62
əhatəliyi və orijinallığı ilə fərqlənmişdir. Xürafatın əleyhinə çıxan, maarifə və elmi yüksək qiymət
verən Mirzə Kazım bəy “Bab və babilər” əsərində təbiətin bir-birindən fərqli, öz qanunlarına tabe
üç-maddi, mənəvi və ruhi-aləmdən ibarət olmasını qeyd etmiş, təfəkkürün mənşəyinin gizli qüvvə,
insan mənəviyyatının isə azad iradə ilə bağlılığını göstərmişdir. Mirzə Kazım bəyin “Firdövsiyə
görə mifologiya”əsərində müxtəlif bölgə mifləri haqqında maraqlı təhlilləri, “Şamil və
müridizm”,“Bab və babilər” kitablarında isə sosial zülmə və xarici istibdada qarşı olan Şamil
hərəkatı və babiliyin İslam bölgəsi təriqətləri ilə bağlı fəlsəfi, sosial, dini və etik baxışlarının elmi
şərhi verilmişdir.
XIX əsrin I yarısında A.A.Bakıxanov və Mirzə Kazım bəylə yanaşı milli özünüdərk
prosesinə müəyyən töhfələr vermiş mütəfəkkirlərdən biri olmuş
Dostları ilə paylaş: