2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə58/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   54   55   56   57   58   59   60   61   ...   108
Fəlsəfə imtahan sualları konspekti

Sührəverdi
 (1154-1191) böyük filosof, sufi nəzəriyyəçi, ictimai-siyasi xadim, fiqh, təsəvüf və 
ədəbiyyata  dərindən  yiyələnmiş,  geniş  əhatəli,  mükəmməl  biliyi  ilə  şöhrət  qazanmış,  varid 
olduğu  yerlərdə  böyük  ehtiram  və  təntənə  ilə  qarşılanmış  istedadlı  şair  idi.  Şihabəddin 
Sührəvərdi dərin mühakiməli, zəngin fikirli filosof olmaqla bərabər, coşqun  təbli bir şair idi. 
Keçdiyi mənalı həyat yolu, yaratdığı qiymətli, orijinal əsərlər onun azadfikirlilik meyillərirtdən 
xəbər  verir.  Bu  keyfiyyət  onun  həyatını  təhlükə  qarşısında  qoymuşdur.  Beləliklə,  hələ  öz 
müasirləri  böyük  filosofun-mütəfəkkir  şairin  azadlıq  ideyaları  ilə  çırpınan  qəlbinin 
döyüntülərini  duyur,  onun  yaxın  gələcəkdə  təhlükə  qarşısında  qalacağını  qabaqcadan  hiss 
edərək  halına  acıyırdılar.  Öz  müasirlərinin  verdikləri  xəbərə  görə,  o,  müzakirələrdə, 
diskussiyalarda  yüksək  natiqlik  məharəti  göstərir,  bəsirəti,  geniş  elmi  məlumatı  və  sübutları 
sayəsində  əleyhdarlarına  qalib  gəlirdi.  Şihabəddin  Sührəvərdinin  maraqlı  şəxsiyyəti,  fitri 
istedadı  və  orijinal  fəlsəfi  fikirləri  qabaqcıl  ziyalıların  dərin  rəğbətini  qazanmışdır-onu 
peyğəmbər adlandıranlar da olmuşdur. O, uşaqlıq və gənclik illərində peripatetizm məsələləri 
ilə  maraqlanmış,  məntiq,  metafizika  və  təbiətşünaslıq  elmlərini  dərindən  öyrənmişdir. 
Filosofun qeydə alınmış əlli iki əsərindən on üçü peripatetizm, on beşi sufizm, səkkizi işraqitik 
və  on  altısı  müxtəlif  mövzular  üzrə  qruplaşdırılmışdır.  Peripatetizmə  dair  traktatlardan 
“Filosofların  görüşləri”  traktatı  eyni  zamanda  “Filosofların  etiqadı”  kimi  tanınır.  Məntiq, 
metafizika  və  təbiətşünaslığa  dair  əsərləri  ona  öz  dövründə  şöhrət  gətirmişdir.  Şihabəddin 
Sührəvərdi  aristotelizmi  sadəcə  olaraq  təkrarlamamış,  onu  daha  da  inkişaf  etdirmək 
təşəbbüsündə  olmuşdur,  Bu  baxımdan  o,  “Birinci  müəllim”in  təliminə  yaradıcı  surətdə 
yanaşmışdır, Filosof fəlsəfi kateqoriyaların yeni təsnifatını işləyib hazırlamışdır. O, on fəlsəfi 
kateqoriyadan  substansiya,  kəmiyyət,  keyfiyyət  və  nisbəti  müstəqil  kateqoriyalar  saymış, 
hərəkəti də buraya əlavə etmişdir. Şihabəddin Sührəvərdinin fikrincə, harada?, haçan?, vəziyyət 
və  malikiyyət,  nisbət,  təsir  və  təsirlənmə  isə  hərəkət  kateqoriyasına  daxildir.  Şihabəddin 


 
54 
Sührevərdinin peripatetizmə dair traktatları aristotelçi fəlsəfənin bir sıra mühüm məsələlərini 
aydınlaşdırmaqdan əlavə, işraqilik təliminin əsaslandırılması üçün də əhəmiyyətlidir. Bilavasitə 
işraqiliyə dair əsərlər Şihabəddin Sührəvərdinin  yaradıcılığının özəyini təşkil edir, o, burada 
yeni bir fəlsəfi təlimin əsaslarını işləyib hazırlamışdır.  
 
 
 
Təbiətşünas alim, ictimai-siyasi xadim, böyük Azərbaycan filosofu Siracəddin Mahmud 
Əbubəkir  oğlu 
Urməvi
  (1198-1283)  bəşər  elmi-fəlsəfi  fikrini  zənginləşdirmiş  dahi 
şəxsiyyətlərdəndir.    Siracəddin  Urməvi  Mosulda  o  dövrün  böyük  təbiətşünas,  məntiqçi 
filosoflarından Kəmaləddin Musa İbn Yunusdan və başqalarından fəlsəfə, məntiq, hüquq, tibb, 
riyaziyyat, astronomiya və s. elmləri mükəmməl öyrənmiş, bu sahələrin mahir mütəxəssisi kimi 
ətraf məmləkətlərdə məşhurlaşmışdır. Azərbaycan alimi həmin dövrdə görkəmli şəxsiyyətlərlə 
- elm adamları və siyasi xadimlərlə yaxınlıq etmiş, dövlət və hüquq işləri ilə maraqlanmışdır. 
Siracəddin Urməvinin əsərlərində peripatetik fəlsəfənin bütün problemləri geniş araşdırılmış, 
varlıq təlimi, idrak nəzəriyyəsi və məntiq məsələləri dərindən tədqiq edilmiş, mütərəqqi sosial-
siyasi görüşlər və etik fikirlər öz dolğun ifadəsini tapmışdır. 
Siracəddin  Urməvi  Şərq  peripatetizmi  mövqeyindən  çıxış  edərək  varlığın  müxtəlif 
qisimlərinin şərhini vermişdir. Filosof “varlığı”, ilk növbədə onun ziddi olan “yoxluq” anlayışı 
ilə qarşılıqlı götürmüşdür. O bu anlayışları müxtəlif aspektdə nəzərdən keçirdikdən sonra üç 
qisimdə  qruplaşdırmışdır:  *vacib  varlıq  -  qeyri-mümkün  yoxluq,  *vacib  yoxluq  -  qeyri-
mümkün  varlıq  və  *mümkün  varlıq  -  mümkün  yoxluq.  Peripatetik  sələfləri  kimi  Siracəddin 
Urməvi göstərirdi ki, vacib varlıq özü də iki qisimdir: “Biri öz-özlüyündə vacib varlıq, digəri 
isə başqasının sayəsində vacib varlıqdır. Öz-özlüyündə vacib varlıq odur ki, onun mahiyyəti 
(substratı)  yoxluğu  qəbul  etmir,  bəlkə  onun  varlığı  elə  öz  mahiyyət  indəndir.  Başqasının 
sayəsində vacib varlıq odur ki, onun mahiyyəti yox ola bilir, onun varlığı başqasındandır”. 
 
 
Siracəddin Urməvi maddi aləmin ayrı-ayrı cəhətlərini, keyfiyyətlərini araşdırarkən bir sıra 
qiymətli  təbii-elmi  fikirlər  söyləmişdir.  Kainatın  geosentrik  nəzəriyyəsini  qəbul  edən  alimin 
təsəvvüründə maddi aləmi iç-içə yerləşmiş göylər, onların ulduzları, planetləri və Yer kürəsi 
təşkil edir. Hər bir göyün özünəməxsus ölçüsü, qalınlığı vardır. Onun fikrincə, planetlər üzükdə 
qiymətli  qaş  kimi  göy  sferalarında  qərar  tutmuşlar.  Təbiətşünas  alim  göstərir  ki,  göylərin 
dövrləri arasında müəyyən zaman fərqləri mövcuddur. Hər göyün iki nöqtədə dövrü olur, onu 
qütb adlandırırlar. Göylərin dövrləri müəyyən saylarla hesablanır. Belə ki, bir dövrü Ay göyü 
bır  ayda,  Günəş  göyü  bir  ildə,  Yupiter  göyü  on  iki  ildə,  Satum  göyü  otuz  ildə  başa  vurur. 
Göylərin hərəkət sürəti onların kiçikliyindən, yaxud böyüklüyündən asılı deyildir. Siracəddin 
Urməvi  Yer  kürəsinə  mövcud  planetlərdən  biri  kimi  baxmaqla  yanaşı,  ona  xüsusi  diqqət 
yetirmiş, insanı əhatə edən şeylər və hadisələr haqqında maraqlı mühakimələr yürütmüşdür. O, 
göy cisimlərinin, ilk növbədə Günəşin və Ayın Yerə təsiri, Yerdəki həyat üçün mühüm amil 
olmaları barədə söz açmışdır. 
Siracəddin Urməvi öz əsərlərində tibb məsələlərinə geniş yer vermişdir. O, qədim və orta 
əsr müəlliflərinin təbabətə dair traktatlarını dərindən öyrənmiş, mühüm məsələlərdə Aristotelin, 
Qalenin və İbn Sinanın doktrinalarına əsaslanmışdır. 
 
 


 
55 
Siracəddin  Urməvi  dövlət  idarəçiliyi  işlərində  inzibati  cəza  tədbirlərini  də  nəzərdən 
keçirmişdir.  Mütəfəkkirə  görə,  xalqın  hifzi  və  qorunması  canilərin  və  cinayətkarları 
cəzalandırmağın  icrası  ilə  bağlıdır.  Cəzanın  tətbiq  edilməsi  həm  cani  və  cinayətkar  olacaq 
adamların, həm də başqalarının həyatı üçün əhəmiyyətli hesab edilir. Urməvi cinayət faktının 
xarakterinə xalqın mənafeyini müdafiə etmək prinsipindən yanaşmışdır. Mütəfəkkir günahkarı 
mülkün və rəiyyətin mühafizə edilib qorunması cəhətdən cəzalandırmağı tərifəlayiq iş, padşah 
və  onun  hakimiyyəti  üçün  narahatlıq  doğuran  cəhətdən  cəzalandırmağı  məzəmmətli  iş 
saymışdır. 
Ölkədə  maddi  nemətlər  bolluğu  yaratmağı,  quruculuq  işləri  aparmağı,  ümumiyyətlə, 
iqtisadi  və  mədəni  tərəqqini  rəiyyətlərin  fəaliyyəti  kimi  qiymətləndirən  filosof  onların 
qayğısına qalmağı vacib bilərək göstərir ki, bu qayğı yalnız ədalətlə mümkündür. Ədalətlilik 
etmək  vacib  vəzifələr (borclar) qəbilindən  hesab  edilir. “Ədalət” anlayışı Urməvi tərəfindən 
çox  geniş  məzmunda  başa  düşülür,  təkcə  insanlar  arasındakı  münasibətə  deyil,  bütünlükdə 
maddi aləmə şamil edilir. Urməvi özünün sosial- siyasi baxışlarında mötədilik prinsipini əsas 
götürmüş, ifrata (artıqlığa və əskikliyə) varmağı orta həddə - ədalətə qarşı qoymuşdur. Urməvi 
insanlar arasındakı münasibətdə ədaləti hər şeydən, hətta şəriətin mühüm tərkib hissəsi olan, 
hər  bir  mömin  bəndənin  yerinə  yetirəcəyi  zəruri  vəzifələri  ifadə  edən  ibadətdən  üstün 
tutmuşdur. Urməvi göstərir ki,  ibadət, fərdi şəkildə  icra edilib, bir şəxsin  mənafeyi  ilə bağlı 
olduğu halda, ədalət ictimai mahiyyət daşıyır. 
 
 
Böyük ensiklopediyaçı  alim,görkəmli  filosof Nəsirəddin 
Tusi
  (1201-1274)  zəngin  həyat 
yolu keçmiş, dəyərli  əsərlər  yazılmışdır. Tusi  fəlsəfəni çox vaxt hikmət  termini  ilə  ifadə edib, 
onun  hər  şeyi  necə  varsa  elə  dərk  etməyə,  hər  şeyi  lazımınca  yerinə  yetirməyə  deyildiyini 
yazmışdır. 
Nəsirəddin  Tusi  elmi  biliklərin  əhəmiyyətini  onların  insanlar  üçün  lazımlı  olmasında 
görürdü. Varlıq təlimi, idrak nəzəriyyəsi və məntiq Nəsirəddin Tusinin fəlsəfi sistemində bir-
biri  ilə  üzvi  surətdə  bağlıdır.  Azərbaycan  filosofu  Farabi,  İbn  Sina  və  Bəhmənyarın 
mövqeyindən  çıxış  edərək  mövcudatın  zəruri  və  mümkün  olmaqla  iki  qismə  bölündüyünü 
yazmışdır. O, mümkün varlığın şərhi üzərində müfəssəl dayanmışdır: mümkün varlıq materiya, 
forma, cisim, əql və nəfsdən ibarət substansiyaya, habelə kəmiyyət, keyfiyyət, məkan, zaman 
və  başqa  kateqoriyalarda  ifadə  olunan  aksidensiyaya  bölünür.  Filosof  göstərir  ki,  cisimlər 
materiya və formadan təşəkkül tapmışdır. Od, hava, su və torpaq bəsit, onlardan əmələ gəlmiş 
minerallar, bitkilər və heyvanlar mürəkkəb cisimlərdir. Maddi aləmin məhvolmazlığı, əzəliliyi 
və  əbədiliyi  ideyası  Tusini  düşündürmüş,  öz  peripatetik  sələfləri  kimi  bu  məsələyə  müsbət 
yanaşmışdır.  Mövcud  şeylərin  qalması,  yaxud  məhv  olması  aktuallıq  və  potensiallıq 
baxımından nəzərdən keçirilir.  
Nəsirəddin  Tusi  maddi  varlıqların  məhvini  onların  mütləq  yoxa  çıxması  deyil,  yalnız 
formalarının  və  əlamətlərinin  dəyişməsi  sayəsində  birinin  digəri  ilə  əvəz  olunması,  köhnə 
varlığın mövcudluğuna son qoyulması mənasında başa düşmüşdür-bu dialektik bir prosesdir, 
burada inkar edən özü də inkar edilir.Çevrilmə qarşılıqlı ola bildiyi üçün köhnə ilə yeni arasında 
ümumi cəhət labüddür. 
 
Nəsirəddin Tusi göstərir ki, insanlar çox elm öyrənib, çox biliyə yiyələndikcə onlann əqli 
yetkinliyi, idrak qabiliyyəti artır. Filosof idrakda məntiqin rolunu  xüsusi qeyd edib onu həm 
elm,  həm  də  tədqiqat  metodu  (alət)  kimi  səciyyələndirmişdir.  Məntiqin  biitün  mühüm 


 
56 
məsələləri  Tusinin  əsərlərində,  demək  olar  ki,  nəzərdən  keçirilmiş,  anlayış  və  onun  tərifi, 
hökmlər və onlann müxtəlif növləri geniş işıqlandırımişdir. 
 
 Tusinin etik və ictimai-siyasi görüşləri müasir dövrlə da çox səslənir, hər bir tələbə, ziyalı 
üçün stolüstü kitab olan “Əxlaqi-Nasiri” əsəri bütün dövrlərin şedevri hesab oluna bilər. Tusiyə 
görə, insan yaranarkən orta dərəcədə, kainatdakı təkamül mərhələsinin ortasınnda olur, fitrətinə 
görə  aşağı  dərəcədəkilərlə  əlaqədardır,  yalnız  iradəsi  sahəsində  ali  dərəcəyə    yüksələ  bilir. 
İnsanın mənəvi ehtiyacları fikir,  ağıl, şüur və iradə vasitəsi ilə təmin və idarə edilir. Elm və 
əməl insanın kamilliyinin göstəricisidir. İnsanlar arasında  birinci ictimai birlik hesab etdiyi ailə 
ilə bağlı Tusinin  fikirləri olduqca  maraqlıdır.  Nəsirəddin Tusinin geniş  mündəricəli əsərləri 
sonrakı təbiətşünas,  məntiqçi  filosoflar üçün örnək olmuş, peripatetik ənənələrin əsrlər boyu 
qorunub saxlanılmasında fəal rol oynamışdır.  
Sədrəddin Mahmud

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə