Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə19/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   148

iqtisadi, mədəni və s. birlikləri olmayan adamlar demək olardı. 

Adamlar  cəmiyyətdə  yaşamaq  üçün  yaranmışlar.  Cəmiyyət 

anlayışı yalnız indi yaşayan adamlar yox, həm də bütün keçmiş 

və gələcək nəsli,  yəni bütün bəşəriyyəti əhatə edir. Bütövlük 

sistemində adamların birliyi onun üzvlərinin iradəsindən asılı 

olmayaraq yaşayır. İnsan cəmiyyətinə heç kim ərizə ilə qəbul 

olunmur;  doğulmanm  təbii  faktı  labüd  olaraq  insanı  ictimai 

həyata  daxil  edir.  Cəmiyyət  özünün  inkişafının  istənilən 

mərhələsində  -  çoxsahəli  birlikdir,  adamların  çoxsaylı 

rəngarəng əlaqə və münasibətlərinin mürəkkəb birləşməsidir. 

Cəmiyyətin  həyatı  onu  təşkil  edən  adamların  həyatı  ilə  başa 

çatmır. Cəmiyyət ayrı-ayrı adamların yarada bilmədiyi maddi 

və mənəvi dəyərlər yaradır: texnika, müəssisə, dil, elm, fəlsəfə, 

incəsənət,  əxlaq,  hüquq,  siyasət  və  s.  İnsan  münasibətinin, 

fəaliyyətinin  mürəkkəb  və  ziddiyyətli  yumağı,  kələfi  və 

onların  nəticələri  bütöv  kimi  cəmiyyəti  təşkil  edir.  İnsan 

cəmiyyəti  -  öz  daxilində  parçalanmış  bütöv  sistemdir,  o, 

tarixən  yaranmış  və  fasiləsiz  olaraq  inkişaf  edir,  keyfiyyət 

dəyişikliyinə  uğrayaraq  ardıcıl  mərhələlər  keçir.  Bu  sistemin 

ümumi  qanunauyğunluğu  bu  sistemə  daxil  olan  istənilən 

elementin  xarakterini  müəyyən  edir,  onun  inkişafını 

istiqamətləndirir. Deməli bu sistem- dəki hər bir element tək 

kimi yox, tama aparan əlaqə kimi başa düşülməlidir. 

Cəmiyyət - vahid sosial orqanizmdir, daxili təşkili bu 

quruluş  üçün  xarakterik  olan  müəyyən,  çoxcəhətli 

əlaqələrin  məcmusu  kimi  özünü  göstərir,  onun  əsasında 

son anda insan əməyi dayanır. İnsan cəmiyyətinin sturukturu 

istehsalı  və  onun  əsasında  yaranan  istehsal,  iqtisadi  sosial 

münasibətləri  yaradır  -  o  da  özündə  sinfi,  milli,  ailə 

münasibətlərini, siyasi münasibətləri və nəhayət 



57 


cəmiyyət  həyatının  mənəvi  sahəsini  -  elm,  fəlsəfə,  din, 

incəsənət,  əxlaq  və  s.  birləşdirir.  Ümumiyyətlə  cəmiyyət 

olmadığı  kimi,  ümumiyyətlə  insan  da  yoxdur,  adamların 

ictimai  təşkilinin  konkret  formaları  var.  Konkret  eəmiy- 

yətlərin bütün fərqlərinə baxmayaraq istənilən eəmiyyətin onu 

heyvan sürüsündən və ümumiyyətlə cəmiyyətdən fərqləndirən 

xüsusiyyətləri vardır. 

Cəmiyyət onu təşkil edən komponentlərin və onların sıx 

qarşılıqlı  əlaqəsinin  dəqiq  ayrılığına  malikdir.  İqtisadiyyat, 

siyasət,  hüquq,  elm,  əxlaq,  incəsənət,  ailə,  din  bir-  biri  ilə 

əlaqəsiz  mövcud  deyildir.  Bütöv  cəmi}q/ətsiz,  adamlarsız, 

bir-biri ilə qırılmaz bağlı olan ictimai münasibətlər sistemi nə 

iqtisadiyyat, nə siyasət, nə də əxlaq ola bilməz. Bütün bunlar - 

vahid qanun hədləridir, onlar vahid qanunla yaşayırlar. Siyasi 

təşkilatlar,  iqtisadi  əlaqələr  (istehsal,  bölgü,  istehlak),  hüquq 

normaları, ailə- nigah münasibətləri, qohumluq əlaqələri, milli 

və  digər  münasibətlər  adamları  birləşdirir  və  kollektivdə 

adamları  bir-birinə  qarşı  qoyur.  Adamlar  daimi  olaraq  öz 

həyatlarının ietimai istehsalı prosesini həyata keçirirlər: maddi 

nemətlər  istehsalı,  ictimai  varlıq  kimi  adamların  istehsalı, 

adamlar arasındakı münasibətlərin müvafiq tiplərinin istehsalı, 

ünsiyyətin  formaları  və  ideyaların  istehsalı  cəmiyyətdə  ən 

müəmmalı  şəkildə  təsərrüfat,  iqtisadi  dövlət,  ailə 

münasibətləri,  eyni  zamanda  ideoloji  xarakterli  bir  sıra 

hadisələr bir-birinə qarışır. Bütün bunlar qarşılıqlı fəaliyyətdə 

olur, dəyişir, mümkün çalarlar kəsb edir və bütövlükdə ictimai 

həyat  axını  yaradırlar.  Bu  axının  həyati  əsası  -  əməkdir. 

Adamların şəxsi və ümuminsanı taleyi daim axır və gündəlik 

fəaliyyətlə - əməklə bir-biri ilə bağlanırlar. Məhz cəmiyyət çox 

və ya az normal varlığın və adamların inkişafının əsas şərtidir. 



58 


çünki tok adam təbiətin kortəbiiliyi qarşısında vəhşi heyvanlar 

və  “simasız  adamlar”  qarşısında  gücsüzdürlər.  İnsanın  şəxsi 

azadlığına  hədd  qoyan  cəmiyyət  bununla  belə  müəyyən 

normalar,  adətlər,  hüquqlar  və  öhdəliklərlə  bu  azadlığı 

məhdudlaşdırır.  Ancaq  bu  məhdudluq  cəmiyyət  üzvlərinin 

maraqlarından irəli gəlir. 

Nəhayət bir daha qeyd edək ki, cəmiyyət - adamların 

həyatı  fəaliyyətinin  bütöv  sistemidir.  Cəmiyyət  deyərkən, 

adamların əlaqəsi nəzərdə tutulur-hər biri ayrılıqda qarşılarına 

qoyduqları  məqsədə  çatmaqda  çətinlik  çəkdiklərindən  nəticə 

əldə  etmək  üçün  birləşirlər.  Cəmiyyət  elə  tamdır  ki,  burada 

ayrı-ayrı  adamlar  iştirak  edir,  onun  tərkibinə  daxil  olurlar, 

ancaq  heç  də  adamların  riyazi  cəmi  və  ya  mexaniki  kütləsi 

deyildir.  Biz  cəmiyyət  deyərkən  məhz  adamların  birliyini 

nəzərdə  tuturuq,  bununla  belə  insan  cəmiyyətini  müxtəlif 

heyvan  birliklərindən  -  bu  instinkt,  bioloji  tələbatdan  doğan 

birlikdir-  fərqləndiririk.  Didroya  görə,  cəmiyyət  insana  digər 

heyvanlar  üzərində  hakimiyyət  verir.  Cəmiyyətin  hesabına 

insan  quruda  olan  hökmranlığı  ilə  qane  olmur,  öz 

hakimiyyətini  dəniz də şamil  etməyə can atır.  Bu ittifaq onu 

həblərlə  xəstəliklərdən  ayırır,  qocalığına  kömək  edir,  kədərli 

olanda  təsəlli  verir.  Cəmiyyət  insana  öz  taleyi  ilə  mübarizə 

aparmaq  üçün  güc  verir.  Ünsiyyətcilliyi  məhv  etməklə  siz 

insan  nəslini  dağıtmış  olursunuz-həyatın  və  onun  bütün 

xoşbəxtliyinin qorunması bundan asılıdır. 

Vətəndaş  cəmiyyəti  ideyasına  da  diqqət  yetirmək 

lazımdır.  Vətəndaş  cəmiyyəti-insan  hüququnun  müdafiəsi 



prinsipinin  fəaliyyət  göstərdiyi  hüquqi  dövlət  sistemində 

yaşayan  ayn-ayn  adamların  vəhdətidir.  Həqiqi  vətəndaş 

cəmiyyətində hər bir adam məqsəd və ali dəyərdir.  Lakin 

insan haqqı adamlarla münasibətsiz öz 



59 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə