Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə14/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   148

miyyətini  müəyyən  edir.  Əldə  olunan  biliklər  hesabına 

fəaliyyətin  bütün  fonnaları  təkmilləşir,  insan  daha  dərindən 

özünü, öz mənəvi dünyasını dərk edir. Doğmdur bəzi müasir 

fəlsəfənin  istiqamətləri  insan  idrakının  məhdud  imkanlarını 

sübut  edir,  ancaq  etiraf  etmək  lazımdır  ki,  müasir 

sivilizasiyanın  bütün  bu  nailiyyətləri  əhəmiyyətli  dərəcədə 

elmin,  incəsənətin,  dinin,  bütövlükdə  mənəvi  istehsalın 

nəticəsidir.  Məhz  buna  görə  də  alimin,  rəssamın,  bəstəkarın, 

konstruktorun,  arxitektomn,  din  xadimlərinin  fəaliyyəti 

cəmiyyət  tərəfindən  hörmətlə  qəbul  olunur,  hətta  cəmiyyətin 

inkişafının  böhranlı  anında  belə  yüksək  sosial  statusu  vardır. 

Mənəvi istehsalın rolu  yalnız böyük  yaradıcılıqda deyil, həm 

də  təəssüf  ki,  müəyyən  neqativ,  dağıdıcı  imkanlarda  təzahür 

edir. Bu fikri əsaslandıran XX əsrin əvvəllərinin rus filosofu L. 

Şestov yazırdı: “Materiya əslində insana tabe olan ən itaətkar 

mahiyyətdir.  Bəşəriyyətn  bütün  bəlaları,  faciəsi  onda  yox, 

ideyalardadır.  Bütün  canlıların  ən  qorxulu  düşməni  materiya 

yox, ideyalardır. Dünyanın yalanlarını dəf edən hər kəs yalnız 

və yalnız ideyalarla mübarizə aparmalıdır. 

Bu və ya bir sıra digər vəzifələri yerinə yetirmək üçün 

sosial həyatın daha bir sahəsi - idarəedici və ya nizamlayıcı 

yaranır.  Fəaliyyətin  bu  sahəsi  ilə  müdirlər,  idarə  rəhbərləri, 

siyasətçilər  məşğul  olurlar.  Bu  sahənin  spesifik  xüsusiyyəti 

bütün  mümkün  vasitələrdən  istifadə  edərək  ictimai  inkişafın 

bütün  sahələrində,  həm  maddi,  həm  də  mənəvi  sahələrdə 

quruculuq  meyllərini  qorumaq,  dağıdıcı  meyllərin  qarşısını 

almaqdır.  Adamların  həyatı  üçün  əlverişli  şərait  yaratmaq, 

onların  həyat  şəraitini  yaxşılaşdırmaq,  buna  uyğun  olaraq 

ictimai münasibətləri nizamlamaq bu sahə ilə məşğul olanların 

fəaliyyətinin 



42 


mənasıdır.  Adamlar  arasında  əlaqə  və  münasibətlərin 

yarandığı  ilk  dövrlərdə  insan  cəmiyyətinin  inkişafının  ilkin 

mərhələsində bu əlaqə və münasibəti nizamlamaq üçün xüsusi 

fəaliyyətə ehtiyac olmamışdır. Lakin zaman keçdikcə ən zəruri 

və  mühüm  əlaqələri  qoruyub  saxlamaq  üçün  xüsusi 

nizamlayıcı  fəaliyyət  növləri,  onlara  müvafiq  olan  təşkilatlar 

formalaşdı  -  bu  təşkilatların  fəaliyyətinə  ictimai  həyatın 

müxtəlif  sahələri  arasında  razılaşma,  qayda  qanun  yaratmaq, 

adamların  müxtəlif  təlabatlarmı  ödəmək  üçün  istiqamətləri 

müəyyənləşdirmək  daxil  idi.  Maddi  və  mənəvi  istehsalsız 

kimi, bunsuz da ictimai həyat qeyri mümkündür. 

Nizamlayıcı,  idarəcdici  fəaliyyətin  başqa  fəaliyyət  tipi 

kimi öz struktuna, sahələri, çoxsaylı müxtəlif əmək növləri var. 

Bu ilk növbədə müxtəlif üsul və vasitələrdən - həm tərbiyəvi, 

həm də güc - istifadə edərək adamları idarə etməkdir. Bu həm 

də  şeylərin  idarə  olunmasıdır.  Şəxsi  və  ictimai  mülkiyyət, 

yerdən və onun təkindən istifadə olunması, təbiətin qorunması 

və  s.  haqqında  qanunverieiliyin  funksiyaları  belədir. 

Adamların və şeylərin idarə olunması müxtəlif səviyyələrdə - 

ailədən,  müəssisələrdən,  təşkilatlardan  tutmuş  dövlət 

səviyyəsinə  qədər  -  həyata  keçirilir.  İdarəedici  fəaliyyət 

cəmiyyətin  inkişafında,  onun  taleyində  böyük  rol  oynayır, 

lakin  onun  ietimai  məqsədlərin  məmur  kastasının  korporativ 

maraqlarına  dəyişdirilməsi  kimi,  məmur  aparatının  xeyli 

şişirdilməsi, kağız yığmı, xəzinənin dağıdılması və s. kimi ağır 

xəstəlikləri  vardır.  Müasir  filosofların  birinin  fıkrineə 

“məmurlar da dovşanlar kimi çoxalmağa təbii meylləri var” və 

buna görə də “bir növ ictimai xərçəng şişinə çevrilmək meyli 

vardır, o sağlam orqanizm hesabına böyüyür, vaxtında aradan 

götürülməsə orqanizmi məhv 



43 


edə bilər”. Bəlkə də polşalı filosof Y.Boxenskinin bu fikrində 

şişirtmə  var,  lakin  etiraf  edək  ki,  insan  eəmiyyətinin  tarixi 

yalnız  idarəçilik  fəaliyyətinin  gətirdiyi  fayda  ilə  zəngin 

olmayıb, həm də idarəçilik strukturundan doğan ziyanla bağlı 

da nümunələrlə zəngindir. Dövlətin təbiəti haqqında baxışların 

müxtəlifliyi  də  buradan  irəli  gəlir:  dövləti  “Allahın  yerdə 

təeəssümü”  səviyyəsinə  qaldırmaqdan  (Hegel)  onu  adamları 

yeyən  Bibliya  bədheybəti  Leviafan  kimi  (T.Hobbs)  təqdim 

olunmasına  qədər.  Siyasi  və  digər  sosial  fəaliyyət  növlərinin 

vaeibliyi  ilə  yanaşı  qeyd  etmək  lazımdır  ki,  onların  hamısı 

yalnız  ietimai  həyatın  birinei,  əsas  şəraitinin  -  sosial  fəal 

adamları  olması  ilə  mümkündür.  İnsan  həyatı  üçün  ilkin 

şərtlərin yaranması, onun qomnması, adamların yüksək fəallıq 

səviyyəsi  üçün  təkrar  istehsalın  genişdirilməsi  sosial 

fəaliyyətin  dördüneü  növünün  -  adamlara  xidmət  və  ya 



humanitar sahə - məzmununu təşkil edir. 

Xidmət  sahəsi  özündə  həkim,  müəllim,  artist,  ticarət, 

ictimai  iaşə,  istirahət  və  turizm  sahələrinin  işçilərinin 

fəaliyyətini birləşdirir. Əlbəttə adamlar özləri öz istehsalları ilə 

məşğul olurlar, özlərini müalicə etməyə, öz təhsilləri ilə məşğul 

olmağa gedirdilər, özlərini  yedizdirir, əylənirlər. Lakin təkrar 

istehsal,  həyatın  qorunması,  fəallığın  stiniullaşdırılması, 

insanlara  bilavasitə  xidmət  -  o  qədər  vacib  sosial  işdir  ki, 

cəmiyyət  onu  ayrıca  bir  adama,  ailəyə  etibar  edə  bilməz. 

Cəmiyyət  məktəblər,  ali  məktəblər  vasitəsi  ilə  bu  prosesə 

qoşulur,  səhiyyə  sistemi  yaradırlar.  Xidmət  sahəsi  müasir 

cəmiyyətdə  ən  dinamik  -  sahədir,  onun  inkişafının  yüksək 

səviyyəsidir  -  müasir  sosioloqların  fikrincə,  gələcək 

posindustrial  cəmiyyətin  ən  mühüm  xarakteri  olacaqdır. 

Beləliklə,  gördüyümüz  kimi  ictimai  struktura  insan 

fəaliyyətinin dörd mühüm növü 



44 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə