Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə21/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   148

istər-istomoz məhdud olacaqdır. Bəşəriyyətin zənginliyi bu və 

ya  digər  cəmiyyətin,  xüsusən  də  ayrı-ayrı  adamların 

zənginliyindən  daha  genişdir.  Xalqlar  öz  məğzlərinə  görə 

dünyada birlikdə yaşamağa “kökləniblər”. Bəşəriyyətə bir yerə 

toplanmış  varlıqların  (çox  güman  ki,  şərti  olaraq)  məcmusu 

kimi  baxmaq  olar:  insan  yaş  dövrlərini  keçərək  böyüdüyü 

kimi,  bəşəriyyət  də  nəsillərdən  keçərək  yetkinləşir.  İnkişafın 

ümuminsani  prinsiplərinə  tabe  olan  hər  bir  cəmiyyət,  hər  bir 

millət öz böyüməsində öz xüsüsi mədəniyyət yolunu keçməli 

olur,  bu  vaxt  bu  və  ya  digər  dərəcədə  ən  ümumi  dünya 

qarşılıqlı əlaqəsinə girir. Cəmiyyət həyatının və vahid tam kimi 

bəşəriyyət  tarixinin  məğzi  ətrafında  düşünərkən  etiraf 

etməliyik ki, bizim həyatımızda yalnız sağ olanlar yox, həm də 

bəşəriyytin tarixi axarında qavranılmağa layiq olan ölənlər də 

böyük  rol  oynayırlar  V.Solovyova  görə,  onlar  yaşayanlar 

üzərində  ikiqat  üstünlük  təşkil  edirlər:  həm  onların  aydın 

surətləri, həm də gizli himayələri  - mədəni kütlə mexanizimi 

kimi təsir edir - onun vasitəsi ilə “axirət dünyada uyuyan əql” 

şəxsi  və  Yerdə  tərəqqi  edən  bəşəriyyət  tarixinə  təsir  edir. 

Ölümdən  sonrakı  varlığın  həm  obyektiv,  həm  də  subyektiv 

mənası  yaşayanların  mövcudluğu  ilə  sıx  vəhdətdə  müəyyən 

olunur. Beləliklə həm ölənlər, həm də yaşayanların öz xüsusi 

realıqları  var:  birincilərdə  o  daha  layiqli  və  mülayimdir, 

ikincilərdə isə o daha  azad və açıq  hərəkətdə, fəaliyyətdədir. 

Aydındır  ki,  onların  hər  ikisinin  həyatının  yetkiliyi  onların 

hərtərəfli  qarşılıqlı  əlaqələrindədir:  biz  ölənlərin  ruhu 

qarşısında  baş  əyirik,  onları  xatırlayırıq,  onlar  isə  öz 

qoyduqları  böyük  və  xırda  işlər  hesabına  bizim  təcrübəmizi 

zənginləşdirirlər,  bizə  həyatı  və  işlərimizi  öyrədirlər.  Dünya 

qayda  qanununun  mənası  və  ən  ümumi  tarixin  yekunu 

bəşəriyyətin bu 

63 



tamlığındadır, bu iki başlanğıcın birliyi hər şeyi yerinə qoyur. 

Bu çox çətin məsələdir - məsələni vaxtilə Kant ortaya qoymuş 

Solovyov  isə  onu  inkişaf  etdirmişdir:  bəşəriyyət  nəslinin 

vəhdəti  və  hər  bir  canlıda  ilahinin  qığılcımının  olması  bütün 

dövrlərdə mütəfəkkirləri düşündürmüşdür. Ölülərin nə vaxtsa 

diriləcəyi məsələsi bütün dövrlərdə birmənalı qarşılanmışdır. 

Beləliklə,  bəşəriyyət  adlananm  tərkibinə  sağlardan  çox 

ölülər  daxildir.  Bu  fikir  təsəlliverici  və  humanistdir:  o 

bəşəriyyətin  ümumi  nailiyyətlərini  təşkil  edən  əqli  və  əxlaqi 

dəyərlərin varisliyini xatırladır: o həm də onu xatırladır ki, artıq 

öz dünyasını dəyişənlər öz ideyaları, öz işləri, öz nümunələri 

ilə bizim aramızda yaşamaqda davam edirlər. Bu fikir əlbəttə 

yalnız  bütün  bəşəriyyətin  yolunu  işıqlandıran  böyük  dahilərə 

aid  deyildir,  o  həm  də  ciddi,  sadə  fikir  və  işləri  ilə,  öz 

həyatlarını  yaşayan  əxlaqi  və  sosial  ideyalı  öz  varlığının 

məhdud  səviyyəsində  saxlayan  adamları  da  aiddir.  Tarix 

müəyyən  mənada  xalqların  müqəddəs  kitabı  bir  növ  onların 

varlığının  və  fəaliyyətinin  güzgüsü,  kəşflərin  və  davranış 

prinsiplərinin  əsası,  əcdadlarımızın  varisliyə  çağırışı  indinin 

tamamlanması,  dərk  olunması  və  gələcəyə  nümunədir. 

Humanist  düşünən  adamlar  əmindirlər  ki,  hec  bir  xalq 

başqasına nisbətən qeyri-adi əqlə malik deyildir. Dünyada elə 

bir  xalq  yoxdur  ki,  o  tarixə  layiqsiz,  heç  bir  əhəmiyyəti 

olmayan xalq kimi daxil olsun. Eyni zamanda xüsusi seçilmiş 

xalqlar  da  yoxdur.  Belə  demək  olar:  bəşəriyyət  bizim 

ikimizdədir,  biz  isə  bütün  bəşəriyyətin  daxilindəyik.  Hər  bir 

xalqın  tarixində  də  bir  dövr  olur  ki,  bu  vaxt  həmin  xalq 

vətəninin  rifahı  naminə  dünya  təcrübəsindən  istifadə  edir. 

Vətənə olan məhəbbət bütün dünyaya olan məhəbbətlə birlikdə 

olur. Biliyin işığını mənimsəyən xalq öz qonşularına ziyan 



64 


vumıur. Dövlətlər nə qədər savadlı, maarifçi olarlarsa, onlar bir 

o  qədər  öz  ideyalarını  bir-birinə  ötürə  bilirlər,  ümumdünya 

əqlinin  gücü  və  fəaliyyəti  bir  o  qədər  artmış  olur.  Ən  yeni 

əlaqə,  kütləvi  informasiya  vasitələri  hesabına  xalqların 

ünsiyyəti xeyli artmışdir, hamı dərk edir ki,  bəşəriyyət  vahid 

tamdır.  İndi  tam  qətiyyətlə  demək  olar  ki,  “Şərqsiz  Qərb, 

Qərbsiz  isə  Şərq  yoxdur”.  Elm  və  texnikanın  nailiyyətləri 

dünyanın  yalnız çoxşəkilli yox, həm də bütöv olduğunu dərk 

etməyə  imkan  verir,  maddi  və  mənəvi  dəyərlərin  mübadiləsi 

üçün  yeni  imkanlar  açır.  Həm  də  heç  vaxt  demək  olmaz  ki, 

guya Qərb həmişə ixtiralar etmiş. Şərq isə onu qəbul etmişdir. 

Tərəqqi  daha  çox  ikitərəfli  hərəkəti  olan  küçəyə  oxşayır: 

müxtəlif  saatlarda  maşın  axını  müxtəlif  olur.  Məhz  Şərqdən 

avropalılar  ərəb  rəqəqmini  götürmüşlər,  riyaziyyatın, 

astronomiyanın,  tibbin  nailiyyətləri  də  ərəblərin  adı  ilə 

bağlıdır:  çinlilər  dünyaya  kağız,  kompas,  barıt  vermişlər. 

XVIII  əsr  fransız  maarifçi  -  ensiklopedistlərini  qədim  Çin 

filosofu Konfutsinin ideyaları ruhlandırmışdır - o hələ 2500 il 

əvvəl  demişdir  ki,  “jen”  (humanistlik,  insanilik)  ictimai 

münasibətlərin  əsası  olmalıdır.  Qarşı  tərəfdən  də  hərəkət 

başlanır: XIX əsrin ikinci yarısında uzun müddətli təcriddən əl 

çəkən Yaponiya Qərbdən elmi-texniki nailiyyətləri götümrəyə 

başladı.  Eyni  zamanda  Tokuqava  dövrünün  yapon  gül 

qravyuraları  Avropa  rəssamlarını  ruhlandırmış.  Qərb 

rəssamlığına meydan oxumuşdur. 

Hətta qədim dünya belə bəzi müasirlərimizin düşündüyü 

kimi  bir-birindən  ayrı  olmamışdır.  Xalqlar  arasında  ünsiyyət 

olmuşdur,  onlar  bir-birini  bizim  təsəvvür  etdiyimizdən  daha 

çox  zənginləşdirmişdirlər.  Məsələn,  İndoneziyaya  gələn 

Robindranat Taqor “Mən hər yerdə Hindistanı görürəm, ancaq 

onu tanıya bilmirəm” 

65 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə