Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə11/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   7   8   9   10   11   12   13   14   ...   103

24 
 
onun  bir  neçə  mühafizəçisi  qaldı.  İsmaililər  bundan  istifadə  etdilər.  Onlardan  17 
nəfər Xəlifənin çadırına basqın edib, gözətçiləri qırdı, sonra da xəlifə əl-Müstərşidə 
20  bıçaq  yarası  vurub  öldürdülər.  Onlar  meyitin  qulaq larını  və  burnunu  kəsib, 
çadınn dirəklərini doğrayıb qaçdılar.  Göründüyü kimi,  ismaililər tədbirli tərpənmiş 
və lazımi vaxtı planlaşdırmışlar. 
Xəlifə  əl-Müstərşidin  öldürülməsi  xəbəri  qoşuna  çatdı,  qatillərdən  yalnız 
yeddisini tutmaq mü mkün olmuş, qalanları qaça bilmişdi.  Xəlifən i Marağada  - Ağ 
Sunqur əl-Əh mədilin in məqbərəsində basdırdılar
1

İsmaili  qatillər  Məsudun  düşərgəsinə  Səncərin  elçisi  Qır  Xanla  birlikdə 
gəldiklərindən,  bu,  o  dövrün  müasirlərində  (xüsusilə  İmadəddin  əl-İsfahanidə) 
şübhə  oyatmışdır  ki,  xəlifə  əl-Müstərşidin  ölümünün
2
  əsil  müqəssiri  Səncər 
özüdür. 
Hic ri  529-cu  il  zülqədə  ayının  27-də  (07.09.1135)  Bağdadda  xəlifə  əl-
Rəşidin  seçilmə  mərasimi  keçirild i.  Sultan  Məsud  Bağdadın  şihnəsi  əmir  Bəy-
Apaya  yeni  xəlifəyə  and  içməyi  təlqin  edən  məktub  göndərmişdi.  Əl -Müstərşidin 
oğlu ər-Rəşidin  xəlifə seçilməsinə Sultan Məsud razı olmuşdu, ancaq başa düşürdü 
ki,  ər-Rəşid  xəlifəliyə  keçən  kimi  öz  atasınım  siyasətini  yeridəcək  və  Səlcuq  
sultanlarının  əleyhinə  fəaliyyət  göstərəcəkdir.  Sultan  Məsud  xəlifə  divanının  
görkəmli  əyanlarından  olan  Sədidəddin  ibn  əl-Ənbəri
3
  ilə   söhbətində  demişdir: 
"Ər-Rəşidin  atası  əl-Müstərşid  xəlifə  seçilən  gündən  həmişə  ordu  ilə  bizə  qarşı 
çıxmışdı.  O,  iki  dəfə  qardaşım  Mahmuda  qarşı,  bir  dəfə  mənim  əleyhimə  baş 
qaldırmış  və  bizim  sülaləni  məhv  etməyə  çalışmışdı.  O  ö lmüşdür,  ancaq  onun 
ölümü bizim üstümüzdə böyük bir ləkə kimi qalmaqdadır və bizi yüz  illərlə bunda 
təqsirləndirib,  deyəcəklər  ki,  xəlifəni  səlcuqilər  öldürdülər.  Əslində  isə,  xəlifətin  
Abbasilərə qaytarılması Səlcuqilərin  xid mətid ir! Mən istəyirəm  ki, ruhani  işlərdən  
başqa, heç bir işlə məşğul olmayan bir adam xəlifə olsun. Mən istəyirəm ki, o adamın 
ord işi olmasın, qoşun toplamasın, mənə və bizim sülaləyə qarşı çıx s m. Mən Harun ibn 
əl-Müqtədini xəlifə görmək istərdim və əı Səncər də mənə göstəriş vermişdir ki, onu 
xəlifə edəm"
4

                                                                 
1
  Nişapuri  (səh.56)  əl-Müstərşidin  hicri  527-ci  ildə  öldürüldüyünü  göstərir.  Əl-Hüseyni  (v.60a) 
yazır  ki, xəlifənin öldürülməsi hicri 529-cu  ildə  zilhiccə  ayının  4-də  (15.09.1135) olmuşdur.  Bu 
hadisələrə aid geniş məlumat üçün bax: İbn əl-Əsir, VIII,səh. 348-349; İbn əl-Cövzi, X, səh.47-48; 
İbn əl-Kalanisi, səh.249-250; Ravəndi,səh.218; Sibt ibn əl-Cövzi, 2/1, səh.156-158; İbn Xaldun, V, 
səh.128-130. 
Əl-Bundari, səh. 178; Ravəndi (səh.218) xəlifə əl-Müstərşidin öldürülməsində Səlcuq sultanlarının 
təqsirini inkar edir və göstərir ki, bu işdə yalnız ismaililər günahkardır. 
3
Sədidəddin  ibn  əl-Ənbəri  (1163-cü  il  iyunun  14-də  ölmüşdür)  hicri  503-cü 
ildən uzun müddət xəlifələrin yazışmasına başçılıq etmişdir. Onun haqqında bax: İbn əl-Cövzi, X, 
səh.206. 
4
 
İbn əl-Kalanisi, səh.251; Sibt ibn əl-Cövzi, XII, səh.182.
 


25 
 
Ancaq bundan asılı  olmayaraq,  ər-Rəşid  hələ əl-Müstərşidin sağlığında  vəliəhd 
elan edilmişdi. Buna görə də Məsud onun namizədliyi ilə razılaşmağa məcbur olmuş və 
yeni xəlifəyə beyət etmək üçün Bağdaddakı şihnəsinə əmr göndərmişdi
1

Ər-Rəşid  taxta  çıxar-çıxmaz,  atasının  Səlcuq  ağalığından narazı  xid mətçilərini 
öz  ətrafına  topladı  və  İraq  torpaqlarını  onlara  iqta  kimi  paylamaqla  İraqın  daxili 
məsələlərinin həllində özünün müstəqil olduğunu açıq şəkildə büruzə verdi. Hicri 530-
cu il məhərrəm ayının 18-də (29.10.1135) sultanın qoşunu əmir Yürün Quşun başçılığı 
altında  Bağdada  gəldi.  O,  əl-Müstərşidin  ölümündən  qabaq  verdiyi sənədi  əsasında 
yeni xəlifədən 400 min dinar tələb etdi. Müstərşid əsir düşdüyündən bu sənəd özündən 
ötrü ödənc  kimi  mişdi.  Xəlifə  ər-Rəşid  şura  çağırdı.  Ona  hücuma  hazırlıq  görməyi 
məsləhət bildilər. Xəlifə,  Yürün Quşun tələbini rədd etdi
2
. Y Quş tələb olunan məbləği 
zorla almağa cəhd göstərəndə, Xəlifə belə cavab verdi: "Biz sənin gəlişinin məqsədini 
bilirdik.  Biz  şəhəri  şihnə  və  amidin  ixtiyarına  buraxmışıq  və onlarla  mübahisə  etmək 
istəmirik.  Sən  isə  buraya  belə  mübahisəli  işdən  ötrü  gəlmisən  və  bizim  aramızda 
yalnız  münaqişə  ola bilər".  Xəlifə hələ bundan qabaq sultan  Məsuda qarşı birgə hərbi 
hücum  haqqında  şahzadə  Davudla  sövdələşmişdi.  Həmin  il  səfər  ayının  14-də 
(noyabrın  24-də)  xəlifə  sultan Məsudun  adını  xütbələrdən çıxartdırıb,  Davudun adına 
xütbə  oxunmasını ə mr etdi
3

Bu  müharibə  elan  etmək  idi  və  Bağdadı  təcili  möhkəmlətməyə  başladılar. 
Tezliklə şəhərin ətrafında döyüşlər başlandı
4
.  Xəlifə sultan ordusunu Bağdaddan çıxmağa 
məcbur  etdi  və  göstəriş  verdi  ki,  şəhər  divarlarını  bərpa  etsinlər.  Sonra  Xəlifə 
Səlcuqilərin bütün  məlik və görkəmli əmirlərinə məktub göndərib kömək dilədi. İbn 
əl-Əsirə  görə
5
,  Sultan  Məsuda  qarşı  ittifaqın  təşkilatçısı  xəlifə  ə r-Rəşid  deyil, 
sultandan  narazı  olan  bir  sıra  əmirlər  -  əyalət  hakimləri  id ilər.  Bütün  müttəfıqlər 
Bağdada  toplaşmağı  qərara  aldılar.  Mosul  hakimi  atabəy  Zəngi  də  buraya  gəldi
6

Şahzadə  Davud  Azərbaycan  qoşunları  ilə,  Qəzv in  hakimi  Yürün  Quş  əl-Bazdar, 
Fars  hakimi  Bo z  Apa,  İsfahan  hakimi  Alp  Quş  əl-Kəbir,  ə mirlə rdən  İbn  Borsuk    
və Şirin ibn əl-Əh mədili də onlara qoşuldular. Nəticədə,  Bağdada 30  min lik qoşun 
toplandı.  Ancaq  şahzadə  Davud,  adına  xütbə  o xunmad ığını,  daha  doğrusu, 
Bağdadda  oxunan  xütbələrdə  adının  çəkilməd iyin i  gö rüb,  hayıf  almaq  üçün  öz 
adamlarına Bağdadın yenidən qaldırılmış divarların ı uçurtmaq əmrini verdi. Xəlifə 
isə özünün belə bir müttəfiq ini  itirmək  istəmədiy indən, Davudun adına sultan kimi 
xütbə  o xun masına  göstəriş  verdi.  Davudun  özünü  paytaxtda  belə   aparması 
Xəlifən in  Mosul  atabəyi  Zənginin  tam  təsiri  altına  düşməsinə  gətirib  çıxartdı  və 
                                                                 
1
 İbn əl-Cövzi, X, səh.50; İbn əl-İbri, səh.356-357. 
2
 İbn əl-Cövzi, X, səh.54. 
3
 İbn əl-Əsir, VIII, səh.352; İbn əl-Cövzi, X, səh.54 (burada söhbət 700 min dinar  haqqında gedir). 
4
 İbn əl-Cövzi, X, səh.54-55. 
5
 İbn əl-Əsir, VIII, səh.352. 
6
 İbn əl-Əsir. "Atabəylər", səh.52; Sibt ibn əl-Cövzi, XII, səh.182. 
 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə