2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


sosial-siyası  təlimlərdir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə42/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   38   39   40   41   42   43   44   45   ...   108
Fəlsəfə imtahan sualları konspekti

sosial-siyası  təlimlərdir.
  İntibah dövrü cəmiyyətin 
mahiyyəti  haqqında,  insanın  təbiəti  haqqında  və  s.  yeni  baxışları  canlandırdı.  Cəmiyyətə  yeni 
baxışın  ən  başlıca anlarında  biri  - cəmiyyətin  bir-birindən asılı olmayan  fərdlər  məcmusu kimi 
anlaşılması idi. 
İlk  burjua  siyasi  ideoloqlarından  biri  -  florensiyalı 
Nikkolo  Makiavelli
  olmuşdur.  Makiavelli  öz 
əsərlərində sübut edirdi ki, insanların fəaliyyətinin sövqedici motivi – eqoizm, maddi maraqdır. O 
yazırdı ki, insanlar atalarının ölümünü unuda bilərlər, ancaq var-dövlətdən mərhum olmağı unuda 
bilmirlər.  
Makiavelli dövlətin Yer üzündə ali hakimiyyət kimi mövcud olan kilsədən asılılığı haqqında orta əsrlər 
teokratik  konsepsiyaları  rədd  edirdi.  O,  dünyəvi  dövlətlərin  zəruriliyinə  əsaslanırdı,  dövlət 
hakimiyyətinin  teoloji  anlaşılmasına  qarşı  mənəvi  dəyərlərə  üstünlük  verən,  öz  hüququ  qanunları  ilə 
dinin irəli sürdüyü göstərişlərdən ayrılan hüquqi dünyagörüşü qoyurdu. Makiavellinin təliminə görə, bir 
halda ki, dövlətin firavanlığı və qüdrəti siyasətin ali qanununu təşkil edir, onda bu məqsədə nail olmaq 
üçün hər cür vasitə, o cümlədən, hər cür əxlaq qaydalarına zidd olan vasitə - pulla, rüşvətlə ələ almaq, 
ölüm, zəhərləmə, xəyanətkarlıq - yararlıdır.  
 
Xalqın mənafeyi naminə cəmiyyətin daha dərin prinsiplərlə yenidən qurulmasını ingilis humanisti 
və  dövlət  xadimi 
Tomas  Mor
  özünün  "Utopiya"  əsərində  verilən  ictimai  quruluşun  başlıca 
xüsusiyyəti xüsusi mülkiyyətin yoxluğudur. Müəllifin təsəvvür etdiyi bu adada əmək cəmiyyətin 


 
44 
bütün üzvlərinin vəzifəsidir. Mor istehsalı kustar istehsal kimi fikirləşirdi ki, onun vaxtında artıq 
kapitalist manufakturası tərəfindən əhəmiyyətli dərəcədə sıxışdırılıb aradan çıxarılmışdır. Dövlət 
əhalinin istehsal etdiyi bütün məhsulların hesabatını və bölünməsini aparır, istehsalın bilavasitə 
təşkili ilə yerli icmalar məşğul olurdular. Mor təsdiq edirdi ki, orta əsrlərin dini-asketik baxışlarının 
əksinə  olaraq  Utopiya  əhalisi  öz  təbiətləri  ilə  tam  həmrəylik  əsasında  yaşayır,  həyatdan  ləzzət 
almağa cəhd edirlər və s. 
Utopik sosializmin digər görkəmli nümayəndəsi İtaliya filosofu və sosioloqu 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə