2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


XVII–XVIII ƏSRLƏR İNGİLİS FƏLSƏFƏSİ



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə45/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   41   42   43   44   45   46   47   48   ...   108
Fəlsəfə imtahan sualları konspekti

XVII–XVIII ƏSRLƏR İNGİLİS FƏLSƏFƏSİ 
(F.Bekon, T.Hobbs, C.Lokk, C.Berkli, D.Yum)
 
Məşhur orta əsrlər monaxı Rocers Bekonla eyni familiya daşıyan, XVII əsrin ilk filosoflarından 
biri,  induktiv  elmlərin  carcısı 
Frensis  Bekon
  yarıpoetik  ressenas  baxışları  Yeni  dövr  üçün 
xarakterik olan metod axtarışı ilə birləşdirirdi. Onu intibah dövrünün sonuncu mütəfəkkiri və Yeni 
dövr fəlsəfəsini başlayanalardan biri adlandırmaq olar. 
F.Bekon XVII əsr ingilis materializminin banisidir. XIX  əsrin ortalarından başlayaraq Bekon və 
Şekspirin eyni adam olduğunu ciddi şəkildə sübut edən çoxlu kitablar meydana gəlməyə başladı. 
Bu günə qədər də sakitləşməyən bu mübahisələr haqqında mühazirədə məlumat vermək məqsədə 
uyğundur.  
 
Bekon insanın özlərindən kənar etməli olduqları dörd növ nöqsanı - dörd növ “bütü” və ya kabusu 
fərqləndirir: cins bütü, mağara bütü, bazar bütü, və teatr bütü. 
O, cins və mağara bütünü əqlin təbii xassəsinə əsaslanan “anadangəlmə” hesab edir; bazar və teatr 
bütü isə  fərdi inkişafda qazanılır. Cins bütü - təbiətlə şərtlənən bütün adamlar üçün ümumi olan 
maneədir. İnsan təbiət haqqında öz şəxsi xassələrinə oxşar fikir söyləyir. Təbiət haqqında teoloji 
baxışlar,  müxtəlif  arzuların  təsiri  altında  insan  hissinin  yetkin  olmadığından  yaranan  səhvlər 
buradan  irəli  gəlir.  Mağara  bütü  heç  də  bütün  insanlara  deyil,  ayrı-ayrı  adamların  subyektiv 
simpatiyalarının, antipatiyalarının, nəyəsə üstünlük vermələrinin nəticəsindən irəli gələn, həm də 
yalnız bir qrup adamlara xas olan səhvlərdir. Bazar bütü vasitəsilə adamalar arsındakı ünsiyyətin 
nəticəsində yaranmış maneədir. Çox hallarda sözün mənası predmetin mahiyyətinin dərk olunması 
əsasında deyil, bu predmet haqqında tamamilə təsadüfü təəssuratlar əsasında müəyyən olunurdu. 
Nəhayət,  teatr  bütü  -  elmdə  yanlış  fikirlərin  qeyri-tənqidi  mənimsənilməsindən  irəli  gələn 
maneələrdir. Onlar əqlin yanlış baxışlara tabe olması nəticəsində yaranır. 
 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə