2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə50/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   46   47   48   49   50   51   52   53   ...   108
Fəlsəfə imtahan sualları konspekti

Şarl  Lui  Monteskye 
(və 
Fransua  Mari  Arue  Volter
  olmuşdurlar. 
Maarifçilərin ilk nəslinə Jan Melyeni də aid etmək olar. Onların, ilk növbədə Volterin yaradıcılığı 
40-cı  illərin  ortalarından  başlayaraq  yaradıcılıqları  genişlənən  çoxsaylı  ikinci  nəslin 
formalaşmasına kömək etmişdir. Bu nəslin görkəmli nümayəndələri Jyülyen Ofre de Lametri, Deni 
Didro, Etyen Bonno de Kondilyak, Jan Jak Russo, Pol Anri Holbax, Klod Anrian Helvetsi, Jan 
Antuan Konderse olmuşdurlar. Yalnız sırf fəlsəfi əsərlərlər deyil, eyni zamanda bədii ədəbiyyat 
və  və  teatr  vasitəsilə  (Volter,  Monteskiye,  Didro,  Russo  dövrlərinin  görkəmli  yazıçıları  idilər) 
geniş yayılan Maarifçilik ideyaları Fransanın bütün qabaqcıl mənəvi mədəniyyətinə  daxil olmuş 
və geniş ictimai sərvətə çevrilmiºdir. Onlar fəlsəfənin nüfuzunu əvvəllər görünməmiş səviyyəyə 
qaldırdılar və bəşəriyyəti narahat edən bütün məsələlərin həllində fəlsəfi əqlə ali instansiya kimi 
baxışı  təsdiq  etdilər.  Onların  işləyib  hazırladıqları  yeni  fəlsəfi  mövqedən  adamların  sosial 
həyatının dünyagörüşü problematikasını və prinsiplərini yenidən nəzərdən keçirmişlər. XVII əsr 
novatorlarının  irslərinə  əsaslanaraq  maarifçilər  fəlsəfi  problemlərin  işlənməsində  bu  görkəmli 
mütəfəkkirlərdən xeyli irəli getməyə qadir olmuşdurlar. 
 
Fransız  materialistlərinin  nöqteyi-nəzərincə,  materiya  real  mövcuddur  və  xırda  hissəciklərdən 
təşkil  olunmuş  sonsuz  çoxsaylı  maddi  cisimlər  şəklində  dərk  olunur.  Burada  Kainatın  maddi 
cisimlərin  sonsuz  məcmusu  kimi  Hobbs  anlaşılması  ilə  oxşarlıq  görünür.  Lakin  əgər  Hobbs 
materiya  ümumi  anlayışının  qanuna  uyğunluğunu  inkar  edirdisə  də,  fransız  materialistlər  bu 
anlayışı  yüksək  səviyədə  məzmunlu  və  Kainatın  adekvat  fəlsəfi  dərk  olunması  üçün  birinci 
dərəcəli əhəmiyyətə malik olan anlayış hesab edirdilər. 
Fransız materialistləri nəinki dünyanın izahını onun özündən çıxış edərək dərinləşdirmiş, həm də 
eyni  zamanda  dünyanın  dəyişilməsi  baxışını  əsaslı  şəkildə  işləmişlər.  Bütün  mövcud  olanların 
dəyişkənliyi haqqında tezis olanların təbiət konsepsiyalarının əsas müddəalarından biridir.  
 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə