2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə54/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   50   51   52   53   54   55   56   57   ...   108
Fəlsəfə imtahan sualları konspekti

Georq  Vilhelm  Fridrix 
Hegelin
  yaradıcılığı hesab olunur. 
Hegelin fəlsəfi baxışlarının  əsasını aşağıdakı şəkildə vermək olar. Bütün dünya – hansısa dünya 
əqlinin,  ruhunun  imkanlarının  genişlənməsi  və  reallaşmasının  möhtəşəm,  əzəmətli  tarixi 
prosesidir.  Dünya  Ruhu  tamamilə  obyektiv,  şəxsiz,  ideal  başlanğıcdır,  inkişafın  əsası  və 
subyektidir, bütövlükdə dünyanın yaradıcısıdır. Bu şəxssiz ideal başlanğıcın yaradıcı fəaliyyətinin 
ümumi sxemi Hegeldə Mütləq İdeya adını daşıyır. Yer üzündə mövcud olan hər şey – yalnız onun 
fəallığının nəticəsi, yekunu, solğun, zəif inikasıdır. 
 
Fəlsəfənin inkişafında Hegelin hədiyyəsinin ümumi «çəkisi»ilk növbədə dialektik metodun işləyib 
hazırlaması  ilə  müəyyən olunur. Burada dialektika deyərkən  inkişaf  nəzəriyyəsini  başa düşmək 
tələb olunur, onun əsasında əksliklərin vəhdəti və mübarizəsi, yəni ziddiyyətin əmələ gəlməsi və 
həlli  dayanır.  Ziddiyyət  bir-birini  inkar  edən  və  eyni  zamanda  bir-birini  tələb  edən  əksliklərin 
vəhdətidir. Bu bir-birini inkarda yaranan gərginlik, münaqişə istənilən şeyin hərəkət və inkişafının 
mənbəyinə  xidmət edir. Həm də inkişaf sərbəst, özbaşına  yox,  müəyyən qaydaya  əsasən  həyata 
keçir: fikir (tezis), onun inkarı (antitezis), inkarın inkarı (sintez, ziddiyyətin aradan qaldırılması). 
«Aradan qaldırılma» termini burada o məna verir ki, predmetin inkişafının ilk iki mərhələsi aradan 
qaldırılıb, aşılıb, tərk edilib, lakin eyni zamanda həm də qorunur, yenidən əmələ gəlir, yeni, yüksək 
keyfiyyətdə  birləşir.  Bu  müxtəlif  fəlsəfi  sistemlərin  qarşılıqlı  münasibətinin  Hegel  şərhinə  də 
aiddir: bu fəlsəfi sistemlər bir-birini əvəz edir, yeni kəşflər yetişdirir, bunlar da zaman keçdikcə 
itmir,  bir  sistemdən  digərinə,  həm  də  hər  dəfə  yeni  keyfiyyətdə,  keçir  (yəni  dünyanın  ümumi 
mənzərəsində bu və ya digər bilik fraqmentlərinin yeri və əhəmiyyəti dəyişir). 


 
50 
Dünyanın  ilkin  əsasını  təşkil  edən  (Hegelin  ehtimalına  görə)  mütləq  ideya  da  triadaya  –  tezis, 
antitezis və sintezə tabe olmalıdır. Əvvəlcə o təmiz məntiqi mahiyyət formasında («Məntiq elmi»), 
sonra  varlığın  başqa  forması  və  ya  təbiət  formasında  («Təbiətin  fəlsəfəsi»)  və  nəhayət  ruhun 
müxtəlif formalarında –hüquq, əxlaq, incəsənət, din və s. («Ruhun fəlsəfəsi») çıxış edir. 
 
Alman filosofu, antropoloji materializmin variantlarından birinin yaradıcısı, gəncliyində Hegelin 
tələbəsi  və  qızğın  tərəfdarı,  sonralar  onun  barışmaz  tənqidçisi,  xüsusilə  Hegelin  dinə  olan 
baxışlarının  tənqidçisi,  XIX  əsrdə  Almaniyada  klassik  tipli  filosofluq  etmək  ənənəsini  davam 
etdirən 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə