a.  I  miniiliyin  VI-V  əsrlərindən  Hindistanda  fəlsəfə  artıq  sisiemləşdirilmiş  şəkildə, 
müəyyən  cərəyanlar,  anlayışlar  formasında  mövcud  idi.  Burada  ən  ümumi  anlayışlar:  varliq, 
materiya, insan, həyat, kainat və s. haqqında əsasən dini-mifoloji, idealist səciyyə daşıyan fəlsəfi 
baxışlar,  materialıst  fəlsəfi  sezmələr  meydana  çıxmışdı.  Qədim  hind  fəlsəfi  fikri  hakim 


 
31 
brahmanizm  dini  təlimi  və  ona  müxalif  şəkildə  formalaşmış  «
Vedlər
»də  («ved»  -  «bilik» 
deməkdir) ifadə olunmuşdur. «Vedlər» - allahların şərəfinə oxunan dini himnlərin və mahnıların 
məcmusu idi. «Vedlər» əsasən dini səciyyə daşısalar da, onlarda kainat, varlıq, insan haqqında və 
s.  ümumiləşmiş  fəlsəfi  ideyalar  da  var  idi.  Müxtəlif  hissələrdən  ibarət olan  «vedlər»in  sonuncu 
hissəsini upanişadlar təşkil edirdi («Upanişad» sozünün lüğəti mənası «müəllimin ayaqları yanında 
oturanlar»  deməkdir.  Görünür,  onlar  «Vedlər»  öyrənən  şagirdlər  olmuşlar).  «Vedlərin»  əsas 
biliciləri  və
 
təbliğatçıları  yüksək  kastadan  (təbəqədən)  olan  müdrik  brahman  kahinləri  hesab 
olunurdular.
 
 
Sutrılar - fəlsəfi fikirlərin yığcam zərb-məsəllər, aforizmlər, atalar sözləri şəklində  ifadəsı 
idi.  E.ə.VI-V  əsrlərdən  Hindistanda  kortəbii  materialist  təlimlər  -  lokayat  və  çarvak  baxışları 
formalaşmışdır.  
Lokayat təlimi (ehtimal olunur ki, «lokayat» sözü «ancaq bu dünya» deməkdir) dini-mistik 
axirət ehkamını qəbul etmir, xoşbəxtliyin bu dünyada yaradılması zərurətini təbliğ edirdi.  
Çarvak təliminə görə («çarvak» - qədim hind dilində «dörd söz», «dörd mahiyyət» mənasını 
verir)  bütün  mövcudatın  əsasında dörd ünsür  - od,  su, hava, torpaq  durur. Varlıq bu ünsürlərin 
birləşməsindən  meydana  çıxır,  parçalanmasından  məhv  olub  gedir.  Çarvaklar  dünyanın  maddı 
vəhdəti ideyasını təbliğ edir, materiya və şüurun bir-birindən asılı olmayan ilkin başlanğıc olmasıni 
qəbul etmir, şüurun materiyadan əmələ gəldiyıni söyləyirdilər. 
 
 
Çində də  fəlsəfi  fikrin  meydana çıxması  və
 
inkişafı, Babilistan, Misir, Hindistan və başqa 
Şərq ölkələrinə uyğun olmuşdur. Burada da istehsalın inkişafı, quldarlığa keçilməsi, əqli əməklə 
məşğul  olan  xüsusi  insanların  -  müdriklərin  əmələ  gəlməsi,  astronomiya,  riyaziyyat,  tibb  və  s. 
elmlərin  meydana  çıxması  fəlsəfənin  də  yaranmasına  imkan  vermişdir.  «Müxalif»  mövqedən 
ölkəni  dolaşan  müdrik  kahinlər  qəbilə  inamlarına  qarşı  çıxır,  «Şi  tszin»  («Şerlər  qanunu»),  «İ 
tszin»  (Təbəddülatlar  kitabı)  və  başqa  kitab  və  mənbələrdə  ifadə  olunmuş  fəlsəfi  ideyaları 
yayırdılar. 
Qədim  Çin  fəlsəfəsini  altı  məktəb(konfusiyaçılıq,  daosizm,moizm,  naturfəlsəfə,legizm, 
adlar) təmsil edirdi ki, bunlardan da üçü(konfusiyaçılıq, daosizm,moizm) daha geniş yayılmışdı.  
Konfusiyaçılıq  -  e.ə.VI  əsrdə  Konfutsi  və  onun  ardıcıllıqlarının  adı  ilə  bağlı  formalaşmiş 
dini-fəlsəfi etik cərəyandır, baxışlar sistemidir. Yeni eranın  ərəfəsində  xüsusi dinə çevrilmişdir. 
Əsas  mənbəyi  «Söhbətlər  və  mühakimələr»  («Lun-yuy»)  adlı  kitab  hesab  olunur.  Bu  təlim 
əvvəlkilərdən  fərqli  olaraq  maddi  dünya  və  kosmoqoniya(kainatın  yaranması)  məsələlərinə  az 
maraq  göstərmişlər.  Onun  fələfəsinin  əsas  predmetini  insan  təşkil  edirdi.  Konfutsi  insan 
tərbiyəsini, əqli və əxlaqi cəhətdən yüksək inkişaf etmiş insanı ön plana çəkir. Konfutsiançılığın 
məqsədi  mövcud üsul  -  idarəni, quldarlıq  münasibətlərini qoruyub saxlamağa  xidmət olmuşdur. 
Bu  cərəyana  görə  cəmiyyətdə  «Jen»  adlanan,  Allah  tərəfindən  göndərilmiş  qanun  fəaliyyət 
göstərir.  Həmin  qanunu  yerinə  yetirmək  üçün  hamı  cəmiyyətdəki  davranış  normalarına,  rəsmi 
qaydalara,  adət-ənənələrə  əməl  etməlidir.  Konfutsi  qeyd  edırdı  ki,  cəmiyyətə  ağıllı  adamlar 
rəhbərlik  etməli,  möhkəm  nizam-intizam  olmalı,  «hakim-hakim,  tabe-tabe,  ata-ata,  oğul-ogul 
olmalıdır».  
Qədim  Çində  daosizm(dao-yol,  qanun  deməkdir)  məktəbi  də  geniş  yayılmışdı  (e.a.  lV-III 
əsrlər).  Bu  dini-fəlsəfi  təlimin  əsasını  qoyan  Lao-Tsziyə  görə  bütün  mövcudatın  ilkin  əsası  və 
mahiyyiəti  «dao»dan  («qanun»  mənasındadır)  ibarətdir.  Daosizmin  əsas  abidəsi  olan  «Dao-de-
tezin»a görə (e.ə. IV-II əsrlər) bütün maddi cisimlər «daonun təzahürləri» hesab olunur, Bu təlim 


 
32 
hər şeyin «dao» əsasında, daxili zərurət və qanunauyğunluğla baş verdıyini qəbul edir. Bu, daxili, 
təbii  «yoldur»  ki,  bütün  əşya,  cisim  və  insanlar  onu  izləməlidirlər.  Bu  təlimə  görə  «dünyada 
daonun olmadığı heç bir şey yoxdur. Dünya daonun fəaliyyəti üzrə hərəkət edir». Bu təlim, nəticə 
etibarilə, fatalizmə, insanın zərurətin qulu olması ideyasına gətirib çıxarır.  
Qədinı Çində görkəmli filosof Mo-Tszinin (468-376) adı ilə  bağlı moizm fəlsəfi təlimi də 
olmuşdur.  E.ə.  V-III  əsrlərdə  yayılmışdır.  Onu  ölkəni  dolaşıb  müdrik  sözlər  söyləyən  kahinlər 
yayırdılar.  Bu  təlimin  əsas  mənbəyi  indiyədək  gəlib  çatmış,  51  fəsildən  ibarət  olan  «Moizmin 
traktatı»dır.  «Hikməti  sevmək»,  «Vəhdətə  inam»,  «Ümumi  sevgi»,  «Hücuma  qarşı», 
«Xərcləməkdə  qənaət  haqqında»,  «Göylərin  iradəsi»  və  s.  adlı  fəsillərdə  varlıq,  insan,  ailə, 
davranış,  idarəçilik,  məntiq,  qnoseologiya  və  i.a,  məsələlərin  fəlsəfi  təhlili  verilmişdi.  Moizm 
məktəbi nümayəndələri varlıq, məkan, zaman, keyfiyyət, səbəbiyyət və s. kateqoriyaların ümumi 
xarakteristikasını  verib,  onları  mənimsəməyə  çalışmışlar.  Onlar  gerçəkliyin  dərk  edilməsinə 
hadisənin  səbəbinin  müəyyən  edilməsindən  başlamağı,  onun  başqaları  ilə  oxşar  və  fərqli 
cəhətlərinin  müəyyən  edilməsi,  novləri  parçalanması  və  s.  halların  manimsənilməsi  kimi 
baxırdılar. Onlar biliyin həqiqiliyinin yoxlanılmasının üç metodunu, üç qaydasını irəli sürmüşlər: 
«əsaslandırma», «mənbələr» və  «tətbiq edilmə». Bunlar isə naturalist materializm mövqeyindən 
təhlil edilirdi. 
Legizm
  -  qədim  Çində  konfusiançılıq  dini-fəlsəfi  cərəyanına  müxalif  meydana  çıxmışdı 
(latınca «legis» - «qanun» deməkdir). Leqizm - cəmiyyəti, dövləti, insanı idarə etmək haqqında 
fəlsəfi, etik, sosioloji təlimdir. E.ə. VI-III əsrlərdə yayılmışdı. Nümayəndələri Quan Çjın, Şan Yan, 
Xan  Vey  və  b.  olnıuşlar.  Leqizmə  görə  cəmiyyət  və  dövlət  idarəçiliyi,  konfusiançılıqdakı  kimi 
mənəvi,  əxlaqi  təkmilləşməyə  deyil,  «qanuna»,  intizama,  siyasətə,  fəlsəfi  biliyə  əsaslanmalıdır. 
Leqizmin  əsas  tələbləri  bunlar  idi:  «hökmdar  -  qanunun  yeganə  yaradıcısıdır»;  «hökmdar 
kütlələrin əhval-ruhiyyəsini, psixologiyasını bilməli, fəaliyyətində onlan nəzərə almalıdır»; «hamı 
qanun qarşısında bərabər olmalıdır»; «əsas fəaliyyət metodu mükafat və cəzadan ibarəl olmalıdır»; 
«nizamlı ordu dovlətin dayağıdır» və s.  
   
Qədim  Şərq  fəlsəfəsi  Avropa  və  dünya  mədəniyyətinin  sonrakı  inkişafında  çox 
böyük rol oynamışdır.  

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə