2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə69/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   65   66   67   68   69   70   71   72   ...   108
Fəlsəfə imtahan sualları konspekti

Məhəmməd 
Hadi
 
sırf  fəlsəfə  məsələlərinə  həsr etdiyi  əsərlərində  fəlsəfənin əsas  məsələsinə, qnoseologiyaya dair 
müfəssəl  mülahizələr  irəli  sürmüş, dialektika  məsələsindən,  yəni təbiət, cəmiyyət və  təfəkkürün 
sabit, dəyişilməz halda, yoxsa daimi bir hərəkət və dəyişilmə halında olması məsələsindən ətraflı 
bəhs etmiş, zaman və məkan probleminə toxunmuş, həmçinin dinə də münasibət bildirmişdir. Hadi 
“Zaman daima tərəddüd edir” məqaləsində Qurana əsaslanaraq göstərir ki, dünya, kainat, təbiət 
əzəli  deyil,  sonradan  yaradılmışdır-Hadi  bu  məsələdə  idealist  mövqedə  dayanır.  Qnoseologiya 
məsələsində  o,  dünyanın  dərkedilməzliyi  qənaətinə  gəlir,  insan  idrakının  qüdrətini  inkar  edir, 
təbiətin hələ  açılmayan  sirləri qarşısında  insan ağlının, zəkasının acizliyini qeyd edir.    Elmlərin 
inkişafı, sənayenin, texnikanın yüksəlişi Hadidə insan idrakının gücünə, qüdrətinə inam doğurur-
o  elmlərin  gələcək  tərəqqisinə  dərin  ümid  bəsləyir.  Hadi  əminliklə  bildirir  ki,  insanlar  məhz 
elmlərin inkişafı sayəsində tezliklə başqa səma cisimləri ilə əlaqəyə girəcəkdir-bunu zaman, elm 
və sənayenin tərəqqisi müəyyən edəcəkdir. 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə