2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


-Yeni dövr Avropa fəlsəfəsi



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə44/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   40   41   42   43   44   45   46   47   ...   108
Fəlsəfə imtahan sualları konspekti

 
3-Yeni dövr Avropa fəlsəfəsi 
 
XVII–XVIII  əsrlər...  Fəlsəfə  tarixinə  “Yeni  dövr”  kimi  daxil  olmuş  bu  əsrləri  həm  fəlsəfələr 
əsrləri, həm də  rasionalizm  əsrləri, həm də ”Əql  əsrləri” adlandırırlar. Bu dövrün təfəkkürünün 
çıxış nöqtəsi F.Bekonun sensualist təlimi oldu. Məhz onun vasitəsi ilə İntibah dövrü XVII–XVIII 
əsrlərə həm aradan qaldırılacaq, həm də davam etdiriləcək çox şeylər vermişdir. 
 
 
XVII əsrdə Avropa iqtisadi, sosial və mədəni inkişafın yeni mərhələsinə qədəm qoymuşdur və bu 
dövrü  də  şərti  olaraq  Yeni  dövr  adlandırmaq  qəbul  olunmuşdur.  Həqiqətən  də  bu  dövrdə  elə 
proseslər  inkişaf etməyə  başlayır ki,  -  söhbət Avropada burjua  munasibətlərinin  hökmranlığının 
özünü təsdiq etməsindən gedir – hal-hazırda belə onu Qərbi Avropa sivilizasiyası kimi xarakterizə 
edirlər. 
Dövrün  ictimai  şüurunu  xarakterizə  edərkən,  ilk  növbədə  qeyd  etmək  lazımdır  ki,  o,  İntibah 
dövrünün ictimai şüurundan kəskin şəkildə fərqlənirdi. Bu dövrün ictimai şüuru qarşılaşdığı hər 
hansı  şəraitin  kəskin  daxili  ziddiyyətlərini  qeyd  edirdi.  XVII  əsrdə  yeni  növ  dünyagörüşü 
hökmranlıq etməyə başladı. Bu dünyagörüş üçün varlıq heç də donmuş, dəyişməz, “qapalı”, ilahi 
qüvvə  tərəfindən  həmişəlik  müəyyən  olunmuş  deyildir,  əksinə,  dinamikdir,  bütün  mümkün 
dəyişkənlik üçün “açıqdır”. Dövrün fəlsəfi dərkolunmasında “iki sahə bir-birindən kəskin şəkildə 
ayrılır:  bir  tərəfdən,  real,  gərçək,  gündəlik,  konkret  –  tarixi,  sosial  varlığı,  insanın  idrakına  və 
faəliyyətinə  aid  olan,  digər  tərəfdən,  insanın  mahiyyətinə,  “təbiətinə”,  eyni  zamanda  insanın 
idrakının və fəaliyyətinin dərin məğzinə, daxili strukturuna aid olanlar”.  
Beləliklə,  bu  dövrün  fəlsəfəsi  ən  kəskin  mübarizələrin  –  ontologiyada  idealist  və  materialist 
yanaşmanın;  metodologiyada  sensualizm  və  rasionalizmin  mübarizəsinin;  induktiv  və  deduktiv 
idrak  üsullarının  bir-birinə  qarşı  qoyulmasının;  insan  psixikasının  emosional  və  intellektual 
sahələrinin toqquşmasının  və  s.  – ümumi  mənzərəsini  verir. Son nəticədə  bu  istiqamətdə  fəlsəfi 
fikrin inkişafı Kantın məşhur antinomiyalarının formalaşmasına gətirib çıxarmışdır. 


 
45 
 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə