2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə57/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   53   54   55   56   57   58   59   60   ...   108
Fəlsəfə imtahan sualları konspekti

Bəhmənyarın
 (993-1066) dünyagörüşünün  formalaşmasında İbn Sinanın rolu 
böyükdür.   
Filosof tərəfindən müxtəlif  baxımdan nəzərdən keçirilən varlıq vacib və mümkün, səbəb 
və  nəticə,  ilkin  və  meydana  çıxmış  və  s.  qisimlərə  bölünür.  Zəruri  və  mümkün  qisimlərə 
bölünməsi baxımından varlığın təsnifatı bütün Şərq peripatetiklərinin antologiyasında mühüm 
yer tutur. Zəruri, yaxud vacib varlıq mövcudatın əsasını təşkil edir, ondan savayı mövcud olan 
hər  şey  mümkün  varlıq  sayılır.  Vacib  varlıq  qeyri-möv-  cudluğunun  fərz  edilməsi  mümkün 
olmayan varlıqdır. Mümkün varlıq isə nə varlığı, nə də yoxluğu cəhətdən zəruridir.  
Bəhməniyar  “Təhsil  kitabı”nda  mövcudatın  bütün  mərtəbələri  nəzərdən  keçirilir:  ilk 
səbəb, ilk nəticə, materiya və formadan təşəkkül tapmış göy sferaları onlara aid olan planetlər, 
fəal əqllər və nəfslər, nəhayət ünsürlər aləmi. Bəhmənyarın varlıq təlimində mümkün varlığın 
substansiya  (əl-cauhər)  və  aksidensiya  (əl-arad)  qisimləri  ilə  bağlı  fikirləri  də  maraqlıdır. 
Substansiyanı beş qismə: materiya, forma, cisim, nəfs və əqlə bölən filosof bu məsələlərdə İbn 
Sinanın mövqeyinə daha çox yaxındır. 
Bəhmənyarın nəfsin üç-nəbati, heyvani və insani növləri ilə bağlı fikirlərini, materiya və 
zaman, sükunət kateqoriyaları ilə bağlı düşüncələri onun peripatetik ruhuna uyğundur. Nəfsin 
nəbati qüvvəsi qidalanma, inkişaf edib böyümə və törəyib çoxalma vəzifələrini yerinə yetirir. 
Heyvani  nəfs  qüvvələri  təhrikedici  (şəhvət,  qəzəb)  və  qavrayıcı  (xarici  və  daxili  hisslər) 
olmaqla iki yerə bölünür.  İnsani nəfs qüvvəsinə gəldikdə, o, əqidən, yaxud düşünən qüvvədən 
ibarətdir.    Nəbati,  heyvani  və  insani  nəfs  qüvvələri  arasında  keyfiyyət  müxtəlifliyi 
orqanizmlərin  tərkib  və  təşəkkül  cəhətdən  müxtəlifliyindən  irəli  gəlir.  Təbiətşünas  Şərq 
filosofları orta əsrlərdə bitki, heyvan və insan, ümumiyyətlə, üzvi aləmi, habelə bütün maddi 
varlıqları bir-birindən təcrid edilmiş şəkildə deyil, qarşılıqlı əlaqədə, vəhdotdə götürüb tədqiq 
edirdilər.  İbn  Sina  təlimindən  çıxış  edən  Bəhmənyar  göstərir  ki,  insan  fitrən  məlumat 
toplamağa,  elm  öyrənməyə  qabildir.  Onun  fikrincə,  şeylər  təbii  surətdə  duyğular  vasitəsilə, 
daha sonra isə əql vasitəsilə dərk edilir. Bəhmənyar keyfiyyətin dörd növünü göstərir: hal və 
vərdiş, güclülük və gücsüzlük, təsirlənmə keyfiyyətləri və kəmiyyətə görə seçilən keyfiyyətlər.  
  
 
Bəhmənyar, ümumiyyətlə, Şərq peripatetikləri sillogizmlərin nəticə vermə xüsusiyyətinə 
görə quraşdıncı və istisnaedici növlərini geniş izah etmişlər. Sillogizmdə verilmiş hökmlərdən 


 
53 
hər birinə müqəddimə, onlardakı subyekt və predikata isə termin deyilir. Bəhmənyar qeyd edir 
ki, sillogizmdə üç termindən düzəlmiş iki müqəddimədən nəticə çıxarılır. Lakin axtarılan çoxlu 
müqəddimələrin  köməyi  ilə  müəyyənləşərsə,  burada  müxtəlif  sillogizmlər  vardır.  Şərq 
peripatetiklərmin  məntiqində  istidlalın  forması  və  materiyası  haqqındakı  fikirlər  xüsusilə 
qiymətlidir.  İstidlalın  forması  dedikdə,  onun  quruluşu,  müqəddimələr  arasındakı  əlaqə, 
materiyası  dedikdə  müqəddimələrin  faktiki  məzmunu  nəzərdə  tutulur.  İstidlalın  düzgünlüyü 
onun yalnız quruluşunun, formasının düzgünlüyündən deyil, eləcə də onun müqəddimələrinin 
faktik məzmununun düzgünlüyündən asılıdır.  
 
Bəhmənyar  əqlin  fəaliyyətini  idrak  qabiliyyəti  baxımından  qiymətləndirir.  Filosofun 
idrak nəzəriyyəsi öz məzmunu etibari ilə Şərq fəlsəfəsi fikrində mühüm əhəmiyyətə malikdir. 
Bəhmənyarın məntiqi Aristotel ruhunda olsa da filosofun məntiqlə bağlı sərbəst mülahizələri 
maraqlıdır. İdrak və məntiq məsələlərindən bəhs edən Bəhmənyar fikir, zehin, zəka, intuisiya 
kimi  anlayışları  da  təhlil  etmişdir.  İnsani  nəfs  ilə  heyvani  nəfs  arasındakı  başlıca  fərq  idrak 
qabiliyyətindədir.  Bəhmənyar  fəlsəfi  biliyin  faydasına  əxlaqi  keyfiyyət  baxımından  yanaşır, 
biliyə  yüksək qiymət verir. Əql ən böyük  varidatdır. Filosof dünyadakı  nemətlərdən  istifadə 
etməyi, həyatdan zövq almağı hər bir adamın ədalətli, qanuni hüquqi hesab edir. Müasir dövr 
üçün  Bəhmənyarın  etik  baxışlarının  əhmiyyətini  xüsusi  qeyd  etmək  lazımdır.  İnsanda  yaxşı 
keyfiyyət kimi mərdlik, qocalıq, əliaçıqlıq, ağıllıq, xeyirxahlıq və s. hesab edən Bəhmənyarın 
gözəlliklə bağlı fikirlərinə də olduqca maraqlıdır.  
 
Orta  əsr  işraqilik  fəlsəfəsinin  banisi  Şihabəddin  Əbdülfutuh  Yəhya  Həbibi  oğlu 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə