2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə53/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   49   50   51   52   53   54   55   56   ...   108
Fəlsəfə imtahan sualları konspekti

KLASSİK ALMAN FƏLSƏFƏSİ 
vaxt etibarı ilə «kapitalizm erasının» ən azı 75 ilini əhatə edir. 
Onun  banisi  olan  Kantın  fəaliyyəti  Böyük  fransız  inqilabının  hazırlanması  və  həyata  keçməsi, 
burjua inqilabının ən yüksək nöqtəyə çatdığı dövrə təsadüf edir. Klassik alman fəlsəfəsinin son 
görkəmli nümayəndəsi Feyerbax 1848-1851-ci illər Avropa inqilabının müasiri olmuşdur, bu vaxt 
proletariat müstəqil siyasi qüvvə kimi tarixi səhnəyə çıxmışdır. 75 illik klassik alman fəlsəfəsi -75 
illik Avropa burjuaziyasının və proletariatının təkamülü dövrüdür. Bu dövrdə siyasi hakimiyyətə 
çatan burjuaziyanın inqilabçılığı sönür, müstəqil siyasi qüvvə olan proletariatın isə inqilabçılığı 
yüksəlir. 
«Keniqsberq müdriki» adlanan 
İ.Kantın 
həyatı ilk baxışdan parlaq hadisələrlə zəngin olmamışdır, 
lakin  yaradıcı  fəlsəfi  həyatı  dərin  və  məzmunlu  olmuşdur.  Kantın  ideyalarının  formalaşmasını 
ənənəvi olaraq iki dövrə bölürlər: «tənqidəqədərki» və «tənqidi» dövr. Onlar arasındakı sərhəd 80-


 
49 
ci illərin əvvəllərinə, «Təmiz əqlin tənqidi» (1781) adlı əsərinin çap olunduğu dövrə təsadüf edir. 
Sonrakı  əsərlərinin  adında  da  «tənqid»  sözü olduğundan  bu  dövrü  «tənqidi»  dövr  adlandırmaq 
qəbul olunmuşdur. Uşaqlıqdan sağlamlığındakı zəifliyə baxmayaraq ciddi intizam və asketik həyat 
tərzi hesabına uzun ömür yaşamış Kantın həyatı ilə bağlı maraqlı məqamları qeyd etmək lazımdır. 
 
Kantın  «tənqidəqədərki»  fəlsəfi  təkamül  dövrü  təbii-elmi  xarakterili  güclü  işlərlə  qeyd  olunur. 
1755-ci ildə filosof «Ən ümumi təbii-tarix və göy nəzəriyyəsi» adlı əsərini tamamlayır.  
 
Kantın  təlimində  Allahın  varlığının  sübutunun  tənqidi  xüsusi  yer tutur.  Kant  dini  tənqid  etmir, 
Allahın  yoxluğunu  sübut  etmir  və  ümumiyyətlə  dini  neqativ  hadisə  kimi  qəbul  etməmişdir.  O, 
göstərir  ki,  Allahın  mövcudluğunu  sübut  etməyin  ənənəvi  orta  əsrlər  meyli  əsassızdır.  Allahın 
mövcudluğunu sübut və  inkar etmək olmaz, ona  yalnız  inanmaq olar və  lazımdır. Allaha  inam 
əxlaqi  baxımdan  vacibdir,  mədəni adam öz davranışına görə  mükafatlanacağını,  əxlaqsızlar  isə 
cəzalanacaqlarına inanmalıdırlar. 
Yeniləşdirilmiş fəlsəfənin vəzifəsi və eyni zamanda onun əsas strukturunu reformator olduqca sadə 
suallar şəklində qısa və dürüst ifadə edir: 
– «Mən nəyi bilməliyəm?» (suala «Təmiz əqlin tənqidi» əsərində cavab verilir). 
– «Mən nə etməliyəm?» («Praktiki əqlin tənqidi» -Kantın etikası). 
– «Mən nəyə ümid edə bilərəm?» («Yalnız əql çərçivəsində din»). 
Bütün bu  əsərlərdə  Kant başlıca tələblərdən çıxış  edir  –  hər bir  fəlsəfi tədqiqatda tənqidə  və  ya 
insanın  dərketmə  qabiliyyətinin  və  biliyin  özünün  əhatə  edə  biləcəyi  həddin  tənqidi  tədqiqinə 
əsaslanmaq lazımdır. 
 
 
XIX  əsrin  birinci  yarısında  alman  idealizminin  zirvəsi  haqlı  olaraq 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə