Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə11/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   148

Təbiətdə  və  cəmiyyətdə  üzvü  bütövlük,  tamlıq, 

sistcmlik  haqqında  ilk  təsəvvürlər  hələ  qədim  fəlsəfədə 

yaranmışdır.  Qədim  Çin  fəlsəfəsində  (Lao-Tszı,  Konfutsi)  o 



Dao kateqoriyası, qədim yunan fəlsəfəsində (Platon, Aristotel) 

Loqos anlayışı ilə ifadə olunurdu. Bu hər iki anlayış dünyanın 

nizamlılığı,  mütəşəkilliyi,  onun  təşkil  edən  hissələrin  üzvi 

vəhdəti.  Yer  və  Göy,  təbiət  və  cəmiyyət,  şəxsiyyət  və 

hakimiyyət  haqqında  eyni  fikirlər  ifadə  olunurdu.  Lakin 

sistemlilik problemi daha ətrafli XIX-XX əsr mütəfəkkirləri - 

Kont,  Spenser,  Marks,  Veber,  Sorokin,  Parsons  və  başqaları 

işləyib  hazırlamışlar.  Müasir  sosial  fəlsəfənin  əsas 

anlayışlarının  hərtərəfli  işlənib  hazırlanması  onlarim  adı  ilə 

bağlıdır. Bu anlayışlara aşağıdakılar aiddir; 

Cəmiyyətin  element  və  ya  hissəsi  sosial  sistemin  ən 

xirda  hissəciklərini  və  ya  onun  bəzi  məcmusunu  təşkil  edir. 

Element  və  hissə  kimi  həm  ayrı-ayrı  adamlar  və  ya  onların 

birliyi, həm də onlar arasındakı bu və ya digər münasibətlər, 

eyni  zamanda  bu  münasibətlər  əsasında  yaranan  təşkilat  və 

institutlar çıxış edə bilər. 

Göstərilən  anlayışlar  bütün  sosial  sistemə  nisbətən 

nisbətən  sadə,  daha  elementarı  ifadə  edir.  Cəmiyyəti  təşkil 

edən  elementlər,  hissələr,  sistemaltılar  olduqca  çoxsahəli, 

çoxkeyfıyyətli, ierarxikdir. 

Münasibət  deyərkən  cəmiyyətin  hissələri,  elementləri 

arasındakı  müəyyən  əlaqə,  qarşılıqlı  asılılıq  başa  düşülür. 

Münasibət - bir növ görünməz möhkəmləndirici materialdır, o 

adamları  və  cəmiyyəti  birləşdirir,  onları  bütöv  monolitə 

çevirir.  Adamlar  arasındakı  möhkəm,  daimi,  təkrarlanan, 

münasibət  qarşılıqlı  fəaliyyət  tədricən  cəmiyyətdə  sabit 

qrupların, institutların yaranmasına gətirib çıxarır, onlar da öz 

növbəsində öz aralarında bu və 



33 


ya  digər  qarşılıqlı  münasibəti  görürlər.  Sosial  münasibətin 

zənginliyi  və  rəngarəngliyi  inkişaf  etmiş  demokratik 

cəmiyyətin  əlamətidir  və  ya  əksinə,  onların  eyni  cür  olması, 

inkişaf  etməməsi  bu  və  ya  digər  cəmiyyətin  totalitar  - 

qeyri-demokratik xarakterini göstərir. 

“Struktura” anlayışı cəmiyyətin sivil səviyyəsini, onda 

olan  möhkəm  əlaqə,  münasibətlər  sistemini  əks  etdirir,  eyni 

zamanda  onların  əsasında  yaranan,  cəmiyyətin  bütövlüyünü 

təmin  edən,  müxtəlif  daxili  və  xarici  təsirlər  vaxtı  onun 

xassələrini  qoruyan-  sosial  qrupların  və  institutların 

məcmusunu  əks  etdirir.  Beləliklə,  strukturaya  tarixən 

formalaşan  cəmiyyətin  quruluş  forması,  daxili  nizama  salma, 

onun müxtəlif hissələrinin razılaşması kimi tərif vermək olar. 

İctimai  həyatı  təhlil  edərkən  tez-tez  “subyekt”  və 

“obyekt” kimi cüt anlayışlardan istifadə olunur. Onlar mənaca 

əks  olsalar  da  bir-biri  ilə  sıx  bağlıdırlar.  Subyekt  deyərkən 

sosial fəlsəfə fəallığın daşıyıcısı kimi çıxış edən, passiv hadisə 

kimi  özünü  göstərən  obyektə  istiqamətlənən  fəallığı  nümayiş 

etdirən insan və ya qrup başa düşülür. Obyekt kimi həm şeylər, 

həm  də  adamlar  çıxış  edə  bilər.  Lakin  istənilən  halda  obyekt 

deyərkən həmin an subyektin fəallığının istiqamətləndiyi dərk 

olunan və ya predmet- praktiki hadisələr başa düşülür. 

Nəhayət, sosial fəlsəfədə ümumiləşdirici anlayış; sosial 

struktur  anlayışı  sosial  orqanizmin  bütövlüyünü  təşkil  edən 

sosial  subyektlərin  (bu  və  ya  digər  obyektlərə  münasibətdə) 

əlaqə və münasibətlərinin bütün məcmusunu əhatə edir. 

Müasir  fəlsəfənin  sosial  orqanizmi  təsvir  etmək  üçün 

istifadə etdiyi sadaladığımız əsas kateqoriyalar göstərir ki. 

34 



sosial sistem əsaslı şəkildə təbii sistemdən fərqlənir. Bu fərqlər 

aşağıdakılardır: 

1)

 

cəmiyyəti  təşkil  edən  elementlərin  sistemaltılar, 



səviyyələr,  eyni  zamanda  onların  funksiyalarının,  əlaqə  və 

qarşılıqlı münasibətlərinin çoxluğu: 

2)

 

sosial 



elementlərin 

müxtəlif 

keyfıyyətliliyi, 

müxtəlifliyi-onların arasında rəngarəng maddiliklə yanaşı həm 

də müxtəlif çalarlı ideal, mənəvi hadisələr də vardır. Ona görə 

də,  cəmiyyətin  tədqiqində  həm  humanitar,  həm  də  təbiət 

elmlərinin  istifadə  etdiyi  kompleks  yanaşma  daha 

məhsuldardır. 

3)

 

sosial sistemin əsas elementinin nadirliyi-insandır, o 



geniş yaradıcılıq imkanlarına, öz davranış formalarını sərbəst 

seçmək  bacarığına  malikdir,  bu  da  cəmiyyətin  inkişafında 

qeyri-müəyyənliyi, 

müxtəlifliyi 

yaradır. 

Bu 


fikrin 

əsaslandırılması müasir fəlsəfənin əsas mövzularından biridir. 

Fəlsəfi  fikrin  ictimai  həyatın xüsusi mürəkkəbliyini  və 

rəngarəngliyini  açması  ilə  tədqiqatçıların  bütün  bu 

rəngarəngliyi 

bir 


əsasa, 

ümumi 


bayraq 

altında 


ümumiləşdirməyə  cəhdləri də  güclənir. Həm  də filosoflar bu 

cəhdlərində  digər  elmlərin  nümayəndələrinin  arxasınca 

getmişlər - onların hər biri öz sahələrində bu və ya digər “ilkin 

kərpicləri” aşkar etmişlər: fizika - elementar hissəciklər, kimya 

-atomlar,  biologiya  -  canlı  hüceyrələr,  psixologiya  - 

qıcıqlandırıcı hadisələr və s. 



Sosial  fəaliyyəti  cəmiyyətə  tətbiq  etmək  üzərində 

düşünən filosoflar uzun diskussiyalardan sonra ümumi qənaətə 

gəlmişlər. Bu ümumi qənaət ondan ibarətdir ki, ictimai həyatın 

zahirən  rəngarəng  görünən  hadisələri  adamların  birgə 



fəaliyyətinin  bu  və  ya  digər  müxtəlifliyidir-müasir  sosial 

fəlsəfənin banisi O.Kont belə güman 



35 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə