2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


Həyatın  sonlu  olub-olmaması  məsələsinə



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə31/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   27   28   29   30   31   32   33   34   ...   108
Fəlsəfə imtahan sualları konspekti

Həyatın  sonlu  olub-olmaması  məsələsinə
  də  diqqət  yetirmək  məqsədəuyğundur. 
Biosferanın, xüsusi ilə də onların təşkil olunduğu parçalanmış sistemlərin daxil olduğu mürəkkəb 
təşkilli sistemlər onları parçalayan xarici təsirə cavab olaraq öz-özünü müdafiə etmək, öz-özünü 
bərpa  etmək  xassəsinə  malikdir.  Lakin  bu  cür  xassələr  yalnız  müəyyən,  kifayət  qədər  məhdud 
həddə  özünü  göstərə  bilər.  Bu  həddə  çıxmaq  dərin  keyfiyyətli  dəyişikliyə  və  ya  hətta  onun 
dağılmasına  aparan  selə  bənzər  dəyişiklik  axınına  gətirib  çıxarır.  Canlıya  və  ya  bütövlükdə 
biosferaya bu cür xarici təsirin mənbəyi ən müxtəlif ola bilər - bu həm radiasiyanın səviyyəsinin 
onun  təbii  fonuna  nisbətən  kəskin  artması,  həm  canlı  orqanizmin  təkamülünün  uyğunlaşa 
bilmədiyi atmosfera, su anbarlarına və torpağa atılan maddələrin kimyəvi tərkibinin fəallığı - ola 
bilər.  
Bu gün Yerdə həyatın sonu haqqında məsələ daha konkret məzmun və məna ilə doldurulmuşdur. 
İnsanlar istər düşünülmüş, istərsə də heç bir niyyətsiz həyatı məhv edən vasitələr hazırlamışlar, 
belə ki, həyatın saxlanılması son anda onların iradə və fəaliyyətlərindən asılıdır. Müasir 
bəşəriyyət elə bir vəziyyətdədir ki, həyatın sonlu və sonsuz olması onun düşünülmüş seçimindən 
çox asılıdır. Bəli, bu gün insan tarixində ilk dəfə olaraq həyatın saxlanması insanların qarşısında 
dayanan məqsəd kimi və onların həll edəcəyi məsələ kimi çıxış edir. Bunun nəticəsində insanlar 
köhnəlmiş baxışlara yenidən qiymət vermək, yalnız təbiətlə deyil, həm də bir-biri ilə qarşılıqlı 
münasibətlərini yenidən qurmaq, öz fəaliyyətlərinin istiqamətinə və vasitələrinə yenidən baxmaq 
məcburiyyəti qarşısında qalmışlar. 
 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə