Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə3/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   148

lokal  dünyam  təmin  edən  vərdiş  olunmuş  həyat  şəraitini, 

müdafiə olunmaq hissini, sabitliyi, mənəvi rahatlığı itirirdilər. 

Bundan  başqa  ətraf  kontest  kimi  insanın  özü  də  dəyişdi, 

başqalaşdı, belə ki, o böyük cəmiyyətdə prinsipcə başqa varlıq 

“mexanizmini və ünsiyyəti” mənimsəməli idi. Çox vaxt ətrafda 

olan  arxaiklik  böyük  cəmiyyəti  “dağıdırdı”.  Böyük  cəmiyyət 

kompromisə  getməyə,  özünə  lokal  cəmiyyətin  ünsürlərini 

qəbul  etməyə  məcbur  olurdu.  Dünya  tarixində  böyük 

cəmiyyətin  təşəkkül  tapdığı  vaxt  -  ilkin  dövlətlər 

dövlətəqədərki kortəbiilik okeanı ilə əhatə olunduğu vaxt insan 

varlığının  yeni  formasının  həyatı  və  ölümü  məsələsi  kəskin 

dayanmışdır.  O  bu  kortəbiiliyi  assimilyasiya  etmək  gücünə 

malik deyildir. Ona görə də o çox vaxt ona qarşı dayanan lokal 

cəmiyyəti, dövlətəqədərki ictimailiyi dağıdırdı, çox vaxt əhali 

məskunlaşan  yerləri  səhralara  çevirir,  tayfaları  və  xalqları 

məhv  edirdi.  Əlbəttə  bu  qəddarlıq  idi,  ancaq  söhbət  böyük 

cəmiyyətin  -  müasir  cəmiyyətin  surətinin  yaşamasından 

gedirdi. 

Ona  görə  də  bütün  tənəzzüllərə  və  keçmişə  qayıdışa 

baxmayaraq son anda böyük cəmiyyət həmişə qalib gəlirdi. Bu 

o  deməkdir  ki,  onda  böyük  potensial  var  idi,  rəqabətdə 

üstünlüyünü  qoruyub  saxlaya  bilir,  zəruri  akt  kimi  qalib 

gəlirdi.  Ona  görə  nə  qədər  dağıdılsa  da  o  hər  dəfə  yenidən 

yaranır. 

Lakin  cəmiyyətin  yaranması  problemi  deyilənlərlə 

qurtarmır. Böyük cəmiyyət qurulan vaxt o yalnız xarici deyil, 

həm  də  qədim  dövrün  daxili  ünsürləri  ilə  toqquşur.  Yeni 

yaranan cəmiyyətin elitası dövlət kateqoriyaları ilə düşünməyi 

öyrənirlər, dərk edirlər ki, birincisi, bu nədir, ikincisi nə üçün 

onun yaranması həyatı zərurətdir. Nəticədə dövlətin institutları 

və  mexanizmləri  yaranır,  tədricən 

0

  cəmiyyətin  bütün 



sahələrini və səviyyələrini 


özünə  tabe  edir,  bununla  yanaşı  onun  daha  effektli  inkişafı 

üçün  şəraiti  təmin  edir.  Patriarxal  -  tayfa  kütləsi  isə  dövləti 

məcburiyyət  qarşısında  qəbul  edir,  ona  məcburiyyətin  qəbul 

etdirilmiş  mexanizmi  kimi  (əslində  bu  belədir), təbii  şəraitdə 

artıq  mövcud  olan  varlığa  əlavə  yük  kimi  baxır.  Hələ  uzun 

müddət  dövlət  ideyası  yeni  tip  ictimailəşmənin  əsas  ünsürü 

kimi bu kütlənin dəyərlər və ideallar məcmusuna daxil olunur. 

Nəticədə  elə  vəziyyət  yaranır  ki,  bir  cəmiyyətin  çərçivəsində 

insan  şüurunun  iki  müxtəlif  növləri  birgə  yaşayırlar.  Bir 

tərəfdən elitanın inzibati bürokratik mentallığı - bu öz xalqının 

kökündə  möhkəmlənir,  onun  arxaik  şüuruna  sirayət  edir, 

dövlətin,  deməli  höyhk  cəmiyyətin  labüdlü

3

hinü  anlamaq 



səviyyəsinə  yüksəlir.  Digər  tərəfdən,  bu  aşağı  təbəqənin 

şüurudur,  onların  dünya  haqqında  arxaik  təsəvvürləri  demək 

olar  ki,  toxunulmaz  qalmışdır,  onda  böyük  cəmiyyətin, 

dövlətin  və  onun  əsl  təbiətinin  zəruriliyini  anlamaq  hissi 

yoxdur, o bunları qəbul etməkdən imtina edir. 

Təbii  ki,  bu  proses  təklif  olunan  modeldə  olduğundan 

daha  mürəkkəb  olmuşdur.  Elitanın  əhval-ruhiyyəsinin 

mühafizəkar  olduğunu  və  heç  də  həmişə  dövlət  xarakterində 

olmadığını  görmək  olur,  eyni  zamanda  xalq  kütləsi  dövlətin 

ayrı-ayrı elementlərini qəbul etməyə və çətin anda öz kollektiv 

mövcudluqlarını  saxlamaq  üçün  onun  ətrafında  birləşməyə 

qadir  olduğunu  görmək  mümkündür.  Lakin  bütövlükdə  elə 

olmuşdur ki, əhalinin əsas kütləsi tam mənada dövlətin məna 

və  funksiyalarını  dərk  edə  bilməmişdir.  Bu  cür  arxaikin 

qalıqları  hətta  ən  inkişaf  etmiş  cəmiyyətlərdə  -  ikinci  və  ya 

“üçüncü”  adlanan  dövlətlərdə,  o  cümlədən  Azərbaycanda 

qalmaqdadır. 

10 



Deyilənlərdən  belə  qənaətə  gəlmək  olar  ki,  cəmiyyət 

təbiətdən  ayrılan  və  onun  üzərində  qurulan  süni  reallıqdır 

(“ikinci  təbiət”),  yalnız  burada  təbiətdən  çıxan  və  onunla 

qırılmaz  bağlı  olan  adamların  həyatı  təmin  edən  fəaliyyəti 

mümkündür  və  real  baş  verir.  Cəmiyyət  genetik  olaraq 

təbiətdən “yaranmışdır” və onun qanunlarını inkar edə bilməz, 

lakin bir dəfə ondan ayrılanlar sonra öz əsasları ilə və öz şəxsi 

məntiqləri ilə inkişaf edirlər. 

Cəmiyyətin  substratı  insandır.  Ona  görə  də  cəmiyyət 

fenomenini  anlamaq  üçün  ictimai  “atom”  kimi  insanın 

mahiyyətini aydınlaşdırmaq lazımdır. Bununla belə cəmiyyət 

sadəcə  olaraq  fərdlərin  məcmusudur,  lakin  insanları  bütöv 

halda birləşdirən yeni keyfiyyət yaradır. Cəmiyyətin təbiətini 

və  mahiyyətini  açan  əsas  anlayışlar  fikrimcə  “fəaliyyət”, 

“ünsiyyəf“adamaların  münasibəti”,  “qarşılıqlı  fəaliyyət”, 

“həyatın  təmin  olunması”,  “mədəniyyət”,  “varlıq  və 

kommunikasiya”,  “özgəninkiləşdirmə”,  “sistem”  (bütövlük) 

anlayışlarıdır. 

Tarixi  və  məntiqi  baxımdan  cəmiyyətin  əsasını  təşkil 

edən adamlar fəaliyyət göstərən varlıqlardır. Fəaliyyət isə ətraf 

aləmə  insanın  fəal  münasibətinin  spesifik  formasıdır  -  onun 

məzmununun  adamların  marağı  naminə  məqsədyönlü 

dəyişdinnək  və  yenidən  qurmaq  təşkil  edir,  istənilən  fərdi 

hərəkətə (fəaliyyətə) sövq edən müxtəlif 

a)

 

tolabatlar,  yəni  insanın  öz  varlığının  müəyyən  xarici 



şəraitinə ehtiyacı, 

b)

 



təlabatm  təzahürü  və  dərk  olunması  forması  kimi 

maraqlar; 

c)

 



müəyyən impuls kimi stimullar vardır. Hər bir fəaliyyət 

özündə  güman  olunan  məqsədi,  vasitəni,  nəticəni  və 

fəaliyyət prosesinin özünü birləşdirir. 

11 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə