Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə21/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   17   18   19   20   21   22   23   24   ...   103

44 
 
sultana göndərəcəyəm. Özü mə heç nə saxlamayacağam". Bu barədə o, özü sultana 
və atabəy Eldənizə yazdı"
1

Xuzistan  hakimi  Şimlə  də  atabəy  Eldənizin  vassalı  id i
2
.  Bağdadda  Sultan 
Arslan şahın adına xütbə o xun masına  xəlifənin etirazından sonra Şimlə  Eldənizin 
göstərişi ilə hərəkət edib Bağdadın hüdudlarına hücum etdi və xəlifə Müstənciddən 
Bəsrə  ilə  Vasit  arasındakı  bir  sıra  torpaqları  ona  güzəştə  getməsini  tələb  etdi.  O 
bilird i ki, bu torpaqlan iqta kimi Su ltan Arslan şahdan və atabəy Eldənizdən almış -
dır.  Xəlifədən bu torpaqlara yiyələn mək üçün fərman istədi.  Yaln ız bir neçə aydan 
sonra xəlifə qoşunları Şimləni tutduğu torpaqlardan çıxartmağa müyəssər oldu
3

Beləliklə,  atabəy  Şəmsəddin  Eldəniz  Qafqaz  dağlarından  İran  körfəzinə 
qədər  uzanan  nəhəng  bir  ərazini  ö z  hakimiyyətinə  tabe  etdirdi.  Eldənizin  
hakimiyyətində  olan  ərazi  "Tiflis  qapılarından  Məkranadək  uzanırd ı.  O, 
Azərbaycan, Arran, Şirvan,  Cibəl, Həmədan,  Gilan, Mazandaran, İsfahan və Reyə 
yiyələn mişdi"
4
.  Mosul,  Kirman  və  Fars  atabəyləri,  Şirvan,  Xuzistan,  Xilat,  Ərzən 
ər-Ru m  və  Marağa hakimləri  Eldənizin  adına  (xəlifə  və  sultanın adına sonra)  pul 
kəsdirib,  xütbə oxutduran vassallar id ilər.  Əl-Hüseyni belə yazır: "Atabəy Eldəniz 
əsil  hökmdar  id i.  Əmrləri  o  verir,  iqta  torpaqlarını  paylayır,  dövlət  xəzinəsinə 
nəzarət edirdi, Sultan Arslan şah ibn Toğrulun isə ancaq adı hökmdar idi"
5

Şəmsəddin  Eldənizin  adları  çəkilən  nüfuzlu  şəxslərdən,  o  cümlədən  
atabəylərin üzərində sultandan sonra ikinci s iyasi hakimiyyət  mövqeyi onun fəxri 
"Böyük atabəy" (atabəy əl-əzəm) adında da öz əksini tapmışdı. 
Beləliklə,  öyrənilən  dövrün  ən  böyük  dövlət  xadimi  atabəy  Eldənizin  
fəaliyyəti,  birliyi,  nisbi  də  olsa,  ara  mübarizələrinin  zəifləd ilməsi  yalnız  atabəyin 
sərəncamındakı  hərbi  qüdrətə,  ehtiyat  mənbələrinə  və  onun  nüfuzuna  görə  əldə 
edilə bilən dövlətin - İraq sultanlığının  mərkəzi hakimiyyətinin  möhkəmlən məsinə 
imkan yaratdı. Eldəniz bir növ ikili hakimiyyətin yaradıcısı oldu: hicri 555 (1160)-
ci  ildə  o,  İraq  sultanhğında  hakimiyyəti  öz  əlinə  aldığ ı  vaxtdan  etibarən  Sultan 
dövlət  başçısı  rolunu  formal  ifa  etməklə  səlahiyyəti  bitmiş  bir  şəxsə  çevrildi. 
Qoşunların  başçısı,  vəsaitlərin  sərəncamçısı,  nəhayət,  vassalların  əsil  süzerini 
Atabəy idi. 
Belə bir vəziyyət, şübhəsiz ki, hakim sinfin ço x hissəsinin mənafeyinə, hər  
şeydən əvvəl ço x da iri olmayan iqta sahiblərinin və varlı şəhərlilərin  mənafey inə 
uyğun  gəlirdi.  İri  hərb i  qüvvələrin  cəlb  olunduğu  daimi  ara  mübarizələri,  gü man 
ki,  mü lklərdən gəlirlərin  müntəzə m alın masını çətinləşdirir və yalnız  iri əyalətlərə 
                                                                 
1
  Əl-Hüseyni, vər.93a-94a;  həmçinin  bax:  İbn  əl-Əsir,  IX,  səh.108; Məhəmməd  ibn İbrahim,  səh. 
52, 66. 
2
 Əl-Hüseyni, vər.95b-96a; İbn əl-Əsir, IX, səh.96-97, 134. 
3
 Yenə orada. 
4
 İbn əl-Əsir, IX, səh.l 19, 367; İbn Xaldun, V, səh.178-179. 
5
 Əl-Hüseyni, vər.94b. 
 


45 
 
sahib  olan,  varlanmağa,  öz  mülklərini  genişləndirməyə  ümid  edən  əmirlər  üçün 
əlverişli  id i.  Ali  hakimiyyətin  -  sultanın  adından  fəaliyyət  göstərmək  imkanı 
qazanmış  Eldəniz  öz  mövqeyindən  sülalə  mülkiyyətlərin i  genişləndirmək  üçün 
istifadə edird i. Ancaq güclü rəqiblərə - Mosul və Fars atabəylərinə  münasibətində 
və  həmçinin  ucqar  ərazilərin  hakimlərinə  münasibətdə  Atabəy  onla rın  vassal 
asılılığını  tanıması  ilə  kifayətlənird i.  Mənbələr  (müsəlman  olmayanlar  içəris indən 
çıxmış  abidələr  xüsusilə  əhəmiyyətlidir)  Eldənizin  hakimiyyəti  dövründə  ara 
didişmələrinin  zəiflədiyi  haqqında  məlumat  verirlər  ki,  buna  da  onun  siyasətinin 
nəticəsi kimi baxmaq lazımdır. 
Əgər  biz  Böyük  atabəy  Şəmsəddin  Eldənizin  daha  güclü  rəqib lərinin  onun 
yaratdığı dövlətlə qarşılıqlı  münasibətlərini işıqlandırmasaq, onun fəaliyyət mənzərəsi 
yarımçıq  olar.  Bu  rəqib,  çarları  ta  monqol  hücumlarına  qədər Azərbaycan hakimləri 
Eldənizlərlə daimi münaqişədə olan Gürcüstan idi. 
Hicri  556-cı ilin şaban ayında (avqust, 1161) gürcü qoşunları çar III Georginin 
(1156-1184) başçılığı altında Azərbaycana hücum edib, "Arran ölkəsindəki Ani şəhərini
1
 
tutaraq,  burada  çoxlu  əhali  qırdılar.  Sultanın  vassalı  -  Xilatın  hakimi  şah-ərman 
Seyfəddin  Bəy-Teymur  mühasirəyə  alınmış  şəhərə  kömək  göstərmək  istədi,  ancaq 
gürcülər tərəfindən məğlub edildi və güc-bəla ilə əsir düşməkdən yaxasını qurtardı
2

Gürcülər  "o  qədər  düşmən  qoşununu  qılıncdan  keçirtdilər  ki,  onun  sayını  kimsə 
müəyyənləşdirə bilmədi, əsir alınanlar isə 41 min id i"
3

Şaban  ayında  30  minlik  gürcü  qoşunu  "yenidən  islam  ölkəsinə  soxuldu  və 
Dvini  tutdu,  bu,  Azərbaycan  ölkəsinin  ucqarında,  Rum  ölkəsi  yaxınlığında  bir 
şəhərdir.  Onlar  10  minə  yaxın  sakini  qarət  edib  öldürdülər,  çoxlu  qadın  və  uşağı 
soyundurub,  çılpaq  və  ayaq-yalın  qovub  əsir  apardılar.  Ancaq  öz  ölkələrinə 
qayıdanda, gürcü qadınları onların müsəlman qadınları ilə davranışlarına qarşı çıxdılar 
və  öz  döyüşçülərinə  dedilər:  "Siz  müsəlmanları  məcbur  edirsiniz  ki,  sizin  onların  
qadınları ilə etdiyiniz rəftarı onlar da bizimlə etsinlər. Yalnız bundan sonra qadınların 
paltarlarını özlərinə qaytardılar"
4

Bir  müddətdən  sonra  gürcü  qoşunları  yenidən  Azərbaycana  soxuldu,  Gəncə 
şəhərini  tutdular,  onu  talan  etdilər,  əhalidən  çoxlu  əsir  ahb,  çoxlu  hərbi  qənimətlə 
birlikdə apardılar
5

 
Bundan xəbər tutan atabəy Eldəniz öz qoşunlarını gürcü feodallarına qarşı yürüşə 
hazırladı. Xilatın hakimi Seyfəddin Bəy-Teymur, IMarağa hakimi  Nüsrətəddin Arslan-
                                                                 
1
 İbn əl-Əsir, IX, səh.77; İbn Xaldun, V, səh.171; Арабский ононим, D-173, vər.673a. 
2
  İbn  əl-Əsir,  IX,  səh.77;  İbn  əl-Kalanisi  (İbn  əl-Əzraq),  səh.361;  Stepannos  Orbelian,  səh.271; 
Vardan, səh.155. 
3
 Vardan, səh.155. 
4
  İbn  əl-Əsir,  IX,  səh.79-80; İbn əl-Kalanisi,  səh.361;  Vardan,  səh.155;  Əbu  Şəmə,1/2, 329; Yaqut, 
IV, səh.112; Əbül-Fida, III, səh.39. 
5
 İbn əl-Kalanisi, səh.361.
 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə