2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə63/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   59   60   61   62   63   64   65   66   ...   108
Fəlsəfə imtahan sualları konspekti

Həsən  bəy  Məlikov
 
Zərdabinin
  (1842-1907)  millət  yolundakı  tarixi  xidmətlərini  yüksək  qiymətləndirmiş  və  onu 
“Qafqaz  müsəlmanlarının  atası”,  “Zaqafqaziya  müsəlmanlarının  milli  oyanışının  ilk  bələdçisi”, 
“Zaqafqaziya  müsəlman  ziyalılarının  müəllimi  və  mənəvi  atası”  adlandırmış,  “Müsəlmanlar 
arasında Avropa təhsili alan  ilk azərbaycanlı” kimi qəbul  etmişlər. Zərdabi şüurlu həyatının 40 
ildən çoxunu doğma xalqın maariflənməsinə, onun mədəni xalqlar səviyyəsinə yüksəlməsinə, ana 
dilində dünyəvi təhsil ocaqlarının yaradılmasına, milli ziyalıların yetişdirilməsi işinə həsr etmişdir. 
Böyük maarifçi mütəfəkkirin fikrincə, maarifdən, elmdən məhrum olan xalq işıqdan məhrumdur, 
o  inkişaf  etmiş  millətlər  arasında  doğma  millətinin  də  imzasını  görməyi  arzulamış,  həyatını 
xalqının elm, maarif, təhsil yolunu işıqlandırılmasına həsr etmişdir. Onun Zərdabi “Torpaq, su və 
hava”,  “Barama  qurdunun  saxlanması”    və  s.  əsərlərində,  “Əkinçi”qəzetində  və  digər  mətbu 
orqanlarda  təbiətşünaslığa  və  tibbə  dair  çap  edilmiş  məqalələrində  ayrı-ayrı  elm  sahələrinə  aid 
materialist  dünyagörüşü  mövqeyindən  təhlil  edilən  çoxlu  və  zəngin  məlumatlar  vardır.  Digər 
maarifçi  mütəfəkkirlər  kimi  Zərdabinin  də  dünyagörüşünün  formalaşması  və  inkişafına  Şərq, 
Rusiya və Avropa mədəniyyətini dərindən mənimsəməsi, xüsusilə XIX əsrin mütərəqqi materialist 
təbiətşünaslığı, maarifçilik və inqlabi-demokratizm ənənələrinin böyük təsiri olmuşdur. XIX əsrin 
II yarısı-XX əsrin əvvəllərində Azərbaycan ictimai-siyasi və mədəni fikir tarixinin təkrarolunmaz 
simalarından  olan  Zərdabinin  milli  maarifçilik,  milli  oyanış,  milli  dirçəliş  ideyalarının 
gerçəkləşməsi  yolundakı  xidmətləri  misilsizdir.  Mütəfəkkir  alimin  coxcəhətli  fəaliyyətində 
maarifçilik,  ana  dilində  təhsil,  qadın  təhsili,  xalqın  maariflənməsi,  milli  özünütanıma  və 
özünüdərketmə ideyaları əsas yer tutur. 
 
XIX əsrin görkəmli mütəfəkkiri, maarifçi-alimlərindən biri, yaradıcılığı ilə Azərbaycan və 
rus mədəniyyətlərini təmsil edən Qazan və Peterburq universitetlərinin professoru 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə