Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə13/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   9   10   11   12   13   14   15   16   ...   103

28 
 
Doğrudan  da,  böyük  ordusu olan  atabəy  Qara  Sunqur  sultan  üçün  təhlükə 
törədirdi. 
Atabəy  Qara  Sunqur  öz  müstəqil  mövqeyindən  istifadə  edərək,  20  minlik 
qoşunun  başında  Həmədana  doğru  hərəkət  etdi.  Hicri  533  (iyun,  1139)-cü  ilin  
əvvəlində  atabəy  Həmədana  yaxın laşdı  və  sultana  vəziri  əl-Həzin ini  edam 
etdirmək üçün belə bir qəti tələbnamə göndərdi: " Ya vəzirin başını bizə göndər, ya 
da biz başqa sultana xid mət edəcəyik". Bu tələbnamən in mətni dövlətin bütün gör-
kəmli əmirlərinə göndərild i
1

Heç  bir  vaxt  belə  bir  əks-hücuma  məru z  qalmayan  Sultan  Məsud  özünü 
itirdi  və  Qara  Sunqurla  mübarizə  aparmaq  üçün  kifayət  dərəcədə  hərbi  qüvvəsi 
olmadığından,  bu  qəti  tələbi  qəbul  etməyə  məcbur  oldu.  Vəzir  edam  edild i,  onun 
başı Qara Sunqura göndərild i
2

Qara Sunqurun şəxsi vəziri  İzz əl-Mülk Tahir sultanın vəziri oldu. O, uzun 
müddət  sultanın  müstəqilliy ini  əlindən  aldı.  Bundan  istifadə  edən  əmirlər  dövlət 
torpaqlarının  böyük  hissəsinə  özbaşına  yiyələndilər.  Onların  qarşısını  almağa 
sultanın gücü çatmırdı
3

Azərbaycan  hakimi  atabəy  Qara  Sunqur sultandan narazı  ə mirlərin  başçısı 
oldu.  Sultana  mü xalif  qüvvələrin  mərkəzi  Azərbaycanda  yerləşdi  və  Məsud  da 
qüdrətli  atabəyin  hücumunun  qorxusundan  fəaliyyət  sərbəstliyini  itirdi
4
.  Qa ra 
Sunqurun təkidi ilə Sultan Məsud şahzadə Davudu özünə vəliəhd təyin etdi. Ancaq 
bir az  keçmiş ismaililər Davudu öldürdülər və bununla da sultanın daha bir rəq ibi 
aradan qaldırıld ı
5

553  (08.09.1138-27.08.1139)-cü  ildə  atabəy  Qara  Sunqur  sultan  Məsudun 
nüfuzunun tamamilə  aşağı  düşdüyündən  istifadə  edərək,  böyük  bir  ordu  ilə  Farsa 
doğru  yürüşə  başladı.  O,  bu  əyaləti  tutub  şahzadə  Səlcuq  şahın  hakimiyyətinə 
tapşırdı.  Buna  baxmayaraq,  Qara  Sunqur  Azərbaycana  qayıtdıqdan  sonra,  Farsın 
keçmiş hakimi  Bo z Apa öz yerinə döndü, Səlcuq şahın qüvvələrini dağıtdı, özünü 
əsir  alıb  İsfid-Dəc  qalasına  saldı.  Sultanlıq  taxtı  uğrunda  çarpışan  bu şah zadənin 
taleyi qaranlıq qald ı. Ço x gü man ki, o, həmin qalanın məhbəsində  öldürülmüşdür
6

Atabəy  Qara  Sunqur  Səlcuq  şahın  kö məyinə  gəlmək  istəyirdi  ki, 
Azərbaycanda,  xüsusən  Gəncədə  güclü  zəlzələ  olduğunu  eşidib,  öz  paytaxtına  - 
Gəncəyə  qayıtdı.  Onun  bütün  ailəsi  Gəncədə  zəlzələdən  həlak  olmuşdu.  Qara 
Sunqurun  özü  də  şəhəri  bərpa  edərkən  xəstələndi  və  ağ  ciyər  iltihabından  535 
                                                                 
1
 Əl-Hüseyni, vər.62a. 
2
 İbn əl-Əsir, VIII, səh. 363; İbn əl-Cövzi, X, səh.79; Əl-Bundari, səh. 187; Ravəndi, səh.222. 
3
 İbn əl-Əsir, VIII, səh.363. 
4
 Yenə  orada, səh.369. 
5
İbn Teğriberdi, V, səh.271; Həmdullah Qəzvini, Tarix-i qozidə,səh. 364. 
6
 İbn əl-Əsir, VIII, səh.365; əl-Bundari, səh.188-189; Ravəndi, səh.222. 


29 
 
(17.08.1140-05.08.1141)-ci  ildə  öldü.  O,  ölü mündən  qabaq  əmir  Çavlı  ət-
Toğrulunu öz yerinə A zərbaycan və Arranın hakimi təyin etmişdi
1

Sultan  Məsud  atabəy  Qara  Sunqurun  ölümündən  istifadə  edərək,  əmir 
Çavlını  ö zünə  yaxın laşdırmaq,  bununla  da  çoxlu  hərbi  qüvvələrin  toplaşdığı 
Azərbaycanın  əmirləri  tərəfındən  gələcəkdə  törənə  biləcək  təhlükədən  özünü 
qorumaq  qərarına  gəldi.  Sultan  Çavlıya  fəxri  geyimlər  hədiyyə  verdi,  ona 
Azərbaycanın və Arranın canişin i hüququnu təsdiqləyən barat göndərdi.  Bir  ildən 
sonra Çavlı sultanın qərargahına gəldi, orada Rey hakimi əmir Abbasla görüşərək, 
birgə fəaliyyət haqqında onunla gizli saziş bağladı.  
Bu  zaman  Qara  Sunqurun  Gəncədəki  əmiri  Qutluq  sultana  qarşı  qiyam 
qaldırdı.  "O,  erməni  ili  591  (14.02.1142-13.02.1143)-ci  ildə  Gəncədən  böyük  bir 
ordu  ilə  baş  qaldırıb,  Xudagəray  dağlıq  əyalətinə  getdi,  Katolikos  Sığ ıncağı 
adlanan qalaya, sonra da Karapetin Sığ ıncağı adlanan başqa bir qalaya ya xın laşdı. 
O,  hər  iki  qalanı  uzun  müddət  mühasirədə  saxlayıb,  böyük  çətinliklə  onları  ələ 
keçirib  dağıtdı,  uçurtdu  və  yandırdı.  O,  qiyamını  dayandırmayaraq,  b ir  neçə  gün 
ağalıq  etdi.  Sonra  İrandan  Çavlı  adlı  sipəhsalar  gəldi.  O,  Qutluğun  qiyam  etdiy i 
Gəncə  qapılarına  qədər  ordulara  başçılıq  edird i.  Çavlı  şəhəri  bir  ay  mühasirədə 
saxlayandan  sonra  ələ  keçirtdi,  kilsələri  uçurtdu,  monastırları  tamamilə  yandırtdı, 
əyanları q ırdı, ço xlu döyüşçünü əsir ald ı"
2

O  biri  il,  ə mir  Çavlı  Arrana  hücum  etdi,  Tovuz  qalasını  və  bir  sıra  başqa 
qalaları tutub, Azərbaycana qayıtdı
3

1146-c ı  ilin  başlanğıcında  Fars  və  Xuzistan  hakimi  Boz  Apa,  Su ltan 
Məsuda  qarşı  baş  qaldırdı.  O,  Su ltanın  qardaşı  oğlanları  şahzadə  Məhəmməd  və 
şahzadə Məlik şahla birlikdə ordu ilə Şirazdan yola çıxdı. Su ltanın qardaşı şahzadə 
Süley man şahı yanında saxlayan Rey hakimi Abbas da öz ordusu ilə ona qoşuldu. 
Bütün  bunlardan  narahat  olan  sultan  "özünün  ən  sadiq  xadimi  atabəy  İl -
Dənizi  (Eldəniz)  "Azərbaycandan  təcili  kö məyə  çağırdı.  [Eldəniz]  sultanın 
uşaqları  ilə birlikdə böyük ordu ilə onun yanına  -Kirmanşaha gəldi. Sultan onunla 
birlikdə Bağdada yollandı və bütün qışı orada qışladı"
4

Boz Apa və Abbas sultanlığının  mərkəzi Həmədanı tutdular, orada bir neçə 
əmir  ö z  ordusu  ilə  onlara  qoşuldu.  Müttəfıqlər  buradan  əmir  Çav lıya  məktub 
yazıb,  ona  söz  verdilər  ki,  əgər  Məsud üzərində  qələbə  çalınsa,  dövlətin  əmirləri 
arasında  birincilik  ona  çatacaqdır.  Çav lı  əvvəlcə  razılıq la  cavab  verdi,  sonra  isə 
fikrindən  daşınıb  Məsudun  tərəfini  saxladı  və  bu  haqda  da  Bağdada  -  Sultana 
məlu mat çatdırd ı.  Hər yerdən əli üzü lmüş Sultan  Çavlının təklifini razılıqla  qəbul 
edib, Marağaya gəldi və Çavlının ordusunun böyüklüyünü görüb sevindi.  Görünür 
ki, Su ltan öz hakimiyyətini  möhkəmləndirmək üçün  müəyyən ümidini Çav lıya və 
                                                                 
1
 İbn əl-Əsir, VIII, səh.369; əl-Bundari, səh.190; Ravəndi, səh.223. 
2
 Мхитар Гош стр. 13; Самуил Анеци, стр.132. 
3
 Мхитар Гош стр. 13-14. 
4
 Ravəndi, səh.224; əl-Bundarinin əsərində İldəniz yerinə Çavlı gedir (səh.199). 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə