2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə66/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   62   63   64   65   66   67   68   69   ...   108
Fəlsəfə imtahan sualları konspekti

Qasım  bəy  Zakirin
  fikrincə,  artıq  onun 
dövründə xalın mənəvi dünyasına zərbə vuran mollaya, qaziyə, ruhaniyə heç kim inanmır. Milli 
şair  olan  Zakirin  Axundova  mühüm  təsiri  olmuşdur-Axundov  bir  neçə  komediyasını  Zakirdən 
eşitdikləri əhvalatlar əsasında qələmə almışdır. Xalqının dilini, onun ağır  maddi durumunu çox 
yaxşı bilən Zakirin Mirzə Fətəliyə yazdığı məktublarında özünün  həqiqi milli şair olduğunu bir 
daha əyani şəkildə göstərmişdir.  
Beləliklə, Qutqaşınlı, Vazeh və Zakir öz yaradıcılıqlarında həm dövrlərinin problemlərinə 
gerçək  kontekstdən  yanaşmaları  və  dini  xurafatı  daha  cəsarətlə  tənqid  etmələri  (Vazeh),  həm 
müəyyən  qədər  də  olsa,  təmiz  Azərbaycan  türkcəsində  yazmaları  (Zakir),  həm  də  Qərb 
mədəniyyətinin müsbət cəhətlərini təbliğ etmələri (Qutqaşınlı) ilə fərqlənmişlər. Təbii ki, bütün 
bunlar    o  dövr  üçün  cəsarətli  addım,  bir  yenilik  idi.  Bu  maarifçi-mütəfəkkirlər  keçmişin 
mühafizəkar  adət-ənənələrindən  tamamilə  qurtula  bilməsələr  də,  onlara  qarşı  çıxa  bilməklə  bu  
adət-ənənələrə tamamilə bağlı olaraq da qalmadıqlarını nümayiş etdirmişlər. Onlar təmsil etdikləri 
mədəniyyəti  inkar  etməsələr  də,  həmin  mədəniyyətin  qüsurlarını  cəsarətlə  ifşa  etmiş,  bu 
mədəniyyətin  bir  yerdə  dayanıb  qalması  ilə  də  razılaşmamışdırlar.  Bu  məqsədə  xidmət  edən 
mütəfəkkirlər öz yaradıcılıqlarında birbaşa olmasa da, dolayısı ilə, yeri gələndə artıq yeni dövrün 


 
63 
tələblərinə cavab verməyən, mühafizəkar  dini və milli adət-ənənələri tənqid edir, onlara dövrün 
tələblərinə uyğun yeni rəng qatmağa çalışırdılar. Təbii ki, görülən bütün bunlar isə milli özünüdərk 
prosesinə müsbət təsir göstərir, xalqın, millətin qarşısında yeni bir səhifə açırdı.   
Din  arxasında   sığınaraq   xalqı   aldadan    mollaları,   ruhaniləri    öz  şeirlərində  kəskin 
tənqid  edən  

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə