2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə65/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   61   62   63   64   65   66   67   68   ...   108
Fəlsəfə imtahan sualları konspekti

İsmayıl  bəy
 
Qutqaşınlının
 
gördüyü ən mühüm milli əməllərdən biri də, 1835-ci ildə fransız dilində qələmə alaraq Varşavada 
nəşr  etdirdiyi  “Rəşid  bəy  və  Səadət  xanım”  əsəri  məzmununa  görə,  özündən  əvvəlki 
ədəbiyyatlardan  xeyli  dərəcədə  fərqlənmiş,  XIX  əsrdə  millətin  gerçək,  real  həyatını  əks 
etdirmişdir.  
Gələcək nəslin taleyində müəyyən iz buraxmış, müasiri olduğu cəmiyyətin problemlərinə 
reallıqdan  baxan  maarifçi-filosofu   
Mirzə   Şəfi   Vazehin
  ən  çox  diqqət  yetirdiyi  məsələ 
cəmiyyətin  dinə  münasibəti  problemi  olmuşdur.  Vazeh  təəssüflə  qeyd  etmişdir  ki,  din  alimləri 
islamla bağlı əsil həqiqəti həmişə millətdən gizlətmişlər. Apardığı müşahidələrə əsaslanaraq belə 
qənaətə gəlmişdir ki, ruhanilərin anlaşılmayan duaları və moizələri xalqın əzabını daha da artırır-
mütəfəkkir dini təbliğ edən şairlərə də qulaq asmağın mənasız olduğunu açıq şəkildə bildirməkdən 
çəkinməmişdir.  Vazeh  xalqın  ruhanilərə,  müctəhidlərə  deyil,  vətənpərvər,  millətsevər  insanlara 
ehtiyacı olduğunu bildirir. Bəlkə də buna görə Gəncə məscidlərinin birində M.F.Axundova dini 
elmləri  öyrədərkən  Vazeh  onu  ruhani  olmaq  fikrindən  daşındıra  bilmişdir.  Maarifçi-filosofun 
Tiflisdə 
 təşkil  
etdiyi  
“Divani 
hikmət” 
ədəbi 
məclisi,  
maarifçiliyin  
inkişafı  
və  
cəhalətin  tənqidi  
baxımından  
yazdığı 
satiraları  özünəməxsusluğu  ilə  seçilir. XIX əsrin birinci yarısında ədəbi  fəaliyyətlə məşğul  olan 
görkəmli  şair,  qeyri-adi  taleyi  olan  pedaqoq  Vazehin  şəxsiyyəti  və  yaradıcılığı,  Şərq  və  Qərb 
sivilizasiyalarının  müdrikliyini  özündə  üzvi  şəkildə  birləşdirən  poetik  irsi  onu  Şərq  poeziyası 
klassikləri pleyadasının parlaq nümayəndələrindən biri hesab etməyə əsas verir.  
Azərbaycan türkcəsində şeirlər yazan, türk dilinin saflığının qorunması uğurunda mübarizə 
aparan,  cəmiyyətdəki  nöqsanları,  geriliyi  tənqid  edən 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə