2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə67/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   63   64   65   66   67   68   69   70   ...   108
Fəlsəfə imtahan sualları konspekti

Seyid Əzim Şirvaninin
  yaradıcılığında ictimai mahiyyət daşıyan satiraları mühüm 
yer tutur-onu  öz dövrünün dahi realist şairi kimi məşhurlaşdıran da məhz bu satiralardır. Seyid 
Əzimin dövrün ictimai eyiblərinə qarşı ifşaedici münasibəti onun satiralarında aydın şəkildə ifadə 
edilmişdir.  Şairin  “Əkinçinin  hadisəsi”,  “Padşah  və  əkinçi”,  “Şamaxının  yeni  bəyləri  haqqında 
həcv”, “Köpəyə ehsan”, “Yerdəkilərin göyə şikayəti” və s. kimi əsərlərində  xalqın qanını soran 
istismarçı  siniflər,  bəy  və  mülkədarlar,  çar  məmurları,  xalqı  avamlıq  və  fanatizm  girdabında 
saxlayan din xadimləri tənqid obyekti kimi götürülərək ifşa edilmişdir.  
XVIII  əsrin  sonundan  XIX  əsrin  ortalarınadək  olan  dövrdə  Azərbaycan  ictimai-fəlsəfi 
fikrinin müəyyən xüsusiyyətlərini aşağıdakı kimi ümumiləşdirmək məqsədəuyğundur: 
*
birincisi, 
Azərbaycanın Rusiya tərəfindən ilhaq edilməsi nəticəsində yaranan ziddiyyətli meyllər, 
ideyalar  bu  dövrün  ictimai  fikrində  özünü  aydın  şəkildə  göstərirdi-ictimai-fəlsəfi  fikirdə  köhnə 
feodal  ictimai  münasibətlərini,  milli  ənənə  və  milli  sərvətləri  qoruyub  saxlamağa  meyl,  “milli 
özünəməxsusluğu” hifz edən baxışlar qalmaqda idi; 
*
ikincisi,
 bu dövrdə ictimai-fəlsəfi fikirdə hələ də islam ehkamçılığının, müsəlman ilahiyyatının 
güclü təsiri xüsusilə hiss olunmaqda idi;  
*
üçüncüsü, 
XIX əsrdə Azərbaycan ictimai-fəlsəfi fikrində  maarifçilik ideyaları da əmələ gəlmiş 
və  XX  əsrin  əvvəllərində  o daha da qüvvətlənmişdir. Azərbaycan  maarifçiliyini  əsasən XIX  əsr 
hadisəsi hesab  etmək tarixi həqiqətə daha çox uyğundur-Azərbaycan maarifçiliyinin  öz inkişafına 
görə iki mərhələyə bölmək olar: 
birinci mərhələ-
XIXəsr-bu mərhələdə maarifçilik idealları feodal-
təhkimçilik üsul idarəsinin maariflənmə yolu ilə islah edilməsi, insaniləşdirilməsi,  dini fanatizm, 
mövhumat,  cəhalətin,  feodal  əsarətinin  kəskin  tənqid  edilməsi  və  aradan  qaldırlması  ilə  ifadə 
olunrdu.  Azərbaycan  maarifçiliyinin 
ikinci  mərhələsi-
XIX  əsrin  sonu  və  XX  əsrin  əvvəllərinin 
əhatə edir-bu dövrün maarifçiliyi daha çox radikalizmlə, inqilabi demoratik ideyalarla qovuşması 
ilə,  həyat  proqramlarını  daha  qətiyyətli  taktiki  metodlara  həyata  keçirməyə  meylli  olması  ilə 
fərqlənir; 
*dördüncü, 
XX  əsrin  əvvəllərindəki  Azərbaycan  ictimai-siyasi  fəlsəfi  fikri  üçün  həm  də  realist 
inqlabi-demokratizm  ideyaları  xas  idi-bu  ideyaları  maarifçiliyin  ilkin  dövrü  nümayəndələrinin 
fikirlərindən fərqləndirən əsas cəhət, onların öz məqsədlərini həyata keçirmək yollarında həyata 
keçirdikləri taktiki vasitələri idi; 
*beşinci,
  XIX  əsrn  axırı  XX  əsrin  əvvəllərində  Azərbaycan  ictimai  fəlsəfi  fikri  üçün  səciyyəvi 
cəhətlər mətbuatda, kosmoloji düşüncə, bioloji, tibbi və s. görüşlərdə elmi-realist ideyalara, dövrün 
təbii-elmi  yeniliklərinə  doğru dönüşündən  ibarətdir-bu dövr Azərbaycan  ictimai  fikrinin  bir çox 
nümayəndələri- Zərdabi, Məmmədquluzadə, Nərmanov, Köçərli, Nemanzadə-bəzi hallarda islam 
dini mövqeyindən çıxış etsələr də, əslində yeni üsul məktəblərinn açılmasını,  Darvinin təkamül 
və  Eynşteyinn  nisbilik  nəzəriyyəsini,  Kainatın  maddi  vəhdətdən  ibarət  olmasını,  təbii-tibbi 
bilkilərin yayılmasını və s. geniş təbliğ edirdilər; 
*a
ltıncısı, 
XX əsrin əvvəllərində Azərbaycan ictimai-fəlsəfi fikri üçün, ölkənin  milli müstəqilliyi, 
suverenliyi  və  demokratik  inkişafını  türkçülük,  islamçılıq  və  müasirlik  mənəvi  prinsipləri  ilə 
vəhdətdə  həyata  keçirməsində  görən  xüsusi  ideya-fəlsəfi  cərəyan  da  xas  idi-hazırda  müstəqil 
respublikamızın dövlət quruculuğu işlərinin həyata keçirilməsində onların ideya-nəzəri irsinin və 
tarixi  təcrübəsinin mühüm əhəmiyyəti vardır. 
 


 
64 
XIX əsrin sonu və XX əsrin əvvəllərində şərqçilik-islamçılıq mühafizəkarlıq kimi müasirlik-
qərbçiliyə qarşı dayanmışdır. Qərbdən gələn yeni dəyərləri qəbul etmək istəməyən mühafizəkarlar 
dövrün mövcud problemlərinin həllini yalnız islamda-şəriət qanunlarında görürdülər, avropalaşma 
tərəfdarları  olanlar  isə  çıxış  yolunu  avropalaşmada,  Qərb  mədəniyyətini  mənimsəməkdə 
görürdülər. Mühafizəkarlar heç vaxt köhnəlməyən islam dəyərlərini Qərbin yeni dəyərlərinə qarşı 
qoyurdular,    xilas  yolunu  dini  elmləri  öyrənməkdə  görürdülər.  Axundovdan  başlayaraq  Qərb 
mədəniyyətini  qəbul  edənlər  isə,  islamı  tamamilə  inkar  etməsələr  də,  köklü  şəkildə  islahatların 
aparılmasına  ehtiyac  olduğunu  vurğulayırdılar.  Qərbçilərin  fikrincə,  dəyişikliklər  yalnız  dinlə 
məhdudlaşmamalı,  bütün  sahələrdə-məktəb,  əlifba,  dövlət  və  s.-ciddi  islahatlar  aparılmalıdır.  
Cəmiyyətdə  köklü  islahatların  aparılmasını  zəruri  sayanlar  qərbçilər-müasirlik  tərəfdarları  kimi 
tanınır, mühafizəkarlar isə islamdan kənara çıxmağın mümkünsüzlüyünü iddia etdikləri və hər cür 
yeniliyi şəriət qanunlarında axtardıqları üçün islamçılar kimi xarakterizə olunurdular.  İslamçılar-
şərqçilər arasında daha ifrata varanlar-islam birliyini irəli sürənlər ittihadçılar, qərbçilər içərisində 
eyni  mövqe  tutanlar  isə  marksisitlər  idi. İttihadçılar  birmənalı  şəkildə  islam-şəriət  qanunlarının 
tətbiq  olunmasını  vacib  sayırdılar,  marksistlər  isə  dini-idealizmi  rədd  edərək,  dinsiz  və  xüsusi 
mülkiyyətsiz,  ictimai  bərabərliyin  hökm sürdüyü  cəmiyyət  yaratmaq  istəyirdilər. Həmin dövrdə 
Azərbaycanda  bu cür  ifrat mövqedə duran qərbçilərin demək olar ki,  əksəriyyəti  başqa  millətin 
nümayəndələri olmuşdur,  azərbaycanlı mütəfəkkirlər cür radikal mövqedən qaçırdılar.  
 
Azərbaycanda  mövcud  olan  sosial-siyasi  və  iqtisadi  durumun,  müstəmləkə  boyunduruğu 
altında  inləyən  məzlum  və  məhkum  xalq kütlələrinin  acınacaqlı  vəziyyətinin, ölkədə  baş  verən 
qarışıq hadisələrin, siniflərin mübarizəsinin, inqilabi azadlıq hərəkatlarının, ədalətsizlik, haqsızlıq, 
zülm və istismarın törətdiyi ağır nəticələrin canlı şahidi olan 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə