Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə22/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   18   19   20   21   22   23   24   25   ...   103

46 
 
Aba, Ərzən ər-Rum hakimi  Fəxrəddin, əmir Səltuq və başqa əmirlər də öz qoşunları 
ilə ona qoşuldular. Eldənizin qoşununun sayı 50 minə çatdı və 558-ci ilin səfər ayında 
(yanvar,  1163)  əmirlərin  birləşmiş  qüwələri  Gürcüstana  hücum  etdi.  Eldənizin 
qoşunları ilə gürcü ordulan arasında hərbi əməliyyat bir ay uzandı. 
Hicri  558-ci  ilin şabanında  (iyul,  1163)  müsəlman əmirlərinin  birləşmiş qüvvələri 
Eldənizin başçılığı altında yenidən gürcülərə qarşı  yürüşə başladı. Eldəniz yandırılmış 
(kül edilmiş) Dvini gürcülərdən geri aldı və III Georgini ağır məğlubiyyətə uğratdı
1

Bu  yürüşdə  iştirak  edən  ibn  əl-Əzraq  əl-Fariqi  yazır:  " Gürcülər  ən  həqarətli 
məğlubiyyətə  uğradılar.  Onların  varidatından  o qədər  çox  qənimət götürülmüşdü  ki, 
onu təsvir etmək və ya saymaq mümkün deyildi. Çarın axuru gümüşdən qaynlmış ilxı 
tövləsi ələ  keçirilmişdi. Çarın anbarı və onda nə varsa, böyük gümüş çəlləklər də daxil 
olmaqla, hamısı zəbt edilmişdi. Bu gümüş çəlləklərdən biri sultana göndərildi. Onu və 
o  cür  başqa  birisini daşımaq üçün  bütöv  bir  araba  lazım  idi.  Sultan onu və  o dövrdə 
dövriyyədə olan dinar hesabı ilə iki min dinarlıq qəniməti öz sarayına göndərdi. O, qızıl 
və  gümüş  su  qablarını  göndərdi,  adamların  su  içməsi  üçün  onlar  Həmədan  cümə 
məscidinə  verildi.  İkinci  çəlləyi  türkmənlər  götürdü  və  onu  tikə-tikə  doğradılar. 
Müsəlmanlar çox böyük sayda qənimət əldə etdilər və çoxlu adam qırdılar, Abxaziya 
çarı qaçmağa üz qoydu və qalın meşədə gizləndi. 
Şah-ərmən  üç  tay  yük  ələ  keçirdi;  birində  qızıl  və  gümüş  qablar  var  idi, 
ikincisində  tayı-bərabəri  tapılmayan,  müxtəlif  qiy mətli  daş -qaşla  örtülmüş,  ölçülməz 
dəyərdə qızıl və cavahiratla bəzədilmiş qızıl və gümüş xaçları olan çar sovməəsi, üçüncü 
yükdə qızıl, gümüş və cavahirat olan çar xəzinəsi var idi ki, onların bəzilərinə qiymət 
vermək mürnkün deyildi". Əl-Fariq i yazır: "Mən 549-cu ildə abxa z çarının xid mətinə 
gələndə həmin meşədə [gələcəkdəki] döyüş yerini görmüşdüm"
2

Demək  olar  ki,  bütün  mənbələr  gürcü qoşunlarının  məğlubiyyə-tini  Eldənizin 
yanına  qaçıb,  gürcü  qoşunlannm  mövqeləri  haqqında    ona  xəbər  verən  hansı  bir 
gürcününsə  xəyanəti  ilə  izah  edirlər.  Bu    gürcü  guya  ki,  Eldənizə  derhişdi:  "Əgər  sən 
mənə  qoşun  versən,  onda  mən  onu  tanıdığım  yolla  aparar  və  gürcülərə  arxadan  elə 
yaxmla-şaram  ki,  onlar  bunu sezə  bilmə zlər"
3
.  Eldəniz  onun doğruluğuna  inandı və 
onunla  qoşun  göndərdi.  Onlar birgə  hücum  günü  haqqında  [qabaqcadan] şərtləşdilər. 
Həmin gün gəlib çatanda, hər iki yandan sıxışdınlan gürcü qoşunu darmadağın edildi. 
Geriyə qaçan gürcüləri üç gün təqib etdilər
4

Alban tarixçisi Mxitar Qoş qeyd edir ki, gürcü qoşunlarının mövqeləri haqqında 
məlumatı atabəy Eldənizə gürcü çan İvanenin sipəhsaları Smbat oğlu Orbeli vermişdi. O, 
"[bu xəbəri] atabəyə və sultana gizlincə çatdırmışdı, belə ki, onlar ilə ittifaqda idi və 
                                                                 
1
 Vardan, 156, Stepannos Orbelian, səh.219; Müq. et: Histoire de la Georgie, 1/2, p.255. 
2
İbn əl-Kalanisi (İbn əl-Əzraq), səh.361-362. Müq. et: V.Minorsky, Studies, pp.93-94. 
3
 İbn əl-Əsir, IX, səh.80; İbn Xaldun, V, səh.171. 
4
 Мхитар Гош стр, 19. 


47 
 
rüşvət onun gözünü tutmuşdu"
1
. Orbeli çar III Georgiyə qarşı qəsd düzəldən iri gürcü 
aznaurlarının  dəstəsinə  başçılıq  edirdi.  Qəsdçilər  "çar  taxt-tacını  mənimsəmiş"  III 
Georgini  devirmək,  taxta  Georginin  qardaşı  oğlu,  İvane  Orbelinin  kürəkəni  və 
yetişdirməsi (İvane Demnənin atabəyi sayılırdı) Demnəni çıxarmaq istəyirdilər.  
Tarixçi Stepannos Orbelian əmir-sipəhsalar İvane Orbelinin xəyanətini məhz 
belə  bir  planda  təsvir  etmişdir:  "İvanenin  ona qarşı  münaqişələrinə  çar  Georgi  son 
qoymaq  istədikdə  İvane  Lori  qalasında gizləndi və oradan öz qardaşı Lipariti atabəy 
Eldənizin yanına göndərib xahiş etdi ki, öz qoşunları  ilə Gürcüstana gəlsin"
2

Çar  III  Georgi  Lorini  bir  neçə  aylığa  mühasirədə  saxladı,  İvanenin  tərəfdarları 
tədricən  qalanı  tərk  etməyə  və  Georgiyə  təslim  olmağa  başladılar.  Georginin 
düşərgəsindən  İvaneyə  təslim  olmağı  təklif  etdilər,  "belə  ki,  onlar  atabəy  Eldənizin 
gəlməsindən  qorxurdular".  Şahzadə  Demnə  də  qaladan  qaçdı.  Bundan sonra  İvane 
Georginin onun həyatına toxunmayacağı andına  inanıb təslim oldu, ancaq çar öz sözünə 
xilaf çıxıb İvaneni, onun oğlanlarını və qohumlarını tutmağa əmr etdi. O, İvanenin 
gözlərini  çıxartdırdı,  şahzadə  Demnənin  gözlərini  kor  etdi,  onu  axtaladı,  başqa 
qohumlarını isə öldürməyi əmr etdi
3

İvanenin  göndərdiyi  və  "öz  oğulları  Eliku m  və  İvane  ilə  atabəy  Eldənizin  
yanına gələn" Liparit "60  minlik  fars ordusunu çoxlu süvari  ilə gətirib qardaşın ın  
kö məyinə gəld i"
4

Gü rcüstanın  məğlubiyyətindən  sonra  Liparit  atabəy  Eldənizin  yanında 
qulluqda  qaldı.  Onun  oğullarından  biri  -  Eliku m  Eldənizə  xid mət  etməyə  başladı, 
başqa oğlu İvane isə Atabəyin Gəncədəki can işininin yanında qulluğa girdi.  
Stepannos  Orbelian ın  dediyinə  görə,  Eliku m  Eldənizin  və  onun  oğulları 
Pəhləvanla  Qızıl  Arslanın  sarayında  yaşadı,  "onlardan  farsların  ölkəsindəki  bütün 
kübar  əyanlardan  daha  artıq  mənsəb  aldı.  Atabəy  böyük  Hamian  (M iyanə  -  ?) 
şəhərini  ona  verdi,  onu  öz  oğlu  adlandırırdı,  ona  tuğra  mülkiyyəti  təhkim  etdi  və 
həmçinin onu 12  illiyə  Rey,  İsfahan və Qəzvin  kimi böyük şəhərlərə vali və əmir 
təyin  etdi"
5
.  Daha  sonra  tarixçi  göstərir  ki,  sultan  Eliku mu  məcbur  edird i  ki,  o, 
islamı  qəbul  etsin  və  qızın ı  ona  ərə  versin.  Ancaq  Eliku m  mü xtəlif  bəhanələrlə 
bundan  boyun  qaçırır  və  xahiş  edir  ki,  onu  Naxçıvan  vilayətinə  qulluğa 
                                                                 
1
İbn  əl-Əsir,  IX,  səh.80;  İbn  Xaldun,  V,  səh.171-172;  S.Anetsi  (səh.138)  satqınların  adlarını 
sadalayır  və  Eldənizin  qoşunlarının  erməni  təqvimi  ilə  613  (09.02.1163)-cü  ildə  hücum  etdiyini 
göstərir; Matevos Urfetsi, səh.362-365; İbn əl-İbri, səh.286-287. Gürcü salnaməsinin (1/1, səh.390-
395) bu hadisələrə və ümumiyyətlə, Georginin hakimiyyət dövrünə aid məlumtaları olduqca qarışıq 
və anlaşılmazdır. 
2
 Stepannos Orbelian, səh.217-219; Tacidarların tarixi və mədhi, səh.29. 
3
  Stepannos  Orbelian,  səh.  220; Tacidarların tarixi və  mədhi,  səh.29.  Müq.  et:  Gürcüstan tarixi,  I, 
səh.193-194. 
4
 Stepannos Orbelian, səh.220. 
5
 Yenə orada, səh.221. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə