2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə46/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   42   43   44   45   46   47   48   49   ...   108
Fəlsəfə imtahan sualları konspekti

Tomas  Hobbsu 
yeni  dövrün  sosiologiyasının  banisi,  semiotikanın  atası  hesab  etmək  olar. 
Bekonun  ardınca  Hobbs  təkrar  edirdi  ki,  bilik  qüvvədir  və  ona  fəlsəfə  başda  olmaqla  elmlərin 
köməyi  ilə  nail olmaq olar. Fəlsəfi  nəzəriyyə  adamların praktiki  marağına və  ehtiyacına xidmət 
etməlidir.  Buna  o  vaxt  nail  olmaq  olar  ki,  nəzəriyyə,  biliyə  şeylərin  yaranmasının  üsullarını  və 
səbəblərini  gətirsin  ki,  sonra  da  bunu  praktikada  tətbiq  etmək  olsun.  Ümumi  nəzəri  bilik  məhz 
fəlsəfədir.  
Hobbsun təliminə görə, dünya cisimlərin məcmusudur, heç bir qeyri-maddi şey mövcud deyildir. 
Bütün  cisimlər  və  həmçinin  onlarda  baş  verən  dəyişikliklər  maddi  elementlərin  hərəkətindən 
yaranır; bu da mexanikanın qanunları əsasında baç verir (yəni cimdən cismə hər bir hərəkət yalnız 
təkan vasitəsilə verilə bilər).  
Duyğulardan təşəkkül tapmış insan və heyvanın mənəvi həyatı da hərəkətlə bağlıdır. İnsanların və 
heyvanların hərəkətləri bütövlükdə kənardan müəyyən olunan mürəkkəb mexanizlərdir. Bununla 
belə,  canlılar  və  cansızlar  arsında  fərq  vardır.  Belə  ki,  canlı  mexanizlərin  əvvəlki  təssuratları 
saxlamağa kömək edən orqanları var. Eyni zamanda onların yeni təssüratları köhnə təssüratlarla 
müqayisə etmək qabiliyyətləri vardır.  
 
Con  Lokk
  təcrübəni  bütün  ideyaların  yeganə  mənbəyi  hesab edirdi, xarici  və  daxili təcrübələri 
fərqləndirirdi. Buna uyğun olaraq o, bizim ideyaların iki emprik mənbəyini - duyğu və refleksiya 
-  göstərirdi.  Duyğu  ideyası  -  bizim  bütün  ideyaların  əsas  fondudr.  Onlar  bizdən  xaricdə  olan 
şeylərin hiss orqanlarına təsirindən yaranır. Refleksiya ideyası isə, bizim əqlimizin, hisslərimizin 
daxili vəziyyətini və fəaliyyətini nəzərdən keçirərkən daxilimizdə yaranır.  


 
46 
Metafizik metodun yaradılmsında Lokkun böyük rolu olmuşdur, ancaq onu da qeyd edək ki, bu 
metodun elementləri fəlsəfənin bütün əvvəlki inkişafı gedişində özünü göstərirdi. 
Lokka  görə, təcrübədən  əldə  edilmiş  ideya  hələ  biliyin  özü  deyil,  yalnız  bilik  üçün  materialdır. 
Bilik əldə etmək üçün bu materialın müəyyən dərəcədə təkmilləşməsi lazımdır və bu da müqayisə, 
uyğunlaşma və ayrılma (və ya abstraksiya) vasitəsilə həyata keçir. Bunların vasitəsilə daxilimizdə 
sadə  ideyalar  mürəkkəb  şəklə  düşür.  Lokk  bilik  üçün  əhəmiyyətlərinə  görə  ideyaları  üç  qrupa 
bölür:1)  real  (və  ya  fantastik);  2)  adekvat  (və  ya  qeyri-adekvat);  3)  həqiqi  (və  ya  yalan).  Real 
ideyaların təbiətdə əsasları var, onlar şeylərin gerçək mahiyyətinə uyğundurlar. Adekva ideyalar 
ayrıldıqları nümunələri təmsil edirlər. Bütün sadə ideyalar adekvatdır. Lokka görə, həqiqi və yalan 
ideyalara deyil, təkliflərə (mühakimələrə) aiddirlər. Həqiqət həmişə təsdiq inkarı tələb edir. 
 
Lokk  eyni  zamanda  dövlət,  dövlət  hakimiyyəti  və  hüquq  haqqında  təlim  işləyib  hazırlamışdır. 
Onun bu təlimi XVII əsrin ən görkəmli nəzəriyyələrindən biri idi. 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə