2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


-Azərbaycan maarifçilik fəlsəfəsi



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə60/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   56   57   58   59   60   61   62   63   ...   108
Fəlsəfə imtahan sualları konspekti

 
6-Azərbaycan maarifçilik fəlsəfəsi 
 
XIX  əsr  Azərbaycanın  ictimai-siyasi  və  mədəni  həyatında  fəal  oyanışı  xatırladan 
hadisələrlə  başladı.  Rusiyanın  Qafqaz  siyasətini  fəallaşdırması,  xanlıqların  Rusiyanın 
himayədarlığını qəbul etmək uğurunda az qala yarışa girməsi, Xəzəri öz daxili dənizinə çevirmək 
yolunda Rusiyanın diplomatik canfəşanlığı, İranın zəifləməsi, Türkiyənin yaranmış vəziyyətdən 


 
59 
bəhrələnmək  istəyinin  artması  yeni  əsrin  başlanğıcının  siyasi  mənzərəsinin  mürəkkəbliyinin 
göstəricisi idi. Əsrin ilk otuz ilində Azərbaycanın siyasi xəritəsini dəyişdirən hadisələr-Rusiya və 
İran arasındakı məhəllə savaşını xatırladan müharibələrin nəticəsi olaraq bağlanan, Azərbaycanı 
parçalayan  Gülüstan və Türkmənçay sülh müqavilələri uzun illər davam edən müstəmləkəçiliyin 
əsasını qoydu. Bununla belə Rusiyada gedən siyasi və mədəni proseslər Azərbaycanda da siyasi 
fəallığa  və  mədəni  yüksəlişə  səbəb  oldu-Azərbaycanın  Rusiyaya  inteqrasiyası  onun  Avropanın 
qapısını  döyməsinə,  rus  ziyalıları  vasitəsi  ilə  Avropa  mədəniyyətinin  Azərbaycana  gəlməsinə 
təkan verdi. XIX əsrdə yaranan milli burjuaziyanın maddi dəstəyi ilə Azərbaycanın zadəgan ziyalı 
təbəqəsi təhsil almaq üçün Şərq ölkələrinə, Rusiyaya və Avropaya gedirdi-təhsil aldıqları ölkələrdə 
dil və elmlə bərabər həm də həmin ölkələrin mənəvi-mədəni dəyərlərinə yiyələnir, sonradan bu 
dəyərləri öz milli dəyərləriz və  mənəvi ənənələrimizlə birləşdirərək xalqının  ideologiyasının  və 
fəlsəfəsinin  təşəkkülünə  öz  töhvələrini  verirdilər. Onların  xidmətləri  hesabına  Azərbaycanda 
Qərbin  və  Rusiyanın  təsiri  nəticəsində  öz  universallığı  ilə  fərqlənən  maarifçilik  cərəyanı 
yarandı. Avropa  və  Rusiya  maarifçiləri  kimi  Azərbaycan  maarifçiləri  də  ölkədə  mövcud  olan 
ictimai-siyasi və mədəni böhrandan çıxış yolunu xalqın maariflənməsində görürdülər.   
 
XIX  əsr  Azərbaycan  ictimai  fikrində  maarifçiliyin  üç  inkişaf  mərhələsi  keçdiyi  qəbul 
olunur: 
birinci  mərhələ 
kimi  Azərbaycanın  parçalanma  dövrünün  son  illərini  və  30-40-cı  illəri 
əhatə  etdiyi,  A.Bakıxanov,  İ.Qutqaşınlı,  M.Ş.Vazeh  kimi  mütəfəkkirlərin  simasında  meydana 
çıxdığı göstərilir-bu mərhələdə Azərbaycan maarifçiliyi hələ çox zəif, ibtidai və rüşeym halında 
olmuşdur, milli şüurla bağlı bəzi xüsusiyyətləri, yəni xalqa, vətənə məhəbbət, azadlıq ideyalarının 
tərənnümü, maarifi yaymaq və s. ilə ancaq çox az nisbətdə rus maarifçilərinə yaxınlaşa bilmişdir. 
Maarifçiliyin  inkişafının 
ikinci  mərhələsinin  
50-60-cı  illəri  əhatə  etdiyi  qeyd  olunur-bu  zaman 
Azərbaycan  maarifçiliyinin  M.F.Axundovun  simasında  yetkinləşdiyi  qəbul  olunur.   
Üçüncü 
dövrün 
70-90-cı  illərə  təsadüf  etdiyi  bildirilir-bu  dövrdə  maarifçilik  H.Zərdabi,  N.Vəzirovun 
simasında  inkişaf  etmiş  və  əsrin  sonunda  kapitalizmin  inkişafı  ilə  əlaqədar  olaraq  öz  qabaqcıl 
mövqeyini itirməyə başlamışdır.  
 
 
Azərbaycanın  
maarifçi  
mütəfəkkiri, 
alimi,  
vətənpərvər 
tarixçisi,  
ictimai   
xadimi,   
şairi,  
yazıçısı, filosofu, 
tərcüməçisi, 
Azərbaycan  və  onun  tarixi  üçün önəmli  yerə  malik olan  bir  sıra  əsərlərin müəllifi

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə