2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə34/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   30   31   32   33   34   35   36   37   ...   108
Fəlsəfə imtahan sualları konspekti

 
*** 
1-Antik yunan fəlsəfəsi 
 


 
35 
Antik  fələsəfə  eramızdan  əvvəl  VII-VI  əsrlərdə  meydana  gəlmiş,  eramızm  V-VI  əsriərinə 
qədər davam etmişdir. Bu fəlsəfədə gələcək dünyagörüşünün bütün tipləri rüşeym halında mövcud 
olmuşdur. Qədim dovr fəlsəfəsi özünün klassik inkişaf formasına Antik ölkələr adı ilə tanınmış 
Yunanıstan və Roma quldar dövlətlərində çatmışdır (latın dilində «antiqus» - «qədim» deməkdir). 
Antik  fəlsəfə  o  zaman  mövcud  olan  elmi  biliklər  əsasında  qərarlaşmışdir.  Antik  ölkələrdə  də 
fəlsəfə bütün bilik sahələrini əhatə edirdi. 
 
 
İlk yunan filosofları Milet məktəbinin nümayəndələri idi. Milet məktəbinin nümayəndələri 
Fales, Anaksimandr, Anaksimen olmuşlar. 
Milet məktəbinin əsasını Fales (e.ə. 640-562) qoymuşdur. O, fəlsəfədən başqa, astronomiya, 
həndəsə, riyaziyyatla da məşğul olmuş, öz müşahidələrinə əsaslanaraq 28 may 585-ci ildə Günəşin 
tutulacağını əvvəlcədən xəbər vermişdi. 
Fales hər şeyin əsasını suda görürdü. O belə hesab edirdi ki, bütün mövcudat sudan yaranır, 
istər  üzvi  və  istərsə  də  qeyri-üzvü  aləmi  sudan  kənarda  təsəvvür  etmək  mümkün  deyil.  Fales 
deyirdi  ki,  Günəş  də,  ulduzlar  da  suyun  buxarlanmasından  qidalanırlar.  Deməli,  hər  şey  sudan 
yaranır. Fales belə hesab edirdi ki, suyun özünda inkişaf imkanları vardır. Dünyada hər şey suyun 
qatılaşması və parçalanması nəticəsində meydana gəlir. 
 Milet məktəbinin ikinci ən böyük nümayəndəsi Anaksimandr (e.ə. 611-546) idi. 
Anaksimandr Falesin tələbəsi olmuş, sadəlövh materializmə  meyl etmiş, fəlsəfə  ilə  yanaşı 
təbiət  elmləri,  xüsusilə  də  astronomiya  ilə  məşğul  olmuşdur.  Anaksimandrda  heliosentrik 
baxışların  rüşeyminə  rast  gəlirik.  O  deyirdi  ki,  Yer  daimi,  əbədi  fırlanma  hərəkətinə  malikdir. 
İstinin, soyuğun mənbəyini bu hərəkətdə axtarmaq lazımdır. 
Anaksimandr  ilkin  başlanğıcı,  dünyanın  əsasını  konkret  forması  olmayan  "Apeyron" 
adlandırılan  substansiyada  görür,  onu  əbədi,  sonsuz  varlıq  hesab  edirdi.  O,  Milet  məktəbinin 
sadəlövh materialist ən"ənələrini davam etdirmidir. 
Milet  məktəbinin  üçüncü  görkəmli  nümayəndəsi  Anaksimen  (e.ə.  585-524)  Falesin  və 
Anaksimandrın  tələbəsi  olmuş,  onların  tə"limlərini  əsaslandırmış  və  inkişaf  etdirmişdir. 
Anaksimen havanı hər şeyin başlanğıcı hesab edirdi. O deyirdi ki, hər şey havadan yaranır və son 
nəticədə havaya çevrilir. 
Milet  məktəbi  dünyaya  olan  materialist  baxışların  inkişafında  xüsusi  rol  oynamış  və 
bəşəriyyətin fəlsəfi fikrinin tərəqqisinə böyük tə"sir göstərmişdir. 
Eleya  məktəb  e.ə.VI-V  əsrlərdə  fəaliyyət  göstərmişdir.  Onun  yaranması  və  inkişafı 
Ksenofan,  Parmenid  və  Zenonun  adı  ilə  bağlıdır.  Eley  məktəbi  nümayəndələrinə  görə  varlıq 
anlayışının məzmununa üç xüsusiyyət daxildir: a) varlıq mövcuddur, vardır, qeyri-varlıq, yoxluq 
ısə  mövcud  deyildir,  yoxdur;  b)  varlıq  vahiddir,  bölünməzdir,  təkdir;  v)  varlıq  dərkolunandır, 
qeyri-varlıq, yoxluq isə dərkolunmazdır, o zəka üçün yoxdur, çünki o, mövcud deyildir. 
Ksenofanın (e.ə. 565-470) fəlsəfi düşüncələri öz əksini "Kolofonun əsasları", "Eleyə çıxış" 
adlı əsərlərində tapmışdır. Onun tə"limi dünyanın meydana gəlməsi və inkişafı məsələlərinə həsr 
olunmuşdur. Bununla birlikdə o, Allahın varlığını inkar etmir, dünyanın idarə olunmasında onun 
rolunu xüsusi vurğulayırdı. Ksenofanın fikrincə, vahid Allah hər şeyi görür, hər şeyi başa düşür 
və  hər şeyi eşidir. O, hərəkət etmir, məkanda yerini dəyişmir, öz fıkri ilə  bütün dünyanı lərzəyə 
gətirir.  
Eley məktəbinin digər nümayəndəsi Parmenid (e.ə. 540-470) fəlsəfi düşüncələrini "Təbiət 
haqqında" əsərində şərh etmişdir. Onun fəlsəfəsinin mahiyyətini varlıq haqqında tə"lim təşkil edir. 
Parmenid  israr  edirdi  kl,  varlıq  təkcədir,  dünyada  ondan  başqası  yoxdur,  varlıq  olmayan  şey 
mövcud  deyildir.  O,  varlığın  hər  hansısa  bir  qüvvə  tərəfindən  yaradıldığını  inkar  edir  və  onun 


 
36 
əbədiliyini  təsdiqləyirdi.  Bu  onu  göstərir  ki,  Parmenid  materializmə  meyl  göstərirdi.  O,  varlıq 
haqqında  danışanda  həm,  də  deyirdi  ki,  varlıq  dəyişməzdir,  sükunətdədir.  Parmenid  varlığın 
hərəkət və inkişafını tamamilə  inkar edərək göstərirdi ki dünyada mövcud olan nə varsa, hamısı 
varlıqdır, varlıq məkanı tamamilə doldurduğu üçün hərəkət mümkün deyildir. Parmenid belə hesab 
edirdi ki, insanlar hissi idrak vasitəsilə predmetlər, şeylər haqqında fikir, mülahizə yaradır, lakin 
varlığın əsl mahiyyətini dərk edə bilmirlər, onların mahiyyətini rasional idrak vasitəsilə öyrənirlər.  
Zenon  (e.ə.  490-430)  varlığın  vəhdəti  və  bütövlüyü  fıkrini  qəbul  edir,  lakin  onun 
dəyişkənliyi  prinsipini  rədd  edirdi.  Zenonun  fikrincə,  hər  şeyin  başlanğıcı  olan  varlıq  təkdir, 
hərəkətsizdir. O, hiss üzvləri vasitəsilə deyil, əql vasitəsilə dərk olunur. Onun fikrincə, hissi idrak 
həll  edilməz  ziddiyyətlərə  aparıb  çıxarır,  buna  görə  də  onun  vasitəsilə  gerçəkliyi  dərk  etmək 
mümkün deyil. Zenon bu ziddiyyətləri aporiyalar adlandırırdı.  
 
Qədim Yunan atomistlərin fəlsəfi baxışları. Yunan fəlsəfəsinin ən böyük nailiyyətlərindən 
biri  də  Levkipp  və  Demokritin  atomistik  materializmi  idi.  Bu  fəlsəfə  özünün  atomistik 
konsepsiyası  ilə  antik  dövr  fəlsəfəsinin  ən  zirvəsinə  qalxdı.  Yunan  materializminin  və 
atomistikasının  ən  görkəmli  nümayəndəsi  Demokrit  (e.ə.  460-370)  olmuşdur.  O,  Levkippin 
tələbəsi olmuş, dünyanı gəzmiş, İranda, Hindistanda, Babilistanda, Misirdə, Efiopiyada olmuşdur. 
Demokrit öz  əsərlərində  fəlsəfə,  məntiq, riyaziyyat, astronomiya,  biologiya, tibb,  ictimai  həyat, 
pedaqogika,  psixologiya,  etika,  fılologiya,  ritorika,  incəsənət  nəzəriyyəsi,  texniki  və  hərbi 
idarəetmə məsələlərinə də toxunmuşdur. Demokrit dünyanı atomlardan və boşluqdan ibarət olan 
əbədi, sonsuz, tükənməz obyektiv reallıq adlandırırdı. Onun ən böyük xidməti öz sələfi Levkipp 
ilə birlikdə, materiyanın atom quruluşu konsepsiyasını yaratmasından ibarət idi. Demokrit deyirdi 
ki, materiya boşluqda, əbədi hərəkətdə və sonsuz sayda olan atomlardır, (yunan dilində "atomos"- 
bölünməz  deməkdir).  Lakin  o,  atomu  onun  materiyanın  ayrı-ayrı  növləri  və  formaları  ilə 
eyniləşdirirdi,  belə  hesab  edirdi  ki,  atomlar  bölünməzdir,  dəyişməzdir  və  keyfiyyət  cəhətdən 
yekcinsdir.  Onlar  yalnız  kəmiyyətinə  görə  bir-birindən  fərqlənirlər.  Demokrit  atomları  varlıq 
adlandırır, boşluğu isə qeyri-varlıq hesab edirdi. Demokrit Kainatın sonsuzluğu, məhvedilməzliyi, 
heç bir qüvvə tərəfindən yaradılmadığı, sonsuz dərəcədə çoxlu dünyaların mövcudluğu haqqında 
bütöv bir tə"lim yaratmışdı. 
Demokritin hərəkət haqqında tə"limi də xüsusi əhəmiyyət kəsb edirdi. O belə hesab edirdi 
ki,  atomlar  boşluqda  hərəkət  edən  zaman  bir-biri  ilə  toqquşur  və  bunun  nəticəsində  onlar 
birləşirlər, bu birləşmədən də son nəticədə bizi  əhatə edən şeylər, predmetlər meydana gəlir. Bu 
hərəkət əbədidir, "onun nə əvvəli var, nə axırı". Demokrit bu hərəkəti və inkişafı zərurət adlandırır, 
təsadüflərin  bir  obyektiv  hadisə  kimi  mövcudluğunu  isə  inkar  edirdi.  Onun  fikrincə,  hər  şey 
zərurətdən  meydana  gəlir.  Demokrit  hərəkəti  inkişafın  əsas  mənbəyi  hesab  edir,  lakin  onu 
atomların məkan daxilində yer dəyişməsi kimi başa düşürdü. 
Demokritin cəmiyyət haqqında tə"limi də xüsusi maraq doğurur. Onun fikrincə, cəmiyyətin 
inkişafı insanların öz adi həyat tələbatlarını ödəməyə çalışmaları ilə əlaqədardır. Demokrit yunan 
quldarlıq  demokratiyasının  tərəfdarı  idi.  O,  polisləri  (şəhər-dövlət)  qədim  yunan  quldarlıq 
demokratiyasının  əsas  dövlət  forması  hesab  edirdi.  Bütün  bunlarla  yanaşı,  Demokrit  quldarlıq 
cəmiyyətini  ideallaşdırır,  qulların  hər  cür  ictimai  və  siyasi  hüquqlardan  məhrum  olunmasını 
qanunauyğun hesab edirdi.  
 
Klassik  dövr  fəlsəfəsinin  ən  görkəmli  nümayəndələrindən  biri  olan  Sokrat  (e.ə.  469-399) 
qədim dünyada hikmətlilik təcəssümü, müdriklik nümunəsi kimi tanınmışdır. Buna baxmayaraq, 
o, özünü müdrik hesab etmirdi. Sokrat deyirdi ki, mən yalnız müdrikliyi sevən filosofam, "yalnız 


 
37 
onu  bilirəm  ki,  heç  bir  şey  bilmirəm".  Sokrat  fəlsəfədə  idealizm  mövqelərindən  çıxış  edərək 
deyirdi ki, "dünyanı hər şeyə qadir, hər yerdə mövcud olan, ən böyük Allah yaratmışdır". Onun 
fikrincə,  dünyanın  əsası,  onun  mahiyyəti  "ruhi  prinsip"dən  ibarətdir.  Sokrat  fəlsəfəsinin  əsasını 
insan  problemi  təşkil  edirdi,  onun  mərkəzində  isə  insanın  icmaya,  cəmiyyətə,  qanuna,  allahlara 
münasibəti  dururdu.  Sokratın  fıkrincə,  fəlsəfə  insanın  dərk  edilməsinə  həsr  olunmalıdır,  bunun 
üçün, birinci növbədə gərək "insan özü-özünü dərk etsin". Sokratın fikrincə, öz-özünü dərk insanın 
öz daxili dünyasını dərk etməsi deməkdir.  
Sokratın insan haqqındakı fəlsəfi düşüncələrində əsas məsələlərdən biri də xeyirxahlıq və 
onun  mahiyyəti  haqqındakı  fikirləridir.  Onun  nöqteyi-nəzərincə,  xeyirxahlıq  çox  yüksək  əxlaqi 
keyfiyyətdir.  Xeyirxah  insan  səbrli,  qeyrətli  və  ədalətli  olur.  Xeyirxah  olmayan  insan  bu 
keyfiyyətlərə malik ola bilməz. Sokratın fikrincə, həqiqi mə"nəvi kamillik xoşbəxtliyi, gözəlliyi, 
eyni  zamanda,  insan  üçün  xeyirli  olanları  bilmək  deməkdir.  Bunları  dərk  etmək  insana  öz 
xoşbəxtliyinə nail olmaqda kömək edir. Sokrat belə hesab edirdi ki, xeyirxahlığa gerçəkliyi və öz-
özünü dərk etmək qabiliiyyətinə malik olan nəcib və alicənab insan nail ola bilər. Sokrat yaşadığı 
dövrün və  mövcud  hakimiyyətin qanunsuzluqlarına və  ədalətsizliklərinə  qarşı  həmişə  öz kəskin 
e"tirazını  bildirirdi.  Onu  düşündürən  başlıca  məsələ  qanunlara  ciddi  əməl  edilməsi  və  dövlətin 
bacarıqla  idarə  olunması  məsələsi  idi.  Sokrat  belə  hesab  edirdi  ki,  dövlətə  təcrübəli,  səriştəli 
adamlar  rəhbərlik  etməlidir.  O,  dövlət  başçısını  gəmi  kapitanı  ilə  müqayisə  edərək  deyirdi  ki, 
gəmini müəyyən biliyə, təcrübəyə və vərdişlərə malik olan adamlar idarə edə bildiyi kimi, dövləti 
də  bu  kimi  adamlar  idarə  etməlidirlər.  Sokrat  özü  aristokratiya  dövlət  hakimiyyəti  formasının 
tərəfdarı idi. Sokrat gənclərin tərbiyəsini pozmaqda, allahsızhqda, naturfəlsəfə ilə məşğul olmaqda 
ittiham edilərək e.ə.399-cu ildə ölüm hökmünə məhkum edilmişdir.  
  Antik yunan fəlsəfəsinin klassik dövrünün şöhrət tapmış filosoflarından biri olan Platonun 
(e.ə. 427-347) fəlsəfi yaradıcılığının formalaşmasına pifaqorçuların, Heraklitin və Sokratın güclü 
tə"siri olmuşdur. O, Afinada özünün şəxsi fəlsəfi məktəbini yaradaraq onu Akademiya adlandırdı. 
So 
 
Platon  fəlsəfədə  obyektiv  idealizm  mövqeyindən  çıxış  etmişdir.  Onun  obyektiv  idealizm 
tə"limində demək olar ki, keçmiş idealist tə"limlərin bütün elementləri öz əksini tapmışdı. Platon 
fəlsəfəsi idealizmin inkişafının yüksək pilləsi kimi qiymətləndirilir. Onun fikrincə, bizi əhatə edən 
və hiss üzvlərimiz vasitəsilə dərk etdiyimiz maddi aləm ancaq "kölgədir", o, ideyalar aləmindən 
yaranmışdır.  İdeya  birincidir,  maddi  aləm  ikinci.  Maddi  aləmin  bütün  predmetləri,  təzahürləri 
keçicidir,  meydana  gəlir,  məhv  olur  və  dəyişir.  Buna  görə  də  onlar  əsl  mə"nada  varlıq  adlana 
bilməzlər, ideyalar isə dəyişməzdir, hərəkətsizdir və əbədidir. Ona görə, Platon ideyaları gerçək 
varlıq hesab edir.  Onun  fikrincə,  ideyalar  əsl  mahiyyətdir, onlar  maddi dünyadan asılı deyillər, 
obyektiv xaraklerə  malikdirlər. Daha sonra o qeyd edirdi ki, hiss ilə qavranılan aləm, hisslərdən 
yüksəklikdə duran ideyaların solğun izləridir, gölkələridir. Platonun əsərlərində zəngin dialektik 
fikirlərə rast gəlmək olar. 
 
Platonun sosioloji baxışları, dövlətin meydana gəlməsi haqqındakı fikirləri də xüsusi maraq 
doğurur. Onun fikrincə, insanlar öz ehtiyaclarını ödəyə bilmədikləri üçün dövləti yaradırlar. O belə 
hesab edirdi ki, "ideal dövlət" 3 sosial qrupun birliyindən meydana gəlir: idarə edənlər - filosoflar; 
ölkəni  qoruyanlar,  onun  təhlükəsizliyini  tə"min  edənlər  -  əsgərlər;  istehsalçılar  -  əkinçilər  və 
sənətkarlar. Platon "ideal dövlətin" idarə formalarını 2 yerə bölür: münasib dövlətforması- burada 
Platonaristokratik  respublikanı  nəzərdə  tutur,  o,  monarxiyanın  əleyhinə  olmuşdur;  reqressiv  – 
tənəzzülə uğrayan dövlət forması-bu hərbi qüvvəyə əsaslanan bir neçə şəxsin hakimiyyətidir-belə 


 
38 
hakimiyyət  forması  demokratiya  adlanır.  Qədim  Yunanıstanda  demokratiya  idarə  forması 
eramızdan  əvvəl V və VI  əsrbrdə Sparta dövlətində olmuşdur. Demokratiyadan bir qədər aşağı 
olan  dövlət  formasını  Platon  oliqarxiya  adlandırır.  Bu  ticarətçilərə  arxalanan  bir  neçə  şəxsin 
hakimiyyətidir. O, demokratik dövlət formasının əleyhinə olmuş, onu qara camaatın, qədirbilməz 
xalqın, qaniçən zalımların hakimiyyəti hesab edirdi. 
Qədim yunan fəlsəfəsinin klassik mərhələsinin ən görkəmli nümayəndəsi Aristoteldir.  
 
Aristotel fəlsəfənin ən mühüm məsələlərindən biri olan ontologiyaya xüsusi diqqət yetirmiş 
və  hər  cür  varlığın  əsasını  "birinci  materiyada"  görmüşdü.  Lakin  o  bu  materiyanı  varlıqla 
qarışdırmır,  onunla  eyniləşdirmirdi,  hətta  onu  konkret  varlığın  sadə,  tərkib  hissəsi  belə  hesab 
etmirdi. Onun fikrincə, bu "birinci materiyanın" ən sadə müəyyənliyi dörd elementdən ibarətdir: 
od, hava, su və torpaq. Bu dörd ünsür hiss ilə qavranıla bilməyən "birinci materiya" ilə, hiss üzvləri 
ilə  qavranılan  və  real  surətdə  mövcud  olan  aləm  arasında  müəyyən  keçid  pilləsidir.  Aristotel 
yazırdı ki, hiss ilə qavranılan şeylərdə bir-birinə zidd olan iki mahiyyəti fərqləndirmək lazımdır. 
Bunlar istidən və soyuqdan, yaşdan və qurudan ibarətdir. Aristotelə görə, bu mahiyyətlərin dörd 
əsas üzrə birləşməsi, dörd əsas elementin meydana gəlməsini tə"min edir: od istinin və qurunun; 
hava  istinin  və  rütubətin;  su  soyuğun  və  rütubətin;  torpaq  isə  soyuğun  və  qurunun  birləşməsi 
nəticəsində yaranmışdır. Bu dörd element, real surətdə mövcud olan və hiss ilə qavranılan şeylərin 
əsasını təşkil edir. Hiss ilə qavranılan bu şeylər həmin elementlərin kombinasiyalarının, qarşılıqlı 
təsirinin nəticəsidir. 
 
Aristotel  idrak  nəzəriyyəsində  hissi  idrakı  idrakın  əsas  və  tarixən  birinci  səviyyəsi  hesab 
edirdi. O deyirdi ki, insan konkret varlığı - birinci mahiyyəti, ayrı-ayrı şeyləri hiss üzvləri vasitəsi 
ilə, konkret gerçəkliyin ümumi qanunauyğunluqlarını isə əql vasitəsi ilə dərk edir. Filosof idrakı 
inkişafda  olan  bir  proses  kimi  xarakterizə  edir,  onun  aşağı  pillədən  yüksək  pilləyə  doğru 
yüksəlməsini  göslərirdi.  Aristotel  fəlsəfəsində  idrakın  bu  inkişaf  mərhələləri  aşağıdakılardan 
ibarətdir: duyğu, təsəvvür, təcrübə, incəsənət və elm. Elm - bu inkişafın ən yüksək zirvəsidir. 
Aristotelin əsərlərində məntiq problemi də mühüm yer tutur. O, məntiqi elmi idrakın silahı 
hesab  edirdi.  Məhz  buna  görə  də  özünün  məntiqə  dair  ən  böyük  əsərini  "Orqanon"  (silah) 
adlandırmışdır. Aristotel bir elm kimi, məntiqin nəzəri əsaslarını işləyib hazırlamışdır. 
 
Aristotelin  cəmiyyət  və  dövlət  haqqındakı  fikirləri  onun  "Siyasət"  adlı  traktatında  şərh 
olunmuşdur.  Filosofun  sosial  baxışlarında  nəzər-diqqəti  cəlb  edən  məsələlərdən  biri  də  insanın 
ictimai varlıq kimi xarakterizə edilməsidir. O, quldarlıq quruluşunun ardıcıl müdafıəçilərindən biri 
idi. Aristotel quldarlığı cəmiyyətin təbii vəziyyəti hesab edirdi. Onun fikrincə, birinin tabelikdə 
olması, digərinin  isə  hökmranlıq etməsi  əvvəlcədən  müəyyən edilmişdir. Biri anadangəlmə qul 
olur, digəri isə quldar. Aristotel quldarlıq cəmiyyətini "əbədiləşdirsə"də başa düşürdü ki, getdikcə 
bu cəmiyyətin böhranı başlayır. Ona görə də o, həddindən artıq varlanmanın əleyhinə çıxır və belə 
hesab edirdi ki, bu, cəmiyyətdə tarazlığı pozur. 
Aristotelin  fikrincə,  insan cəmiyyəti 3 sinifdən  ibarət olmalıdır:  ən çox varlılar, orta sinif, 
son dərəcə kasıblar - azad sənətkarlar, əlmuzdu işləyənlər. Onun fikrincə, dövlətin əmin-amanlığı 
üçün  ən  sərfəli  orta  sinifdir.  Aristotel  dövlətin  3  münasib  idarə  formasından  danışışır,  onları 
monarxiya,  aristokratiya  və  politeya  adlandırırdı.  Aristotel  dövlətin  vəzifəsini  aşağıdakılardan 
ibarət hesab edirdi: vətəndaşların həddindən artıq varlanmasının qarşısmı almaq; şəxsiyyətin siyasi 
hakitniyyətinin həddindən artıq güclənməsinə imkan verməmək; qulları itaətdə saxlamaq. 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə