Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə23/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   148

əlaqələrin güclənməsi ilə bu etnik komponentlərdən birinin dili 

xalqın ümumi dilinə çevrilmiş, qalan tayfa dilləri isə ya dialekt 

rolu oynamaq səviyyəsinə düşmüş, ya da tamam yox olmuşdur. 

Ərazi, mədəni, müəyyən mənada iqtisadi ümumilik formalaşdı 

- çox vaxt bunlar sabit xarekter daşımırdılar. Xalq - insanların 

dil,  ərazi,  iqtisadi  və  mədəni  birliyidir.  Yəni  birliyin 

göstəricilərindən  biri  onların  yığcam  adlarının  siması  idi. 

Dövlətin yaranması xalqın möhkəmlənməsinə kömək etmişdir. 

Lakin  tarixi  inkişaf  prosesində  xalq  nə  ərazi,  nə  də  dil 

baxımından dövlətə uyğun gəlməyə bilər. 

Kapitalist  münasibətlərinin  inkişafı  ilə  iqtisadi  və 

mədəni  əlaqələr  güclənir,  milli  bazarlar  yaranır,  təsərrüfat 

dağınıqlığı  ləğv  edilir,  xalqın  ayrı-ayrı  hissələri  bir  milli 

bütövlükdə birləşir, xalq millətə çevrilir. Xalqdan fərqli olaraq, 

millət - insanların daha sabit birliyidir. Millət həm bir-birilə 

qohum olan tayfa və xalqlardan, həm də müxtəlif tayfa, irq və 

xalqlardan 

yaranmışdır. 

Millətin 

tarixi 


keçmişinin, 

yaranmasının  və  inkişafının  xüsusiyyətləri,  onun  iqtisadi 

quruluşunun,  mədəniyyətinin,  coğrafi  və  iqtisadi  mühitinin 

məişətinin,  ənənəsinin  özunə-  məxsusluğu  -  bütün  bunlar 

millətin mənəvi simasında öz izini qoyur, xüsüsi milli xarakter 

formalaşdırır.  Tarix  sanki  özünəməxsus  milli  “çalarlar”, 

“tikir”,  onun  nadirliyi  qiymətsizdir.  Kim  bilir,  bəlkə  də, 

xalqlar,  millətlər  və  nəsillər  çox  vaxt  tarixi  əql  adlandırılan 

hansısa  sirrli  tarixi  harimoniyanı  saxlamaq  üçün  nadirdirlər. 

Millətlər bir- birindən əsasən ümumdünya tarixi rollarına görə 

fərqlənirlər:  hər bir millət dünya sivilizasiyası və 

mədəniyyəti  xəzinəsinə  öz  töhvəsini  verir.  Millətin  yalnız 

xüsusi  -  onu  başqa  millətlərdən  fərqləndirən  -  yox,  həm  də 

ümumi - onların bəzilərini birləşdirən - xüsusiyyətləri 



69 


var:  bir  dildə  danışan,  ümumi  ərazidə  yaşayan  və  ya  öz 

tarixlərində, 

mədəniyyətlərində, 

məişətlərində, 

psixologiyalarında  ümumi  çox  şeyləri  olan  müxtəlif  millətlər 

vardır.  Tarixin  əqli  millətlərin  böyük  rəngarəngliyini 

yaratmışdır, onların hamısı bir yerdə sosial varlıq bağında olan 

xüsusi gül dəstəsidir, burada hər bir millətin öz xüsusi ətri var, 

sanki  öz  aurası  ilə  ətrafa  nur  saçır.  Bu  mənada  milləti 

şəxsiyyətlə  müqayisə  etmək  olar.  Əgər  adamlar  və  xalqlar 

başqa  milli  xüsusiyyətləri  özlərinki  kimi  dəyərləndirsələr 

bundan bəşəriyyət xeyli udardı. 



Milli  özünüdərk  və  millətçilik  məsələlərinə  də 

toxunmaq  yerinə  düşərdi.  Milli  münasibətlərin  ümumi  iqlimi 

daha çox hər bir adamın vətəndaş yetkinliyindən və öz xalqının 

bütövlükdə  cəmiyyətin  köklü  maraqlarını  dərindən  başa 

düşməsindən aşlıdır. Bu sivil özünüdərketmənin əsasıdır. Milli 

özünüdüşünmə  öz  xalqının,  həm  də  onun  mədəni 

özünəməxsusluğunu  -  onun  adətini,  ənənəsini,  inamının 

mənəvi  vəhdətinin  dərk  olunması  hissidir.  Kim  öz  milləti 

haqqında danışırsa, o ilk növbədə öz xalqının mənəvi vəhdətini 

nəzərdə tutur. O ayrı-ayrı subyektlərin həyatdan getməsinə və 

nəsillərin dəyişməsinə baxmayaraq qalanları nəzərdə tutur. 

Millət  çoxları  üçün  olan  nə  isə  birləşmədir.  Millət  öz 

oğullarını və qızlarını, babalarını və nənələrini, ata və anaları 

birləşdirən  böyük  ailədir,  hər  bir  ruh  canlı  əlaqə  ilə  onunla 

bağlıdır.  Heç  kəs  başqa  millətin  nümayəndəsi  ola  bilməz 

(doğrudur, bunu formal  edirlər: ancaq bu nəyə  görəsə, kimin 

üçünsə  edilən  görüntüdür).  Milli  özünü  dərk  düşünmənin 

böyük  nizamlayıcı  və  özünü  təsdiq  eden  gücü  var:  o  millətə 

daxil  olan  adamları  birləşdirir,  bir  növ  müdafiə  mexanizmi 

kimi  çıxış  edir,  onun  bütövlüyünü  qoruyur,  başqa  xalqlar  və 

millətlərlə əlaqə qurur, milli 



70 


dəyərlərə zidd olan baxışlara müqavimət göstərir. Milli özünü 

düşünmə  millətin  ümümi  mədəni  yüksəlişinə  kömək  edir, 

başqa  millətlərlə  münasibətini  tənzimləyir.  Tərbiyə  və  təhsil 

prosesində insanda milli incəsənətə olan zövqü, milli adət və 

əxlaqa,  ənənələrə  hörməti  formalaşır,  öz  tarixində  olan 

qəhrəmanlardan  qürür  duyur,  nəsildən-  nəslə  ötürülən 

mədəniyyətə  hönnətlə  yanaşmaq  formalaşır.  Bütün  bunlar 

xalqlar və millətlərin xüsüsi bilik kimi formalaşmasına kömək 

edir.  Vətənpərvərliyin  tərbiyəvi  əhəmiyyəti  böyükdür:  bu 

adamlarda  bəşəriyyət  haqqında  ideaları  qavramağı,  öz  milli 

dəyərlərinə hörmətlə yanaşmağı inkişaf etdirən məktəbdir. Hər 

bir  millət  bütövlükdə  ictimai-tarixi  həyatın  ictimai  subyekti 

kimi öz qabaqcıl üzvlərinin simasında öz ictimai maraqlarını, 

öz mədəniyyətinin, adətlərinin özünəməxsusluğunu, öz inkişaf 

prespektivlərini dərk etmək səviyyəsinə qədər yüksəlir. Onun 

öz pisixikası, hisslərinin təzahür formaları, şəxsi ləyaqət hissi 

və  dəyərli  qüruru  var.  Ancaq  hər  şeyin  öz  ölçüsü  olmalıdır. 

Subyektin  şüurunun  həddindən  artıq  özünə  istiqamətlənməsi 

eqoizmə  apardığı  kimi,  milli  şüurun  da  həddindən  çox  milli 

həyata  yönəlməsi  nəticədə  millətçiliyə  gətirib  çıxara  bilər. 

Əgər  millət  fakt  kimi  heç  kim  tərəfindən  hədd  olunmursa, 

millətçilik  qəbul  olunmayan  yoluxucu  xəstəlikdir  -  bu  gün  o 

daha qorxuludur. 

Millətçilik - milli cqoizmin təzahür formasıdır. Millət 

və  millətçilik  müxtəlif  anlayışlardır,  bu  şəxsiyyət  və  onun 

kəskinləşmiş eqoizmidir. Millətçiliyin əsasını milli üstünlük 

milli  istisnalıq  ideyası  təşkil  edir,  bu  da  milli  təkəbbür 

yaradır. Hər bir millət şəxsiyyət kimi-əslində bu belədir - öz 

milli özünəməxsusluğunu, öz müsbət və mənfi tərəflərini başa 

düşən şüura malikdir. Hər bir millətin adamlarının şüurunda bu 

millətin vətəndaşlarının 



71 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə