Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə1/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
  1   2   3   4   5   6   7   8   9   ...   103



 
AZƏRBA YCA N DİLİ VƏ TARİXİ 
                               
 ZĠYA BÜNYADOV 
 
AZƏRBAYCAN 
A T A B Ə Y L Ə R Ġ     D Ö V L Ə T Ġ  
1136-1225-Cİ  İLLƏR 
 
 
 
 
 
ŞƏRQ-QƏRB 
 
BAKI 2007 



 
 
Bu  kitab  "Ziya  Bünyadov.  Azərbaycan  Atabəyləri  dövləti  (1136 -1225-ci 
illər)" (Bakı, Elm, 1984) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır 
Rus dilindən tərcümə edəni: 
Cahangir Qəhrəmanov 
ISBN 978-9952-34-066-2 
947.54/02-dc22 
1. A zərbaycan - Tarix. 2. Feodalizm - A zərbaycan. 
Ziya Bünyadov. Azərbaycan Atabəyləri dövləti (1136-1225-ci illər) 
Bakı, "Şərq-Qərb", 2007, 312 səh. 
Kitabda  Azərbaycan  Atabəyləri  dövlətində  idarəetmə  üsulu  məsələləri  ilk 
dəfə  olaraq  nəzərdən  keçirilir.  Bu  dövlətin  mədəni  həyatı,  vergi  sistemi,  şəhər  və 
saray  iyerarxiyası,  əkinçilik  və  torpaqdan  istifadə  edilməsi  qaydası  yeni  səpkidə 
təhlil olunur. 
Tədqiqat prosesində Azərbaycan tarixi üçün yeni olan bir sıra orta əsr yazılı 
mənbələrindən də istifadə edilmişdir. 
© "Şərq-Qərb", 2007 
 
 



 
Akademik İsmayıl Abbas oğlu  
 Hüseynovun xatirəsinə həsr olunur. 
Müəllif 
 
 
GĠRĠġ  
 
Mənbə və ədəbiyyatın qısa xülasəsi 
 
VII əsr Ərəb dövləti və  VIII-IX əsrlər  xilafət  zaman ından başlayaraq Qərbi 
Asiyada ən geniş ərazini birləşdirən b ir dövlətin  - Səlcuq imperiyasının yaran ma, 
çiçəklən mə  və  parçalan ması  dövrü  Yaxın  və  Orta  Şərq  ölkələrinin  gələcək  tarixi 
müqəddəratında  böyük  əhəmiyyət  kəsb  edir.  Səlcuq  sülaləsindən  olan 
sərkərdələrin  başçılığ ı  altında  oğuz  və  başqa  türk  tayfaların ın  işğalçılıq  yürüşləri 
bu dövlət birliy inin başlanğıcını qoymuşdur. 1040-cı  il  may ayının 24-də, Sərxasla 
Mərv  arasında,  Dəndənəkəndə,  Qəznəvi  sultanı  Məsudun  orduları  ü zərindəki 
qələbə  səlcuqilər  üçün  İran,  sonra  da  İraqa  yol  açmış  oldu.  Deyləm  sülaləsi 
Buveyhilər  və  Kakuveylərin  hakimiyyəti  altında  olan  əyalətlər  bir-birin in  dalmca 
yeni  dövlətə  tabe  edildi.  1055-ci  ildə  Bağdad  rutulandan  sonra,  təəssübkeş 
müsəlman ların  dini  rəhbəri  -  Abbasi  xəlifəsi  tərəfindən  Səlcuq  sərkərdəsi  Toğrul 
bəyin  hakimiyyəti  təsdiq  edildi.  Səlcuq  sülalə  başçısı  sultan  rütbəsi  alaraq, 
turulmuş və tabe edilmiş ölkələrin baş dünyəvi hakimi o ldu. 
Toğrul  bəyin  varisləri  -  Sultan  Alp  Arslan  və  Məlik  şahın  "cihad" 
müharibələri  adı  altında  apardıqları  sonrakı  yürüşlər  Zaqafqaziya,  Kiçik  Asiya  və 
Suriyaya yönəldilmişdi. Səlcuq dövlətinin ən böyük nailiyyətlərindən biri  1071-ci 
ildə  Malazgirt  yaxın lığ ında  Bizans  ordulan  üzərindəki  qələbələri  oldu.  Böyük 
fəthlər  nəticəsində  Səlcuq  dövlətinin  torpaqları  şərqdə  Qaşqardan  tutmuş  qərbdə 
Arahq  dənizinədək,  şimalda  Qafqaz  dağlarından  cənubda  Yəmənədək  böyük  bir 
ərazini əhatə edirdi. Ayrı-ayrı əyalətlərdə öz  müstəqilliyini qoruyub saxlamış yerli 
hakimlər  -  canişinlər,  o  cümlədən  keçmişdə  müstəqil  olan  sülalələrin  xələfləri 
səlcuqilərin vassallarına çevrild ilər. 
Beləliklə,  Böyük  Səlcuqilər  dövləti  yarandı.  İnzibati  idarəçilik  bütövlüklə  yerli 
məmurların  üzərinə  qoyuldu.  Səlcuq  dövlətinin  çiçəklənməsi  dövründə  məşhur  vəzir 
Nizam  əl-Mülk  öz  inzibati  fəaliyyətini  genişləndirib,  şərti  pay  torpaqlarını  -  iqtanı 
mü xtəlif adamlara paylamaqla, vergitoplama sistemini geniş miqyasda dövlətin hərbi 
təşkilatları ilə bağlamağa cəhd göstərdi. 
Bu  dövrdə  Səlcuq  dövləti  bir  o  qədər  də  möhkəm  və  qüvvətli  birləşmə 
deyildi:  ona  daxil  edilən  ölkə  və  əyalətlərin  iqtisadi  və  etnik  əlaqələr  baxımından 
ümumiliyi  ço x  az  idi.  Ali  hakimiyyətin  nüfuzu  yüksəkdə dururdu, ancaq səlcuqilərin 
tabeliyində olan  yerlər  onlann  nəslinin  şəxsi  mülkiyyəti  sayılırdı  və  sultanın  yaxın 
qohumlarının taxt-taca yiyələnmək uğrunda qaldırdığı qiyamlar həm Alp Arslanın, həm 



 
də Məlik şahın dövründə dönə-dönə baş qaldınrdı. Məlik şahm ölümündən (1092) sonra 
belə ara müharibələri yeddi il davam etdi. 
Son  "Böyük"  Səlcuq  sultanlannın  hakimiyyəti  dövrü  (1092-1157)  get-gedə 
mahiyyətcə  bir-birindən  asılı  olmayan  Ayrı-ayrı  sultanlıqlara  parçalanan  Səlcuq 
dövlətinin tənəzzül  dövrü  idi.  Bu  müstəqil  sultanlıqlar  da, öz  növbəsində, tamamilə 
yeni tip dövlətlərin yaran-masına gətirib  çıxarmışdı  ki,  bu yeniliklərin  də  yaradıcılan 
Səlcuq sultanlannm  keçmiş  kö lələri  (məmlük)  id ilər.  Həmin  dövlətlərin  hakimləri 
adətən  səlcuqilərin  vəliəhd  şahzadələrinin  (məliklərin)  tərbiyəçilərindən  olurdu  ki, 
onlara da  "atabəy"  ("ata-hakim")  deyirdilər.  Zaman  keçdikcə  atabəylər  qüvvətlənir, 
qəyyumluğunda olan və yalnız adda başçısı sayılan sultanların dövlətinin taleyinin əsil 
həlledicilərinə  çevrildilər.  Sultanlar  isə  hakimiyyətlərinin  yalnız  xarici  əlamətlərini 
özlərində  saxlamışdılar.  Belə  ki,  onlann  adlan  sikkələr  üzərində  döyülür,  cümə 
xütbələrində  çəkilirdi.  XII  əsrdə bir  neçə belə dövlət var  idi:  Azərbaycan atabəyləri 
(Eldənizlər),  Mosul  atabəyləri  (Zəngilər),  Fars  atabəyləri  (Salqarilər),  Kirman 
atabəyləri  (Qutluqxanlar),  Luristan  atabəyləri  (Xəzərəsbilər)  dövləti  və  s.  Atabəy 
dövlətlərindən başqa,  XII  əsrdə  Rum səlcuqiləri,  Xarəzmşahlar,  Ərtuqilər,  Buveyhilər 
və b. qüvvətlənib müstəqil dövlətlərə çevrilmişdilər. 
Səlcuq  hakimiyyəti dövründə  Yaxın  və  Orta  Şərq ölkələrinin  iqtisadi və  ictimai 
həyatında,  xüsusən  feodal  torpaq  mülkiyyəti  formasının yeni növlərinin  inkişafında bir 
sıra yeni münasibətlər yaranmışdı. Bu dövr həm də həmin ərazinin bir sıra ölkələrində 
etnogenetik dəyişmənin ən  mühüm  mərhə lələrındən bırmı təşkil ed ir və buna görə 
də tarixçilərin  marağ ını özünə cəlb edir. Ancaq qeyd edilən dövrün ictimai-iqtisadi 
və  siyasi  tarixinin  öyrənilməsi  bir  sıra  çətinliklərlə,  birinci  növbədə  mənbələrin 
yarımçıq və qeyri-kafi araşdırılması ilə bağlıd ır. 
Səlcuq  dövlətinin  yaranmasınadək  Yaxın  və  Orta  Şərqdə  ərəb  və  fars 
dillərində  tarixşünaslığın  inkişafı  özünü  göstərir,  ölkələrin  və  sülalələrin  tarixinə 
aid əsərlər yazılırdı.
1
 
Ancaq  təkcə  Səlcuq  sultanlarına  aid  olan  hər  hansı  bir  tarix  əsərlərinin  
yazılıb-yazılmadığ ını  dəqiq  söyləyə  bilmərik.  Səlcuq  dövlətinin  ilkin  tarixin i 
yenidən  dəqiq  bərpa  etmək  üçün  tarixçilərin  istifadə  etdiyi  təsviri  xarakterli 
qaynaqların  böyük  bir  hissəsi  XII  əsrin  ikinci  yarısına  və  XIII  əsrin  başlanğıcına 
aiddir
2
. On lar haqqında məlu mat aşağıda veriləcəkdir.  
Bu əsərin  mövzusu olan Azərbaycan atabəyləri dövlətin in tari xinə gəld ikdə 
isə, deyə bilərik  ki, ona aynca həsr edilmiş heç bir toplu qaynağa rast gəlməmişik
3

Buna  görə  də  biz  ara  məlu matları  əsasən  İraq  Səlcuqilərinin  və  ona  qonşu 
                                                                 
1
 H.A.R.Kibb. Müsəlman tarixşünaslığı, səh. 133-140. Burada və sonralar müəlliflərin və göstərilən 
əsərlərinin adı qısaca yazılacaqdır (başqa məlumat üçün ədəbiyyat siyahısına bax). 
2
 Səlcuq dövrünə aid tarixi əsərlər haqqında bax: C.L.Cahen. The Historiography. 
3
 Mənbələrdə Fəxrəddin Əbül Fəzl ibn əl-Müsənna ət-T əbrizinin (1185-ci ildə ölmüşdür) bizə gəlib 
çatmayan  "Azərbaycan  tarixi"  əsərinin  adı  göstərilir,  ancaq  onun  məzmunu  haqqmda  heç  bir 
məlumat yoxdur. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə