2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


C.Brunonun  ifadəsi ilə desək,  o şeylərin üzərində dayanan yox, “şeylərdə yerləşən” kimi qəbul olunurdu.  N.Kuzanskiyə



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə39/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   35   36   37   38   39   40   41   42   ...   108
Fəlsəfə imtahan sualları konspekti

C.Brunonun
 ifadəsi ilə desək, 
o şeylərin üzərində dayanan yox, “şeylərdə yerləşən” kimi qəbul olunurdu. 
N.Kuzanskiyə
  görə 
isə Allah “hər yerdə və heç harada” yerləşir. 
Şüurun bütün sahələrində: fəlsəfədə, elmdə, siyasi və etik təlimlərdə-ilahi olanların insana, hissən 
dərk edilməzliyin hiss edilənə, mistik və möcüzələrin tam real və həqiqətə uyğun çevrilməsi baş 
verir.  Bu  İntibah  dövrü  incəsənətində  daha  aydın  özünü  göstərir:  bu  incəsənət  hər  bir  Bibliya 
personajına  fəal,  konkret  insan  siması  verir.  Məhz  bu  baxımdan  renessans  mədəniyyətinin 
humanist  əsasından,  onun  intelektuallığından,  rasionallığından  və  hətta  stientizmliyindən 
(elmliyindən),  onun  incəsənətinin  realist  istiqamətindən,  onun  fəlsəfi  fikrinin  kortəbii  – 
materilaizmə  meyilliyindən  (baxmayaraq  ki,  burada  biz  platonizmə  və  neoplatonluğa,  dini-
mifololoji  sujetlərə  və  idealara,  ilahiyyat  düşüncə  formalarına,  kilsə  xadimlərinin  nüfuzlarına 


 
42 
müraciətə  rast  gəlirik) danışmaq olar. Başqa cür desək,  ictimai  şüurun  yeni tipi  çox vaxt köhnə 
formanın  himayəsi  altında  yaranırdı:  bununla  belə  -  bu  xüsusilə  əhəmiyyətlidir-bu  cür  şəraitdə 
yaranan  kəskin  daxili  ziddiyətləri  heç  kəs  sezmirdi.  Bu  ilk  növbədə  onunla  izah  olunur  ki, 
renessans özünü düşünmə pafosunu – insanın əldə etdiyi azadlıq və onda açılan praktiki və mənəvi 
imkanların təsdiq olunması-artıq əldə edilmiş qələbə illuziyasını yaradırdı. 
İntibah dövrünun fəfsəfi fikri optoloji istiqamətdə idi və ona görə də təbiət elmləri-astronomiya, 
mexanika, riyaziyyat ilə çox bağlı idi; onun əsas prinspi-insanı əhatə edən maddi aləmin reallığının 
və  onun  rasional  dərk  olunmasının  mümkünlüyünün  təsdiq  olunması  prinsipi  idi.  Bir  halda  ki, 
insan  idrakın  və  dünyanı  dəyişdirməyin  subyektidir,  o  fəlsəfi  fikrin  ikinci  başlıca  predmentinə 
çevrilir:  bu  diqqət  o  qədər  böyük  idi  ki,  insan  anlayışı  təbiət  anlayışına  nisbətən  daha  radikal 
dəyişikliyə uğrayırdı.  
İnsanın real vəziyyəti həm Avropanın mərkəzi və şimalında, həm də İtalya şərq-respublikalarında 
belə təbiətin bu ali məxluqunun layiq olduğundan çox-çox uzaq idi və buradan da İntibah dövrünün 
fəlsəfi  fikrinin  üçüncü  istiqaməti  –  siyasi  istiqaməti  mövcud  idi.  Bu  da  özünü  bir  tərəfdən  isə 
P.Kampanellanın  və  T.Morun  utopiyalarında,  digər  tərəfdən  isə  N.Makiavellinin  siyasi 
mövzulardakı ayıq “realist” traktatlarında öz əksini tapmışdır. 
İntibah  dövrünün  dünyagörüşünü  mühüm  fərqləndirici  xüsusiyyəti  onun  incəsənətə 
istiqamətlənməsidir:  əgər  orta  əsrləri  dini  dövr  adlandırsaq,  onda  İntibahı  bədii-estetik  dövr 
adlandırmaq olar. Əgər antik dövrün diqqət mərkəzində təbii-kosmik həyat, orta əsrlərdə Allah və 
onunla  bağlı  xilasolma  ideyası  dayanırdısa,  onda  İntibah  dövrünün  diqqət  mərkəzində  insan 
dayanırdı. Ona görə də bu dövrün fəlsəfi təfəkkürünü antroposentrik kimi xarakterizə etmək olar. 
Bu dövrdə fəlsəfənin və elmin bir-birinə doğma, vahid fəaliyyət forması kimi qəbul olunduğunu 
göstərən  çoxlu  nümunələr  göstərmək  olar.  Bu  vaxt  fəlsəfə  ilk  növbədə  dəqiq  elmlərlə,  riyazi 
biliklərlə  yaxınlaşır.  İntibah  üçün  xarakterik  olan  biliklərin  riyaziləşdirilməsi  ənənəsi  – 
N.Kuzanskinin  fikrincə  hər  bir  idrakın  mahiyyəti  ölçüdür-tam  mənada  fəlsəfi  idrakı  da  əhatə 
etməlidir.1600-cü  ildə  yandırılan  tonqal  və  C.Brunonun  ora  atılması  İntibah  dövrünün  faciəvi 
finalını və eyni zamanda yeni dövrün başlanğıcını bildirən dərin simvolik bir hadisə idi. 
 
İntibah  dövrünün  təbii  elmi  biliklərinin  inkişafında  birinci  dərəcəli  əhəmiyyətə  malik  bir  sıra 
kəşflərin  böyük  rol  oynamasını  qeyd  etmək  lazımdır.  Nəzəri  riyaziyyatın  və  təbiət  biliklərin 
müvəffəqiyyətləri  fəlsəfədə  materialist  ənənələrin  inkişafına  bilavasitə  təsir  göstərdi  və 
sxolostikanın məğlub olmasına kömək etdi. Bu dövrdə astronomiya sahasində də mühüm kəşflər 
edildi. Bir halda ki, sxolotik dünyagörüş dünyanın heliosentrik mənzərəsi ilə qırılmaz bağlı idi və 
bu baxımdan astronomiyadaki yeni kəşflər bu dünyagörüşə məhvedici zərbə vurdu. Bu kəşflərdən 
ən mühümü, elmi astronomiyanın əsasını qoyan 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə