2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


Qotfrid  Vilhelm  Leybnits



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə52/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   48   49   50   51   52   53   54   55   ...   108
Fəlsəfə imtahan sualları konspekti

Qotfrid  Vilhelm  Leybnits
    bir  çox  alman  alimlərinə  böyük  təsir 
göstərən fəlsəfi – idealist sistem yaratmışdır. O, yeni tip alim idi. XVII əsrin ortalarında biliklərin 
artması prosesinin daha da sürətlənməsinin başlanğıcını qoyanlardan biri idi. F.Bekondan fərqli 
olaraq  o,  yalnız  elmi  tədqiqatın  yeni  metodlarının  carçısı  deyil,  həm  də  metod  rolu  oynayan 
metodlar və hesablamalar yaratmışdır. O, yalnız yeni-yeni kəşflər haqqında və alimlərin kollektiv 
işini təşkil etmək haqqındakı arzularla yaşamaqla kifayətlənmədi, həm də özü bu arzuları həyata 
keçirdi, elmi akademiya və cəmiyyətin təşkilatçısı oldu.  
Leybenitsin fəlsəfəsində ən canlı və sabit onun metodudur. Özünün orjinal metodunun köməyi ilə 
o, elmdə əhəmiyyətli nəticələrə nail olmuşdur. Leybnits rasionalist idi. Onda idrakın dialektikası 
və şeylərin dialektikası vahid planda birləşirdi. 
 
Leybnits inkişaf səviyyəsinə görə üç növ monadanı fərqləndirir. Aşağı forma və ya aşağı səviyyəli 
monadalar “qavrayışla” xarakterizə olunur (qavrayışın passiv qabiliyyəti). Ali səviyyəli monadalar 
duymaq qabiliyyətinə və ona əsaslanaraq aydın təsəvvürə malikdirlər. Leybnits bu monadaları ruh 
monadaları kimi  müəyyən edir. Daha  yüksək səviyyəli  inkişaf etmiş  monadalar appersepsiyaya 
(ilkin  təsəvvürlərə  və  ya  təcrübəyə  əsaslanan  qavrayış)  malikdirlər.  Leybnits  onları  ruhların 
monadaları kimi müəyyən edir, Leybnitsə görə ruhun qarışıq “qavrayışı” özündə Kainatın bütün 
sonsuzluğunu birləşdirir. Ruhun özündə monadadakı kimi harmonik yetkin dünya, “qarışıq dərk 
olunan  harmoniya  “  biləşir.  Harmoniya  məsələsi  Leybnitsin  fəlsəfəsində  mühüm  məsələlərdən 
biridir. O, bütün monadalar aləminin nə isə daxili bir qaydasıdır və monadaların təcrid olunmasını 
dəf edən prinsip kimi özünü göstərir.  

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə