2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


Əbdülkərim oğlu  Şəbüstəri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə59/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   55   56   57   58   59   60   61   62   ...   108
Fəlsəfə imtahan sualları konspekti

 
Əbdülkərim oğlu 
Şəbüstəri
 (1287-1320) Təbrizi 1287-ci ildə Təbriz 
yaxınlığındakı Şəbüstər adlanan yerdə anadan olmuş böyük mütəfəkkirdir. O öz dövrünə görə 
gözəl təhsil almış, fəlsəfə, ilahiyyat, riyaziyyat, astronomiya, tibb, məntiq, etika, psixologiya  
anatomiya və başqa bilik sahələri haqqında məlumatı var idi. Özünün 3000 beytdən inarət olan  
“Səadət  kitabı”  poemasında  yazdığı  kimi  gəncliyində  elm  öyrənməklə  məşğul  olmuş,  ərəb 
ölkələrini,  Misiri,  Suriya,  Hicazı,  Şam  İraqı  və  Azərbaycanın  bir  sıra  şəhərlərini  səyahət 
etmişdir.  Səyahət  zamanı  ilahiyyat  və  dünyəvi  elmlər  sahəsindəki  biliyini  təkmilləşdirmiş, 
çoxlu alimlərlə görüşmüş, onlarla dostluq əlaqələri saxlamışdır. Şəbüstəri həmişə axtarışda olan 
mütəfəkkir  olduğundan  bilik  almaqdan  heç  vaxt  yorulmamış,    öz  yaddaşını  həmişə 
genişləndirmiş,    həqiqət  və  xeyir  axtarışı  ardınca  həmişə  irəli  getmişdir.  Filosofun  əsəsrləri 
göstəriri ki, o, ərərbdilli fəlsəfənin  nailiyyətlərini mənimsəmiş İbn Sinnın qəzəlinin və ərəbdilli 
fəlsəfə vasitəsi ilə qədim yunan fəlsəfəsinin, xüsusən də Aristoteli, Platonu yaxşi öyrənmisdir.  
 
Orta əsrin görkəmli panteist filosofu Şəbüstərinin əsərlərində etik məsələlər də mühim yer 
tutur.  Şərq peripatetikləri ruhunda əqli nəzəri və praktiki hissəyə bölən Şəbüstəri praktik əqli 
etika  və  əxlaqla  eyniləşdirir.  Onun  fikrincə,  praktik  əql  adamlara  əxlaqı  cəhətdən 
təkmilləşməyə, həm xarici, həm də öz daxili aləmini dərk etməyə, xeyir və şəri fərqləndirməyə, 
firavanlığın, xoşbəxtliyin xoş əməllərin yolunu və  ona nail olma vasitələrini düzgün müəyyən 
etməkdə  kömək  edir.  Nəzəri  və  praktiki  əqlə  malik  olmaq  insanı  yüksəldir.  Şəbüstərinin 
yaxşılıq, ləyaqət haqqında təlimində qədim yunan fəlsəfəsinin, onun etik baxışlarına təsiri açıq 
hiss olunur.  O, ləyaqətli olmaq üçün dörd xüsusiyyəti-ədalətlilik, ağıl, düzgünlük, mərdliyi-
qeyd edir. Bu dörd xüsusiyyətə malik olan adam ağıllı natiq və xadimdir. Yaxşılıq, ləyaqətlilik 
adamların  fəaliyyətini    xeyirli  və  ağlını  səmtə  yönəldir.  Şəbüstəri  insan  münasibətində 
ədalətliliyə böyük əhəmiyyət verir. Onun fikrincə, insan nəzəri və praktiki əqlə malik olduqdan 
sonra öz əxlaqını təmizləmək imkanı qazanır, bütün müsbət insani keyfiyyətlər əldə edir. İnsan 
həyatında  əqlin  əhəmiyyətindən  danışarkən  filosof  göstərir  ki,  məhz  əql  insanı  heyvandan 
fərqləndirir, məhz əql yaxşı əxlaqın mənbəyidir, məhz o insanda müsbət keyfiyyətlər aşılayır.  
 
XII əsrdə bəşər mədəniyyəti xəzinəsinə parlaq töhfələr bəxş etmiş ən böyük sənətkar İlyas 
Yusif oğlu 
Nizami
 Gəncəvi (1141-1209) mükəmməl təhsil görmüş, ciddi mütaliə etməklə, xalq 
müdriklərinin  söhbətlərini  dinləməklə  biliyini  artırmağa  səy  göstərmişdir.  Dini  və  dünyəvi 
elmlərə dərindən yiyələnmiş mütəfəkkir bədii yaradıcılığını həmin özül üzərində qurmuşdur. 
Öz  dövrünün  bütün  bilik  sahələrinə  dərindən  yiyələnmiş  mütəfəkkirin  əsərlərində  ecazkar 
bədiiliklə  yanaşı  bir  sıra  elmi  məsələlər  barədə  mühüm  məlumat  verilir.  Nizami  saraylarda 


 
57 
yaşamaqdan boyun qaçırmış, yoxsul həyat sürmüşdür. O, zahidlərdən və bəzi sufilərdən fərqli 
olaraq maddi nemətlərə, ümumiyyətlə, var-dövlətə real münasibət bəsləmişdir. “Bir ovuc su ilə 
çörək  üçün  hər  ayağın  torpağı  olma”  deyən  mütəfəkkir  yalnız  halal  zəhmətlə  yaşamaq 
prinsipinə görə çətinliklərə, məhrumiyyətlərə qatlaşmış, qənaətlə gün keçirmişdir.
 
Nizami  təbliğ  etdiyi  nəcib  əxlaqi  keyfiyyətlərin  icraçılarındandır.  Zəhməti  yüksək 
qiymətləndirən  şair  ilk  növbədə  özü  zəhmətkeşdir.  Nizami  gələcəyə  böyük  ümid  bəsləyir, 
yaratdığı əsərlərlə əbədi yaşayacağına dərindən inanırdı. Coşqun ictimai-siyasi və dərin elmi-
mədəni mühitdə yaşayıb-yaradan Nizaminin əsərləri fəlsəfi fikirlərlə zəngindir. 
 
 
Nizami Allah ilə movcudat arasındakı münasibəti şərh edərkən dünyanın ilahi hökm ilə 
xəlq edilməsi haqqındakı əqidəyə əsaslanmışdır. Peripatetik fəlsəfədə Vacib varlıq yalnız ilk 
nəticənin  səbəbidir,  sonrakı  varlıqların  səbəbləri  mərtəbələrdən  ibarət  silsilə  təşkil  edir. 
Dinlərdə isə Allah hər bir varlığın bilavasitə xaliqidir. Nizami Allahm qüdrətini səbəb hesab 
etməyə və səbəbi qüdrətdən üstün tutmağa qarşı çıxmışdır. Nizami mövcudatı məhdud məkan 
daxilində  bildiyindən,  Kainatın  sonunu  onun  zirvəsi  adlandırmışdır.  Eyni  radius  boyunca 
fırlanmalarda zirvəyə qalxma ilə üfüqə enmə arasında fərq yoxdur. 
 
Nizaminin  fikrincə,  insan  xilqətdən  şərəfli  yarandığı  üçün  zəngin  mənəviyyatlı,  böyük 
amallar  yolçusu  olmalıdır.  Şairin  nəzərində  insan  öz  bacarıq  və  qabiliyyəti  baxımından  ver 
üzünün ağasıdır. Nizami insanın əqli yetkinliyini idrak qabiliyyətini artırmağa çalışmaqda, elmi 
biliklərə  yiyələnməkdə  görürdü.  Onun  əsərlərində  elm  və  idrak  məsələləri  bir-biri  ilə  bağlı, 
əlaqəli şəkildə nəzərdən keçirilmişdir. Nizaminin fikrincə, özünün yüksək qabiliyyəti ilə başqa 
canlılardan seçilən insan bütün varlıqlar haqqında mühakimə yürütmək imkanına malikdir.  
 
Hürufiliyin  də  meydana  çıxması  XIV  əsrə  təsadüf  edir.  Onun  banisi  Fəzlullah 
Nəimi 
(1339-1394)  papaqçılıqla  məşğul  olmuş,  1369-cu  ildə  İsfahana,  1373-cü  ildə  Məkkəyə  səfər 
etmiş, 1386-cı ildə öz təlimini geniş şəkildə yaymağa başlamışdır. O, Hürufı ideyalarına görə 
1394-cü ildə Şirvanda həbsə alınmış və “Cavidannamə” əsərini məhbəsdə yazmışdır. Fəzlullah 
Nəimi Teymurləngin əmrilə edam edildikdən sonra, hürufilik onun ardıcılları tərəfindən qızğın 
müdafiə edilmişdir. 
XIII-XIV əsrlərdə Azərbaycanda ədəbiyyat ərəb və fars dilləri ilə yanaşı doğma dildə də 
yaranır, əhali arasında da daha artıq yayılırdı. Həmin dövrdə Azərbaycan dilinin əhəmiyyətinin 
artması  ilə  əlaqədar  gedən  bu  proses  onun  sürətli  inkişafına,  yüksək  ədəbi  dil  səviyyəsinə 
çatmasına kömək etmişdir.  
Hürufilik  təlimi  onun  banisi  Fəzlullah  Nəimidən  sonra  Nəsimi  və  başqaları  tərəfindən 
təbliğ olunmuşdur. Nəsimini bu əqidəyə humanizm idealı bağlamışdır. Yadelli işğalçılar cəng-
cidal meydanında zülm və zorakılıq yolu ilə insanları alçaldıb, onlara ən zəif məxluq, ən müti 
kölə nəzəri ilə baxdıqları bir şəraitdə humanist şair insanı ülviləşdırir, ilahiləşdirirdi, O, insanı 
bütün  maddi  və  mənəvi  aləm  səviyyəsində  götürüb  Allahla  eyniləşdirirdi.  Seyid  İmadəddin 
Nəsimi 
(1369-1417) uşaqlıq və gənclik illərini doğma Şamaxı şəhərində keçirmiş, dövrün dini 
və dünyəvi elmlərinə də burada yiyələnmişdir. Nəsimi din, fəlsəfə və onların tarixini dərindən 
bilmiş, elmlərə möhkəm yiyələndikdən sonra ədəbi fəaliyyətə başlamışdır. Ədibin yaradıcılığı 
sonralar  bütövlükdə  hürufızm  ideologiyasına  həsr  edilmişdir.  Bu  hal,  görünür,  Fəzlullah 
Nəiminin Şirvan diyarına gəlib Şamaxı, Bakı və ətraf əyalətlərdə öz təlimini uğurla yayması, 
dövrün ədəbi, ictimai-siyasi və fəlsəfi fikrinə əsaslı təsir göstərməsi ilə əlaqədardır. Hürufiiər 
Teymurləng tərəfindən ciddi təqiblərə məruz qaldıqları bir vaxtda (1394-cü ildən sonra) Nəsimi 


 
58 
vətəndən didərgin düşmüş, qürbətdə-İraq, Türkiyə və Suriyada yaşamağa məcbur olmuşdur. O, 
hürufilik  təlimi  əsasında  irəli  sürdüyü  panteist  ideyaları  üstündə  Hələb  şəhərində  edam 
edilmişdir.  
İmadəddin Nəsimi üç dildə - Azərbaycan (türk), fars və ərəb dillərində yazıb-yaratmışdır. 
Bu da onun əsərlərinin təkcə Azərbaycanda, türkdilli ölkələrdə deyil, bütün Yaxın və Orta Şərq 
ölkələrində sürətlə  yayıla bilməsini təmin  etmişdir, Mütəfəkkirin poeziyası  həm siqlətli  fikir 
tutumuna, həm də yüksək bədii dəyərinə, sənətkarlıq xüsusiyyətlərinə görə diqqəti cəlb edir. 
Onun ana dilində  yazdığı  şeirlər dil, üslub, bədiilik və  məna dərinliyi  baxımından bənzərsiz 
sənət inciləridir.  
Məhəmməd  Süleyman  oğlu 
Füzuli
  mədəniyyət  tarixində  misilsiz  lirik  şair  kimi 
məşhurdur. Bununla belə, onun yaradıcılığında dövrün ideologiyasım əks etdirən xüsusi fəlsəfi 
məzmun daşıyan qiymətli traktatlar var. Mütəfəkkirə dünya şöhrətini poetik əsərləri qazandırsa 
da  fəlsəfəyə  və  fəlsəfə tarixinə, ümumiyyətlə,  ideologiyaya  həsr olunmuş  bu traktatlar onun 
dünyagörüşünü,  ideya  istiqamətini,  bütünlükdə  yaradıcılıq  yolunu  müəyyənləşdirmək  üçün 
böyük əhəmiyyətə malikdir. Füzulinin bədii yaradıcılığı zahirən, formaca onun elmi və fəlsəfi 
yaradıcılığından fərqləndiyinə baxmayaraq, ideoloji aspektdə onlar vahid tamı təşkil edib, eyni 
bir təfəkkürün müxtəlif vasitələrlə ifadəsidir. 
Füzulinin fəlsəfi əsərlərindən söhbət gedəndə ilk növbədə “Başlanğıcın və sonun idrakı 
barədə baxışın mənbəyi” yada düşür. Mütəfəkkir bu əsəri yazmazdan qabaq “əqidə sahiblərinin 
məsləkləri  ilə  tanış  olduğunu,  “bunlardan  faydalı  olanları  seçdiyini”  bildirir.  Bu  əsərdə 
fəlsəfənin tarixi  ilə onun nəzəriyyəsi  müəyyən  məqamlarda birləşdirilmişdir:  burada  mühüm 
fəlsəfi məsələlərin şərhi verilərkən, onların, qoyuluşu və həlli tarixən nəzərdən keçirilir. Qədim 
Yunanıstan filosoflarının, orta əsr Şərq mütəfəkkirlərinin ideyaları açıqlanır. 
 
Füzulinin  fəlsəfi  baxışlannda  qnoseoloji  aspekt  daha  geniş  yer  tutub,  həmişə  diqqət 
mərkəzində  durur.  Füzuli  elmin,  daha  doğrusu  biliyin  əzəli  mövcud  və  sonradan  meydana 
çıxmış, vasitəsiz və vasitəli qisimlərini qeyd edir. Əzəli elm Tanrıya məxsusdur. Vasitəsiz elm 
Yaradıcının  bütün  məlumatları,  insanın  isə  öz  varlığını  bilməsidir.  Vasitəli  elm  hər  hansı 
vasitədən asılı qazanılmış elmdir, məsələn, şeylərin və hadisələrin həqiqətini bilməyimiz.  
 
XVII-XVIII  əsrlərdə  Azərbaycan  ədəbiyyatının  şifahi  və  yazılı  qolları  böyük  inkişaf 
yoluna düşmüşdü. “Koroğlu” qəhrəmanlıq eposu, “Əsli və Kərəm”, Aşıq Qərib” kimi aşiqanə-
romantik dastanlar xalqın mənəviyyatını, etik-əxlaqi keyfiyyətlərini əks etdirən əsərlərdir. Aşıq 
ədəbiyyatı güclənmiş, Sarı Aşıq, Abbas Tufarqanlı, Xəstə Qasım və başqa el sənətkarlarının 
şeirləri dillər əzbəri olmuşdur. Məsihi, Qövsi Təbrizi, Saib Təbrizi, Arif Şirvani, Ağa Məsih 
Şirvanı  və  başqaları  klassik  poeziya  ənənələrini  özlərinə  münasib  ruhda  davam  etdirirdilər. 
Molla Vəli Vidadi və Molla Pənah Vaqif xalq şeri üslubunu yüksək sənət səviyyəsinə qaldırmış, 
ülvi söz inciləri yaratmışdırlar. 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə