Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə10/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   6   7   8   9   10   11   12   13   ...   103

22 
 
birgə hücumu haqqında saziş imzalandı.  Xəlifə öz qoşununu da onlarla yola saldı. 
Məsud  tezliklə  Azərbaycana  yiyələndi,  onun şəhərlərindən  II  Toğrulun  alay la rını 
qovdu. Bundan sonra, Məsud hicri 527-ci ilin şabanında (iyun, 1133) öz qoşununu 
Həmədan üzərinə göndərdi. II Toğrul  məğlubiyyətə uğradı və  Reyə qaçdı. Məsud 
Toğrulu  izləyə-izləyə  İsfahan,  Rey  və  bütün  Farsı  ələ  keçirtdi.  Toğru lun  əmirləri 
bundan sonra Məsudun tərəfinə keçdilər
1

Buna  baxmayaraq,  Məsud  Toğrulun  üzərində  çald ığı  qələbədən  sonra, 
təcili  Azərbaycana  qayıtmalı  o ldu.  Orada,  Ruin -Dej  qalasına  sığınan  şahzadə 
Davud  ona  qarşı  qiyam  qald ırmışdı.  Bundan  istifadə  edən  II  Toğrul  Həmədanı 
və  başqa şəhərləri  yenidən  geri  ala  bildi.  Toğrul  Qəzv inə  çatanda,  Məsud ona 
qarşı  hücuma  keçdi.  Ramazan  ayında  (iyul,  1133)  Qəzvin  yanındakı  döyüşdə 
Məsud  məğlub  oldu  və  Bağdada  qaçdı.  Xəlifə  əl-Müstərşid  yenidən  ona 
sığınacaq verdi
2

Xəlifə Toğrula qarşı mübarizə üçün Məsudu yeni ordu ilə təchiz edərkən, 
Bağdada  xəbər  gəldi  ki,  hicri  528-ci  ilin  məhərrəm  ayında  (noyabr,  1133) 
Toğrul  Həmədanda  öldü
3
.  Məsud  həmin  an  Bağdada  yollandı,  orada  ordu  ona 
and içdi. O, sultan elan edild i, traqın və Qərbi İran ın yeganə hakimi o ldu. 
Xəlifə əl-Müstərşid üçün çətin günlər başlandı. Səlcuq şahzadələri başçılar 
başçısı olmaq uğrunda öz aralarında  mübarizə apardığ ı zaman,  xəlifə əl -Müstərşid 
onların şöhrətpərəstliyin i qızışdırıb taxt -tacın bir iddiaçısını başqa birisinin üzərinə 
qaldırırdı.  Xəlifənin  yeganə  məqsədi  bu  idi  ki,  Səlcuqilər  bir-b irilə  mübarizədə 
zəifləsinlər, o  isə yenidən müsəlman dünyasının yalnız din i başçısı deyil, həm də 
dünyəvi başçısı mövqeyini tutsun! 
Xəlifəyə  şöhrətpərəstlik  fikrin i  həyata  keçirmək  nəsib  olmad ı.  Əgər  II 
Toğrulun  ölümünədək  Xəlifə  ilə  Məsud  bir-birinə  qarşı  gizli  mübarizə 
aparırdılarsa, Məsud sultan olan kimi, onlann arasındakı gizli  mübarizə böyüyüb, 
açıq silahlı toqquşmaya çevrildi. 
Xəlifə  əl-Müstərşid  hələ  Məsud hakimiyyətə  gəlməmişdən  qabaq,  bir  sıra 
türk qoşun başçılarını ö z tərəfinə çəkməyə səy göstərmişdi.  Yürün Quş əl-Bazdar, 
Qızıl,  Əbdürrəh man  Toğan  Yürək,  Həmədan  valisi  Xu mar-Təkin  və  başqaları 
onun tərəfinə keçmişdilər. Xəlifə onların hamısına öz yanında xid mət vermiş, fəxri 
geyimlərlə  q iy mətləndirmişdi.  Məsud  da  Xəlifənin  tərəfınə  keçmiş  əmirlərə  yeni 
iqta mülklə ri vəd edərək, onla rın başına ağıl qoymağa ça lış mış, ancaq bundan bir 
şey  hasil  olmamışdı.  Xəlifən in  xid mətçiləri  Məsudun  əmirlərə  məktubunu  ələ 
                                                                 
1
 İbn əl-Əsir, VIII, səh.339-340; əl-Bundari, səh.164-165, 168-171; İbn əl Cövzi, X, səh.29; İbn əl-
Kalanisi, səh.238; Sibn ibn əl-Cövzi, XII, səh.172. 
2
 İbn əl-Əsir, VIII, səh.342-343; İbn əl-Cövzi, X, səh.35-36. 
3
  Ravəndi,  səh.217;  əl-Bundari,  səh.172; əl-Hüseyni, vər.59a; əl-Marizi,  əs-Suluk,  1/1,  səh.36; İbn 
Xaldun, V, səh.127. 
 


23 
 
keçirtdilər.  Məsudun  niyyətini  bilən  Xəlifə  onun  adının  xütbədə  çəkilməsini 
qadağan etdi
1

Hic ri  529-cu  il  şaban  ayının  8-də  (24.05.1135)  xə lifə  əl-Müstərşid  adları 
çəkilən  əmirlərlə  b irlikdə  Sultan  Məsuda  qarşı  müharibəyə  başladı
2
.  Xəlifə  ilə 
tərəfdarların ın  8000  atlısı,  Məsudun  isə  cəmi  3000  atlısı  olmasına  baxmayaraq, 
sultanın  üzərinə  yenidən  hücuma  keçdi.  Hicri  529-cu  il  ramazan  ayının  10-da 
(24.06.1135)  Bisitun  dağları  ətrafında  xəlifən in  qoşunları  Məsud  tərəfindən  bir 
daha darmadağ m edildi.  Xəlifənin adamları ona qaçıb qurtarmağ ı təklif edəndə, o 
dedi: "Mənim  kimisi qaçmır! Kim  mənim yerimdə olsa, qaçmaz!" O, əsir düşənədək 
müqavimət göstərdi
3
. Məsudun əlinə çoxlu qənimət: 400 min d inar yüklənmiş 70 qatır 
keçdi. 
Əsir  düşmüş  Xəlifəni  Bağdada  aparacağına  söz  verən  Məsud  qələbədən 
sonra Həmədana yola düşdü. Yol boyu Xəlifə Məsudla  bir yerdə oldu, onun özünə 
xüsusi  çadır  aynlmış,  gözətçilər  təyin  edilmişdi.  Xəlifə  ilə  Sultan  Məsud  arasında 
Həmədanda  aparılan  danışıq lar  nəticəsində  belə  qərara  alındı  ki,  Xəlifə  təzminat 
ödəyəcək,  bundan  sonra  heç  zaman  ordu  toplamayacaq  və  Bağdaddakı  qəsrini  tərk 
etməyəcəkdir.  Beləliklə,  xəlifə  dünyəvi  hakimin  bütün  səlahiyyətlərindən  məhrum 
oldu  və  müsəlmanların  yalnız  dini  baş çısı  kimi  qald ı.  Bundan  başqa,  Sultan  Məsud 
Bağdadda  gözlənilə  biləcək  toqquşmanın  qarşısını  almağı  qət  edib,  əmir  Bəy-Apa 
Mahmudini  şəhərin  şihnəs i  təyin  etdi.  O  da  Bağdada  gələn  kimi,  Xəlifənin  bütün 
əmlakını  müsadirə  etdi.  Şəhərdə  çaxnaşma  başladı,  ancaq  Bəy-Apa  həyəcanı  tezliklə 
yatırtdı.Narazı  olanlardan  çoxunu  qırdı  və  şəhər  divarlarını  uçurtdu.  Bununla  o, 
Bağdadın bundan sonra İraq sultanlığının adi bir şəhəri olduğunu nümayiş etdirirdi
4

Hicri  529-cu  ilin  şəvvalində  (15.07-12.08.1135)  Sultan  Məsud  Xəlifə  ilə 
birlikdə Marağaya yollandı
5
 və ordan Böyük Sultan Səncərə  xahişlə  müraciət  etdi  ki, o, 
Xəlifənin  gələcək  taleyini  həll  etsin
6
.  Səncər  öz  elç isini  məktubla  Məsudun  yanına 
göndərdi.  Məktubda  deyilird i  ki,  verilən  iztirablardan  ötrü  Əmir  əl-mö mindən  üzr 
istəməli,  sonra  ona  ən  böyük  ehtiram  göstərilib  Bağdada  qaytarılmalıdır
7
.  Sultan 
Məsud  xəlifə  əl-Müstərşiddən  üzr  diləyib,  onun  Bağdada  yollanması  üçün  hazırlıq 
görməyə  başladı.  Ancaq  hicri  529-cu  il  zülqədə  ayının  7-də  (29.08.1135)  Səncərin 
ikinci elçisi Əmir  Qır Xan gizli tapşırıqla Məsudun yanına gəldi
8
. Məsud, özünün bütün 
qoşun başçıları və ordusu ilə Qır Xanı qarşılamağa çıxdılar. Düşərgədə yalnız Xəlifə və 
                                                                 
1
  İbn  əl-Cövzi,  X,  səh.41-44;  Sibt  əl-Cövzi,  XII,  səh.77;  əl-Bundari  (səh.125-126)  bu  əmirlərdən 
başqa, Sunqur, Çavlı və İbn Şirgirin də adını çəkir. 
2
 İbn əl-Əsir, VIII, səh.347; yenə də onun: "Atabəylər", səh.49. 
3
  Ətraflı  məlumat  üçün  bax:  İbn  əl-Əsir,  VIII,  səh.348;  əl-Bundari,  səh.177;  İbn  əl-Kalanisi, 
səh.250; İbn əl-Cövzi, X, səh.45; Ravəndi, səh.218; əs-Suyuti, səh.432. 
4
 İbn əl-Əsir, VIII, səh.348; İbn əl-Cövzi, X, səh.46. 
5
 İbn əl-Əsir, VIII, səh.348; İbn əl-Cövzi, X, səh.49. 
6
 İbn əl-Kalanisi, səh.249. 
7
 İbn əl-Cövzi, X, səh.47-48. 
8
 İbn əl-Əsir, VIII, səh.348; əl-Bundari, səh.177; əl-Hüseyni, vər.60a.
 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə