2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


Abbasqulu  ağa Bakıxanov



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə61/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   57   58   59   60   61   62   63   64   ...   108
Fəlsəfə imtahan sualları konspekti

 Abbasqulu 
ağa Bakıxanov
 XIX əsr Azərbaycan maarifçilik fəlsəfəsinin ilk təmsilçisi olmuş, təbiət elmləri, 
tarix, məntiq, filologiya və s. sahələr üzrə əsərlərin müəllifidir.  
Bakıxanovun ensiklopedik biliyə malik olması, şəxsi elmi axtarışları, Azərbaycan və Şərq 
mədəniyyəti və fəlsəfəsi ilə yanaşı, rus və Avropa ictimai fikri, fəlsəfi ənənələri ilə tanışlığı onun 
fəlsəfi  dünyagörüşünün  formalaşmasında  mühüm  rol  oynamışdır.  Fəlsəfəsinin  əsas  qayəsini 
maariflənmə  yolu  ilə  kamil  şəxsiyyət  yetişdirmək,  ədalətli  cəmiyyət  qurmaq  təşkil  edən 
Bakıxanovun  irsində  kamilləşmənin  iki  yolu-  sufizmdən  gələn  mistik  (tərki-dünyalıq  yolu  ilə 
Allaha qovuşmaq) və dünyada mədəni-fəlsəfi inkişafla bağlı zəka, elm-kimi yolları göstərilir. Bu 
yollar  Mahmud  Şəbüstəri,  Yusif  Qarabaği  və  başqalarının  irsində  də  göstərilir-bu  iki  yol 
A.Bakıxanovun  kamilləşmə  konsepsiyası  üçün  təməl  olmuşdur.  Əsrinin  elmi  nailiyyətlərindən 
çıxış edən mütəfəkkir mənəvi təkmilləşmədə elmə, elmlə praktikanın bağlılığına və mövcudatın 
rasional dərkinə xüsusi əhəmiyyət verirdi.  Bakıxanovun fəlsəfi və etik görüşləri əsasən “Əxlaqi 
kamilləşmə” və “Nəsihət kitabı” əsərlərində daha geniş öz əksini tapmışdır-burada fəlsəfi və etik 
kateqoriyaların  tərifi,  onların  nisbiliyi  verilir,  mövcudatda  səbəbiyyət,  inkişaf  və 


 
60 
qanunauyğunluğun  problemlərindən  danışılır.  Bu  problemlərin  kamilləşən  insan  tərəfindən  həll 
edilməsinin  mümkünlüyünü  qəbul  edən  Bakıxanov  məhz  bu  rasional  dərk  yolu  ilə  vahid  ailə 
saydığı bəşəriyyətin xoşbəxtliyə çatmasına inanırdı.  Bakıxanov sufizm təmayüllü dünyagörüşünə 
malik olmuşdur-onun fikrincə, həqiqi xoşbəxtlik mistik kamilləşmə yolu ilə vəhdəti dərketmə və 
fəna yolu ilə İlahi əbədiyyətə qovuşmaqdır. Bakıxanov ictimai görüşlərində kamil insan və təkmil 
cəmiyyət konsepsiyasından çıxış edirdi-o sübut etməyə çalışırdı ki, dünya nizamının əsasını sosial 
bərabərsizlik təşkil edir. 
 
Azərbaycanda   maarifçilik  fəlsəfəsinin  yüksək  mövqedə  dayanmasının   əsas səbəbkarla
rından  olan 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə