Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə8/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   4   5   6   7   8   9   10   11   ...   103

18 
 
Sadak və başqa yaxın adamların məsləhətilə  müstəqillik göstərmək qərarına gəldi
1

Sultan  Mahmud  xəlifənin  bu  sərbəstliyinə  yubanmadan  tədbir  gördü.  O,  ordu  ilə 
hücuma  keçdi  və  xəlifənin  müqavimətinə  rast  gəlmədən  tezliklə  Bağdada  girdi. 
Sultan  Mahmud  Bağdadda  olarkən  Böyük  Su ltan  Səncərə  qarşı  xəlifə  ilə  ittifaq 
bağladı.  Bundan  xəbər  tutan  Səncər  Mahmuda  belə  b ir  məktub  göndərdi:  "Sən 
mən im  sağ  əlimsən,  Xəlifəyə  gəlincə,  o  mənə  və  sənə  qarşı  fıtnə  düzəltməyi 
kəsdirmişdi.  Əgər  siz  onunla  birlikdə  mənə  qarşı  çıxsanız,  o,  məndən  qurtular  və 
sonra  isə  sənə  qarşı  çıxar.  Sən  ona  fıkir  vermə!  A xı,  sən  bilirsən  ki,  mən im 
vəliəhdim  yo xdur.  Sən  mənimlə  döyüşdün,  mən  sənə  üstün  gəlsəm  də,  sənə 
yamanlıq etmədim. Mən o adamları edam etdim ki, onlar bizim aramızda müharibə 
törətmişdilər.  Mən  səni  yenidən  sultanlıq  taxtına  qaytardım.  Mən  səni  taxt-tacın  
vəliəhdi  etdim,  mənim  qızım  sənin  birinci  xatının  A llah ın  dərgahına  qayıdandan 
sonra,  mən  o  biri  qızımı  sənə  ərə  verd im.  Mənim  sənə  münasibətdə  niyyətim, 
atanın [oğula] [n iyyəti - red.] kimidir.  Sən qoşun götürüb, Bağdada yola düşməli, 
xəlifən in  vəziri  İbn  Sadakı  tutmalı,  orda  olan  bütün  kürdləri  qırmalı,  bütün  [yol] 
azuqələrini  və  hərəkət  vasitələrini  müsadirə  etməli  və  xəlifəyə  deməlisən:  "Mən 
sənin qılıncın və xidmətçinəm!  Sən, atalarımızın etdiyi kimi, öz evinə qayıt və mən səni 
sıxışdırmağa  bir kimsəni qoymaram"
2

Göründüyü  kimi,  bu  məktubda bir  növ  qəti  tələb  vardır.  Səncər  tələb edir ki, 
Mahmud  xəlifə  əl-Müstərşidə  münasibətində  Səncərin    özünə  məxsus  sərt  siyasət 
yürütməlidir.  Səncər  Mahmudu  xəlifə  ilə    yaxınlaşmaqdan saqındıraraq, ona verilmiş 
bütün  nemət  və  xoşbəxtlikləri  sadalayır  və  üstüörtülü  də  olsa,  xatırladır  ki,  əgər 
Mahmud    xəlifə  ilə  sazişə  girərsə,  bütün  bunları  həmin  anda  itirə  bilər.  Eyni  
zamanda Səncər Mahmuda anladır ki, İraq sultanlığının daxili işləri yalnız Mahmudun 
ixtiyarındadır. Sultan Səncərin sözünə görə, xəlifə   hələ Böyük Səlcuq sultanı Toğrulun 
(1040-1063) dövründə statusları  müəyyənləşdirilmiş öz sələflərinin siyasətini davam 
etdirməlidir. 
Mahmudun  xəlifə  ilə barışığından narazı  qalan  Səncər hicri  521-ci   ilin  zilhiccə 
ayında  (dekabr,  1127)  qoşunla  Reyə  gəldi  və  Mahmudu   oraya çağırdı. O, Mahmuda 
xəlifə  ilə  özünü  necə  aparması  haqqında  göstəriş  verib,  əyalət  canişinləri  arasında 
yerdəyişmə  aparılmasmı  tələb  etdi.  Ancaq  mənbələrin  məlu matlarından  görünür  ki, 
Mahmud  Səncərin göstərişlərini yerinə yetirməkdən boyun qaçırmışdı. Buna  görə də 
Səncər  İraq  sultanlığının  taxtı  uğrunda  Mahmuda  qarşı  qardaşlarının  apardığı  ara 
çəkişmələrinə  mane  olmaqdan  əl  çəkdi.  Bundan  xəbər  tutan  Mahmud  Səncərin 
iradəsinin ziddinə olaraq, əmirlərin və yaxın adamlarının  müdafiəsinə arxalanıb, oğlu 
Davudu  vəliəhd  elan  etdi.  O,  xəlifədən  tələb  etdi  ki,  Davudun  adı  xütbələrdə 
                                                                 
1
  İbn əl-Əsir, VIII, səh.321; İbn əl-Cövzi, IX, səh.253-254; İbn Xaldun, V, səh.109. 
2
  Məktubun  məzmunu  İbn  əl-Cövzinin  əsərində  (IX,səh.254-255)  verilmişdir.  Həmçinin 
bax: əl-Hüseyni, vər.55a. 
 


19 
 
çəkilsin, ancaq xəlifə bu tələbi yerinə yetirməkdən boyun qaçırtdı  və bildirdi ki, belə 
əmrləri Səlcuqlar nəslinin böyüyü, həm də Böyük Sultan olduğu üçün yalnız və yalnız 
Səncər verə bilər
1

Hicri  524-cü  ilin  zül-hiccə  ayında  (noyabr,  1130)  Məsud qardaşı  Mahmuda 
qarşı yenidən qiyam qaldırdı. Ancaq qardaşlar Kirmanşahda görüşüb, dinc barışıqla 
ayrıldılar.  Məsud  Gəncəni  nahiyyələri  ilə  birlikdə  iqta  götürüb,  150  min  dinarlıq 
hədiyyə aldı və qoşunları ilə Gəncəyə qayıtdı
2
. Hələ hicri 521-ci ildən Arranı öz idarəsi 
altına keçirən Qara Sunqur bu vaxt şahzadələrdən Məsudla Toğrulun atabəyi idi
3

Məsud tərəfdən öz təhlükəsizliyini təmin edən Sultan Mahmud  Sultan Səncərə 
qarşı münasibətində özünü daha müstəqil aparmağa başladı. O, Sultan Səncərin elçilərini 
Həmədanda düşməncəsinə qarşılayıb, onlara demişdi: "Mən sultanam, bəs Səncər kimdir?" 
Bundan sonra Mahmud vəziri Əbülqasım əl-Ənəsabadinin məsləhəti ilə bir  sıra əmir və 
canişinləri  işdən götürdüb edam etdirdi və oğlu Davudun adına Azərbaycanda və Cibəldə 
xütbə oxunması üçün əmr verdi
4

Daha sonra Sultan Mahmud xəlifə əl-Müstərşidi hakimiyyətdən salmaq qərarına 
gəldi. Sultan Bağdada hücuma hazırlaşmaq haqqında əmr verdi, ancaq hicri 525-ci il şəvvəl 
ayının 11 -də (6 sentyabr 1131) o öldü
5
. Vəzir əl-Ənəsabadi və şahzadə Davudun atabəyi 
Marağa  hakimi  Ağ  Sunqur  əl-Əhmədili  həmin  an  Davudu  İraq  sultanlığının  taxtına 
çıxartdılar.  Ancaq  Mahmudun  hər  üç  qardaşı  -  Məsud,  Toğrul  və  Səlcuq  şah  bununla 
razılaşmadılar
6

Sultanlıq taxtına birinci olaraq öz iddias ını Məsud irəli sürdü. Hicri 525-ci ilin 
zülqədə  ayında  (oktyabr,  1131)  o,  Gəncədən  hücum  edib,  tezliklə  Təbrizi  tutdu. 
Davudun qoşunu şəhəri mühasirəyə aldı. Buna baxmayaraq, hicri 526-cı il məhərrəm 
ayının sonunda (22 dekabr 1131) Məsudla Davud arasında barışıq bağlandı. Bu barışığın 
şərtləri  haqqında  mənbələr  heç bir  məlumat  vermir
7
.  Bundan sonra  Davud  öz  adının 
xütbələrdə oxunmasını xəlifədən tələb etdi, ancaq rədd cavabını alıb, taxt-tac uğrunda 
mübarizəni müvəqqəti olaraq dayandırdı
8

Məsud isə Mosul hakimi  atabəy İmadəddin Zəngiyə yardım üçün  müraciət etdi və 
onun vədinə arxalanıb, taxt-tacın daha real iddiaçısına çevrildi.  O, əlavə olaraq, Şəhrəzur 
hakimi  əmir  Qıpçaq  ibn  Arslan-Daşdan da hərbi  kömək  alıb,  xəlifə  əl-Müstərşidin  ona 
yardım göstərəcəyini də yəqin edib 10 min atlı ilə Bağdada yürüşə başladı
9

 
 
                                                                 
1
 İbn əl-Cövzi, X, səh.20; Sibt ibn əl-Cövzi, XII, səh.169. 
2
 İbn əl-Əsir, VIII, səh.332; İbn əl-Cövzi, X, səh.21. 
3
 Əl-Hüseyni, vər.55a-b. 
4
 İbn əl-Əsir, VIII, səh.333; Sibt ibn əl-Cövzi. XII, səh.169. 
5
 İbn əl-Cövzi, X, səh.24; Ravəndi, səh.196; Sibt bin əl-Cövzi, XII, səh.170. 
6
 İbn əl-Əsir, VIII, səh.333; İbn əl-Cövzi, X, səh.29; əl-Hüseyni, vər.56a. 
7
 İbn əl-Əsir, VIII, səh.335; İbn əl-Cövzi, X, səh.24; əl-Bundari, səh.160. 
8
 İbn əl-Əsir, VIII, səh.335; İbn əl-Kalanisi (əl-Fariqi), səh.256. 
9
 İbn əl-Əsir. "Atabəylər", səh.43. 
 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə