Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə9/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   5   6   7   8   9   10   11   12   ...   103

20 
 
Ancaq  hamisi  atabəy  Qaraca  əs-Saki  olan  və  sultan  taxtının  üçüncü  iddiaçısı 
şahzadə Səlcuq şah Məsudu qabaqladı. Səlcuq şah böyük bir ordu ilə Bağdada hücuma 
keçdi  və  Xəlifə  onu  xeyirxahlıqla  qarşıladı.  Çünki  xəlifə  başqa  iddiaçılardan  özünün 
müdafiəçisini  Səlcuq şahda görürdü
1
.  Xəlifə  Səlcuq şahın adını  xütbələrə saldırması 
da, hər halda Məsuda qarşı müttəfiqin i tap mışdı.  
Məsud ordu  ilə  Bağdada yaxınlaşanda,  atabəy  İmadəddin  Zəngi öz qoşunu ilə 
Mosuldan onun köməyinə gəldi
2
. Ancaq onun qoşunu Səlcuq şahın atabəyi Qaraca əs-
Sakinin  ordusu  tərəfindən  Bağdadın  girəcəyində  məğlubiyyətə  uğradıldı
3
.  Köməksiz 
qalan  Məsud  hicri  I  526-cı  il  cumad  əl-əvvəl  ayında  (20  mart  1132)  Səlcuq  şahla 
danışığa  girərək,  Böyük  Sultan  Səncərin  təhlükəsini  dəf  etmək  üçün  onunla  ittifaq 
bağladı. Eyni zamanda qərara alındı ki, Məsud sultan olmalı, Səlcuq şah isə vəliəhd elan 
edilməlidir
4
. Hicri 526-cı il rəbi əs-sani ayında (fevral, 1132) xəlifə yeni Sultan Məsudun 
adına  xütbə  oxunması  üçün  əmr  verdi.  Bundan  sonra  Sultan  Məsud  öz  atabəyi  Ağ 
Sunqur  əl-Əh mədilinin  və  çoxlu  türk  əmirinin  müşayiəti  ilə  A zərbaycana  yola 
düşdü. 
1132-ci  ilin  fevral  ayında  Böyük  Sultan  Səncər  İraq  sultanlığında  baş  verən 
hadisələrə  qarışmaq  qərarına gəldi.  O,  böyük  bir  ordu  ilə  Reyə  gəldi.  Beş  ay  idi  ki, 
orada onu mərhum Sultan Mahmudun vəziri əl-Ənəsabadi "İraq qoşunları ilə" gözləyirdi. 
Mahmudun  ölümündən  sonra  Səncərin  vəliəhd  təyin  etdiyi  şahzadə  Toğrul  da  buraya 
gəldi
5

Səncərin  İraq  sultanlığının  mərkəzi  Həmədana  yürüşü  xəbəri  Bağdada 
çatdıqda, əvvəllər Məsudu və Səlcuq şahı müdafiə edən və hadisələrin belə inkişafını 
gözləməyən  xəlifə  əl-Müstərşid  tələsik  Bağdadı  möhkəmləndirməyə  başladı  və 
İraqın  bütün  şəhərlərinə  öz  vəkillərini  təyin  etdi.  Xəlifə  bu  dəfə  də  Səlcuqilərin 
hakimiyyətindən qurtulmaq üçün ciddi cəhd göstərdi. Bu məqsədlə o, Səlcuqilərin  heç 
olmazsa  zəifləyəcəyinə  ümid  bəsləyərək  səlcuq  şahzadələrini  bir-birinə  qarşı  ara 
vuruşmalarına  təhrik  edirdi.  Xəlifə  Məsudun  və  Səlcuq  şahın  müttəfiqi  kimi 
Bağdaddan hərəkət etdi, ancaq Xulvan keçidindən o tərəfə addımlay ıb, hadisələrin 
gedişini gözləməyə başladı
6

Hic ri  526-cı  il cu mad əs-sani ayının 7-də (27  mart 1132) Xə lifə Bağdaddan 
çıxarkən,  bu  gündən  etibarən  Səncərin  adının  xütbələrdə  çəkilməməsi  haqqında 
göstəriş  verdi.  Elə  bu  gündən  də  Xəlifə  ilə  Səncər  arasındakı  bütün  qarşılıq lı 
münasibətlər  kəsildi.  Bununla  yanaşı,  indi  Səlcuqilərin  hər  hansı  başqa  bir 
                                                                 
1
 İbn əl-Əsir, VIII, səh.335-336. 
2
 İbn əl-Cövzi, X, səh.25. 
3
 İbn əl-Cövzi, X, səh.25; İbn əl-Əsir, VIII, səh.335; Sibt ibn əl-Cövzi, XII, səh. 170.1 
4
 İbn əl-Əsir, VIII, səh.336; yenə də onun: "Atabəylər", səh.44; İbn əl-Kalanisi (əl-Fariqi), səh.328. 
5
 Ravəndi, səh.251; əl-Bundari, səh.158; əl-Hüseyni, vər.56b. 
6
 İbn əl-Cövzi, X, səh.26; Sibt ibn əl-Cövzi, XII, səh.170. 
 


21 
 
nümayəndəsinin  də  adı  xütbələrdə  çəkilmirdi.  Buradan  belə  bir  nəticə  çıxırd ı  ki, 
xəlifə əl-Müstərşid özünü bütün İraqın yeganə müstəqil hakimi elan etmişdir.  
Hic ri  526-cı  il  rəcəbin  8-də  (26  may  1132)  Hə mədan  yaxınlığındakı  Dey -
Mərc  adlı  yerdə  şahzadələr  -  Məsud  və  Səlcuq  şahın  birləş miş  qüvvələri  ilə 
Səncərin  qoşunları  arasında  döyüş  baş  verdi.  Səncər  ordusunun  sağ  qanadında 
şahzadə  Toğrul  və  əmir  Ku maç,  sol  qanadında  Xarəzmşah  Atsız,  mərkəzində  isə 
20  minlik seçmə alayla Səncər ö zü yerləşmişdi. Ümu milikdə isə Səncərin 100  min  
döyüşçüsü var idi.
1
 
Məsudun 30  minlik ordusunun sağ qanadında əmir Qaraca əs -Saki  ilə əmir 
Qızıl,  sol  qanadında  əmirlərdən  Yü rün  Quş  Bazdar,  Yusif  Çavuş  və  başqaları, 
mərkəzdə  Məsud  və  çox  gü man  ki,  Səlcuq  şah  durmuşdular
2
.  Qaraca  ilə  Yusif 
Çavuşun  qəhrəmanlığına  baxmayaraq,  bu  kəskin  döyüş  Səncərin  qələbəsi  ilə 
qurtardı. Məsud qaçdı. Səlcuq şahın taleyinin nə ilə qurtardığı haqqında qaynaqlar 
heç  bir  məlu mat  vermir.  Səncər  döyüşdən  sonra  Qaraca  ilə  Yusif  Çavuşu  edam 
etdirdi  və  Məsudun dalınca  çapar  göndərdi.  Səncər  yenə  də  Məsudu  bağışladı  və 
Azərbaycanı  ona iqta  payı  ayırdı.  Məsud  Gəncəyə  qayıtdı
3
.  II  Toğrul  hicri  526-cı 
ilin cumad əs-sani ayında İraqın sultanı elan edildi və Həmədan, İsfahan və Reydə, 
eləcə də Cibəi əyalətlərində onun adına xütbə o xunmağa başlandı
4

Səncər  Xorasana  yenicə  çatmışdı  ki,  hicri  526-cı  ilin  ramazan  ayında 
(16.07.-14.08.1132)  Mahmudun  oğlu şahzadə  Davud yeni  sultan  II  Toğrula  qarşı 
çıxd ı.  Məsud  Davudun  atabəyi  Ağ  Sunqur  əl-Əh məd iliyə  Gəncədən  məktub 
göndərib  bildirirdi  ki,  o,  ö zünə  görə  deyil,  Davudun  xeyri  üçün  II  Toğru la  qarşı 
mübarizə  aparır.  Çünki  gürcülərdən  alacağı  torpaqlar  ona  kifayətdir.  Ağ  Sunqur 
cavabında  bildirdi  ki,  o  və  onun  qəyyumluğunda  olan  Məlik  Davud  sultan  II 
Toğrula  qarşı  hərəkətə  başlayırlar,  həm  də  ki  Sultan  Səncər  Xorasanda  - 
uzaqdadır
5

Davudla  Ağ  Sunqur  Azərbaycan  və  Arranın  qoşunlarını  toplayıb     
Həmədana  doğru  hərəkət  etdilər.  Davudla  II  Toğrulun  qoşunları  arasında  döyüş 
Vahan kəndi yanında baş verdi. Davudun türk döyüş çülərinin bir hissəsi Toğrulun 
tərəfınə  keçdi  və  bu,  döyüşün  taleyini  həll  etdi.  Davudla  atabəyi  Bağdada  qaçdı, 
orada  xəlifə  onları  rəğbətlə  qarşıladı.  Məsud  da  tezliklə  Gəncədən  oraya  gəldi
6

Xəlifə  1133-cü  ilin  yanvarında  Məsud  və  Davudun  adına  xütbə  oxutdurdu  və 
onlara fəxri geyimlər verd i
7
. II Toğru lun tutduğu Azərbaycana  Məsudla Davudun 
                                                                 
1
 İbn əl-Əsir, VIII, səh. 336-337; əl-Bundari, səh.159; İbn əl-Əsir. "Atabəylər", səh.44-45. 
2
 İbn əl-Cövzi, X, səh.26. 
3
 İbn əl-Əsir, VIII, səh.337; əl-Hüseyni, vər. 56b-57a. 
4
 İbn əl-Əsir, VIII, səh.337; əl-Bundari, səh.159-160; əl-Hüseyni, vər.57a. 
5
 Əl-Hüseyni, ver.57a. 
6
İbn  əl-Əsir,  VIII,  səh.338;  əl-Bundari,  səh.160-162;  Sibt  ibn  əl-Cövzi,  XII,  
səh.170. 
7
 İbn əl-Cövzi, X, səh.29; əl-Hüseyni, vər.58a. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə