Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.

səhifə1/148
tarix06.05.2018
ölçüsü3 Mb.
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   148


Bakı-2013 

 

 



 


Redaktorlar: 

fəlsəfə üzrə fəlsəfə ddkXom,professor Ə.Tağıyev fəlsəfə 

üzrə fəlsəfə doktoru, professor R.Həsənov 

Rəy verənlər: 

fəlsəfə üzrə fəlsəfə doktoru, dos. Y.Qaraməmmədli 

fəlsəfə üzrə fəlsəfə doktoru, dos. E.Kərimov fəlsəfə üzrə 

fəlsəfə doktoru, dos. F.Rüstəmov 



YAŞAR  PAŞA  oğlu  ƏHMƏDOV.  Fəlsəfə  (Dərs 

vəsaiti), VI hissə - Təbiət və cəmiyyətin fəlsəfəsi. Bakı, “PG 

nəşrlər evi” ,2013. 

Dərs  vəsaitinin  bu  hissəsi  təbiət  və  cəmiyyətin  fəlsəfəsinə  həsr 

olunmuşdur.  Burada  cəmiyyət  idrakın  obyekti  kimi  təhlil  olunur,  daha 

sonra  cəmiyyət  həyatının  təbii  əsasları  araşdırılır.  Cəmiyyətin  iqtisadi 

həyatının fələsəfı problemləri və cəmiyyətin siyasi həyatı müasir dövrün 

tərəfləri  səviyyəsində  verilmişdir.  Daha  sonra  cəmiyyətin  mənəvi 

həyatının təhlilinə diqqət yetirilmişdir. 

Dərs  vəsaiti  ali  məktəb  tələbələrinə  ünvanlanmışdır,  ondan 

müəllimlər,  dissertant  və  magistrlər,  o  cündədən  təbiət  və  cəmiyyətin 

fəlsəfəsi ilə maraqlaııanlah istifadə edə biBrhr. 

ISBN 978-9952-440-39-8 

Y.Əhmədov, 2013. 



I

 FƏSIL

 

Cəmiyyət idrakın obyektidir 

Müasir dünya dəyişkən,  qeyri-sabit, özünə inamsız bir 

vəziyyətdə  yaşayır  -  adamlar  bunu  dərk  edirlər.  Kiminsə 

dəliqanlı bir hərəkəti dünyanı öz məhvərindən çıxara, bir anda 

hər şeyi məhv edə bilər. “Mühərriklər işləməkdə davam edə, 

bayraqlar dalğalana  bilər, insan isə həmişəlik  yox ola bilər.” 

(Y.Heyzinqa)  Bununla  belə  insan  hələ  ümidini  itirməmişdir. 

Əgər sivilizasiya xilas olsa və vəhşilik əsrində boğulmasa onda 

indiki  nəsil  hansı  eəmiyyətdə  yaşayaeağmı,  onun  hara 

getdiyini,  ən  azı  fəlakətlərin  qarşısını  almaq  üçün  nə  etmək 

lazım  olduğunu  özü  üçün  aydınlaşdırmalıdır.  İlik  baxışdan 

aydın  görünür  ki,  cəmiyyət  bir  varlıq  kimi  mövcuddur.  Bu 

tezisin  empirik  bir  təsdiqi  var,  çünki  bizim  hamımız  onda 

yaşayırıq.  Bəs  cəmiyyət  nədir?  O  necə  mümkündür?  O  necə 

olmalıdır? 

Adi adamlar bu sualların mənasını başa düşə bilməz. O 

özü və əcdadları bu cəmiyyətdə yaşamışlar - onlar cəmiyyəti 

bir varlıq kimi qəbul edirlər. Lakin məsəənin dərinliyinə gedən 

adamlar, xüsusən filosoflar cəmiyyətə, ilk növbədə insan əlinin 

işi  kimi  baxırlar.  İ.Kantm  köhnə  ideyası  belə  olmuşdur  o 

güman  edirdi  ki,  bizi  maraqlandıran  hadisəni  insan 

fəaliyyətinin  nəticəsi  kimi  başa  düşmək  olar.  Bu  cür 

yanaşmanın  məğzi  ondadır  ki,  ümumiyyətlə  desək  bütün 

fenomenləri verilmiş kimi  qəbul  etmək lazım deyildir. Onlar 

bir dəfə yaranmışlar və onlardan hər birini təşəkkülün nəticəsi 

kimi izah etmək olar. Bu cəmiyyətə daha çox aiddir. 




Bununla belə cəmiyyət necə yaranmışdır? Bunun üçün 

nələr baş verməli idi? Bütün bunlara səbəb nə olmuşdur? 

Qloballaşan 

dünyamızda 

cəmiyyətə 

baxış 


da 

dəyişkənliyə  məruz  qalmaqdadır.  Dövlətlərin  inteqrasiyaya 

meyli  cəmiyyətlə  bağlı  yanaşmaları  da  dəyişdirmişdir.  Lakin 

cəmiyyətin durumuna, orada gedən proseslərə müdaxilə etmək, 

onu  sürətləndiraıək  və  ya  ləngitmək  böyük  fəsadlar  yarada 

bilər.  Bu  baxımdan  cəmiyyətə  ehtiyatla  yanaşmaq,  onun 

inkişaf qanunlarına hörmət etmək olduqca vacibdir. 

§1. Cəmiyyətin mənşəyi, təbiəti və mahiyyəti, ictimai 

transformasiyalar. 

İctimainin  mahiyyətini  və  onun  şərhini  anlamağa 

müxtəlif yanaşmalar mövcuddur. Bununla belə praktiki olaraq 

onların  heç  biri  iki  şəraiti  istisna  etmirlər.  Cəmiyyətin 

mövcudluğunun,  onun  fəaliyyətinin  və  inkişafının  obyektiv 

ilkin  şərti  kimi,  birincisi  fəaliyyət  göstərən  fərdlər,  ikincisi, 

onların  həyatı  üçün  əlverişli  olan  xarici  şərait  çıxış  edir. 

Cəmiyyətin  yaranması  üçün  Yerdə  onun  üçün  əlverişli  olan 

təbii şəraitin nadir kompleksi yaranmalıdır - məhz bu insanın 

Homo Sapiens kimi formalaşmasına təkan vemıişdir. İnsansız 

cəmiyyət,  eyni  zamanda  cəmiyyətdən  kənarda  insan  mövcud 

ola bilməz. 

Ümumiyyətlə  desək,  cəmiyyətin  “ilkin  şərti”  kimi 

insanın  formalaşması  prosesində  sirli  olan,  bu  gün  də  tam 

aydınlaşmamış, dəqiq cavabı olmayan suallar çoxdur. T.Şarden 

hesab edir ki, insan səssiz yaranmışdır, olduqca sakit gəlmişdir, 

biz  onun  varlığını  göstərən  daş  alətlərdəki  izlərini  görəndə  o 

artıq bütün dünyanı bürümüşdür. O artıq 




danışır,  od  əldə  etmişdir,  qrup  halında  yaşayır,  lokal  icmalar 

yaratmışdır. “İlk adam” bəlkə də adamlar çoxluğudur. Həm də 

“insanın  paradoksu”  ondan  ibarətdir  ki,  keçid  morfoloji  yox, 

daxili  dəyişiklik  hesabına  baş  vermişdir,  ona  görə  də  hiss 

olunan iz qoymamışdır. Bu baxışı digər filosoflar da müdafiə 

edirlər,  insanın  qədim  əcdadından  insana  keçidin  məğzinə 

xüsusi  “meymun  insan”  empirik  formasının  yaranması  kimi 

yox,  onun  öz  daxilinə  getməsi,  özününküləşməsi,  həyat 

fəaliyyətinin  xarici  təzahürünün  subyektivləşməsi  kimi 

baxırlar. Bunun nəticəsində əvvəllər vahid olan obyektiv aləmi 

və  onun  qanunauyğunluqlarının  məişətləşməsi  prosesi 

bölünür,  onda  məişətin  xüsusi  forması,  “özü  üçün”  forması 

“yapışır”. İnsanın təkamülündə bu “aralıq düyünün” olmaması 

bununla izah olunur. Lakin hələ də müəmmalı qalan odur ki, 

niyə inkişaf daxilə getmişdir və çox sürətlə olmuşdur, “tarixi 

an”  keçən  kimi  böyük  ərazilərdə  daş  alətlər,  qmp  halında 

yaşama,  nitqin  olması,  oddan  istifadə  olunması  müşahidə 

olunur. 


Hər necə olsa da təbiətlə dərin vəhdətdə yaranan insan 

prinsipial  şəkildə  öz  heyvan  əcdadlarından  uzaqlaşır. 

Heyvandan fərqli olaraq o yaratmağa, istehsal etməyə başlayır, 

həm də yalnız özünün yox, istənilən növün ölçüsündə yaradır, 

gözəllik qanunlarına onu uyğunlaşdırır. Heyvan əməli (fayda 

güdəni)  öz  təlabatma  uyğun  hərəkət  edir,  insan  isə  onun 

həddindən  çıxmağa,  azad  və  universal  olmağa  qadirdir. 

Heyvan öz həyat fəaliyyəti ilə bilavasitə eyniyyət təşkil edir, 

insan öz şəxsi həyatını öz predmeti edir. Nəticədə o fəaliyyətin 

ali  formasına  -  özünüfəa-  liyyətə  çatır,  o  azad  olur.  Bütün 

bunlar  varisliyə  olan  prinsipial,  inqilabi,  keyfiyyət  sıçrayışı 

hesabına - genetik 






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   148


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə