Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə23/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   19   20   21   22   23   24   25   26   ...   103

48 
 
keçirtsinlər,  çünki  "bu  ölkə  Gü rcüstana  yaxındır  və  oradan  öz  əcdadları  və  
qardaşlarının qanına görə intiqam almaq daha asan və əlverişlid ir"
1

Artıq  Eldənizin  ölü mündən  sonra  onun  oğlu  Cahan  Pəhləvan  Eliku mu 
Əlincə  qalasına,  Cu lfa  şəhərciy inə  və  Na xçıvan  yaxınlığ ındakı  daha  bir  qalaya 
əmir təyin edir. Bundan sonra axır  ki,  Eliku mu islamı qəbul etməyə  məcbur etdilər 
və  bu  hadisə  şərəfınə  Cahan  Pəhləvan  Culfanı  və  qalanı,  Naxçıvan ın  əsas 
küçəsindəki 30 dükanı  Eliku ma bağışladı, "ona ömürlük və nəsildən-nəslə keçəcək 
bütün bunlar üçün tamğa verdi"
2

Yu xarıda  qeyd  edilən  hadisə  Sədrəddin  əl-Hüseyninin  əsərində  başqa  cür 
təsvir  olunur.  Eldəniz  Dvin  gürcülər  tərəfindən  dağıld ıqdan  sonra  öz  qoşunlarını 
Gü rcüstan  üzərinə  göndərəndə,  gürcülərdən  belə  bir  tələblə  məktub  aldı:  "Hər  il 
[bizim] çarın  xəzinəsinə daxil olan Gəncə və Beyləqanın xəracı bizə çatır. Ancaq bir 
neçə  ildir  ki,  xəzinəyə  gələn  gəlir  kəsilmiş  və  biz  arzu  edirik  ki,  sən  həmin  pulu 
verəsən". 
Atabəy Şəmsəddin Eldəniz gürcülərə belə cavab verdi: "Mən İraqda qalmayıb, 
bu ölkəyə ona görə gəldim ki, qoşun toplayam, Tiflisə yürüyəm, onu tutanadək aramsız 
mühasirədə saxlayam. Əgər sizdə qüvvə varsa, onu meydana çıxarın, onsuz da mən 
sizin ölkənizə hücum edəcəyəm. Mən sizin üzərinizə [elə] qoşunla gəlmişəm  ki, ondan 
sizi  qılınc  vurmaqdan  və  [nizə]  uclarından  başqa  bir  şey  qurtara  bilməz".  Bundan 
sonra  Atabəy  Həmədandan  Sultan  Arslan şahı  qoşunla  çağırtdırdı  və  hər  iki  qoşun 
Naxçıvanda birləşən kimi, ordu hərəkətə gəld i və Gəncəyə çatdı. 
Gürcüstan çarı III Georgi Eldənizin və Sultanın nəhəng qoşunla gəldiyini bilib, 
Azərbaycana hücum  etmək  qəsdindən  əl  çəkdi və  Atabəyə belə yazdı: "Mən səndən 
nəyi  tələb  edirdimsə,  ondan  imtina  edirəm.  Mən  bir  də  sənə  bəd lik  gətirən  heç  nə 
etməyəcəm.  Mən sənə  nə  yararlıdırsa, onunla  razıyam  və nə  istəyirsənsə, onu yerinə 
yetirməyə ha zıra m!"
3
 
Gürcü  elçisi  çar  III  Georginin  məktubunu  gətirəndən  sonra  atabəy  Eldəniz 
bütün  əmirləri  topladı  və  gələcək  əməliyyatlar  barəsində  məsləhətləşməyə  başladı. 
Hərbi  şuradan sonra  Eldəniz  və  Sultan,  həmçinin  bütün  əmirlər  Gürcüstan üzərinə 
yürüməyi  qərara  aldılar.  Türkmənlərin  iri  birləşmələri  də  Sultan  qoşununa 
qoşuldular. 
"Gürcüstan  çan  onun  ölkəsinə  hücumu  bildikdə,  onlann  qarşı-sını  almağa 
tələsdi. O hazırlaşdı, silahlandı, dağılmış və səpələnmiş  [qüwələri] topladı, böyük bir 
qoşun və döyüş arabaları ilə hücuma keçdi. Kafirlərin heç bir ordusu bu ordu kimi belə 
çoxlu döyüşçü və insan [yığnağı], silah, üçdişli nizə, cins atlar və çox ya xşı qatırlar 
yığa bilməmişdi. 
                                                                 
1
 Yenə orada, səh.222. 
2
 Yenə orada, səh.223. 
3
 Əl-Hüseyni, vər.89a.
 


49 
 
Hər iki tərəf bir-birinə yaxınlaşdı. Atabəy Eldəniz qoşunu üç dəs təyə  ayırdı.  Bir 
dəstə  çar  və  onun  ordusu  ilə  qarşılaşmağa  hazır  idi.  İkinci  dəstədə  İraq  qoşunu 
yerləşirdi. Atabəy onlara əmr verdi ki, hələ süvarilərlə süvarilər, piyadalarla piyadalar 
qarışmayınca, [pusquda] gözləsinlər və elə ki onların arasına döyüşçülər qılınclarla və 
nizələrlə  soxuldular,  bunu  görən  kimi  müsəlmanlann  ürəyinə  təpər  vermək  və 
allahsızların  ürəyini  sustaltmaq  üçün  onlarm  kö məyınə  gəlsinlər.  Onun  özü  isə 
məmlükləri və yaxın adamları ilə, müharibədə sınanmış, dəfələrlə döyüşlərdə iştirak etmiş 
adamlarla  və  döyüşçülərlə  üçüncü  hissədə  qaldı.  Bu  [adamlar]  mü xtəlif  vəziyyətlərə 
düşmüş, müharibənin açıq və gizli işlərini bilirdilər. Çar gəlib çatdı, öz ordusunu sağ və 
sol  cinahlarda,  mərkəzdə  və  iki  qanadda  düzdü.  Müsəlmanların  qoşunu  onlara  qarşı 
dayanmışdı.  Gürcülər  müsəlmanların  üzərinə  hücuma  keçdilər,  ancaq  onlar  çox  bərk 
dayanmışdılar və  onların  arasında  müharibə  dəyirmanının  daşı hərlənməyə  başladı - 
şimşək  kimi  parıldayan  qılınclarla  başlar  bədənlərdən  ayrılır,  çiy inlər  xəncər 
zərbələrindən şaqqalanırdı. 
Döyüşçüləri müharibə alovu bürüyəndə və ölüm döyüşçülər arasında dolaşanda, 
gürcü  yığvası  özünü  müsəlmanların  üzərinə  atdı.  Müsəlmanların  İraq  əmirlərindən 
ibarət ikinci dəstəsi onları qorxuya sala bildi. Onlar öz atlıları ilə gürcüləri gecə qaranlığı, 
ya sürətli axm kimi bürüdülər,  mətanət və cəsarətlə birləşərək, "Allahu-əkbər" deyib 
[irəli atıld ılar]. 
Onlar  öz  müsəlman  qardaşlarına  qovuşub,  Allahın  düşmənləri  üzərinə 
yürüdülər,  onların  sıralarını  dağıtdılar,  qoçaqlarını  qaçmağa  məcbur  etdilər,  onları 
müdafıə  mövqelərindən vurub çıxartdılar.  Bütün bunlara baxmayaraq, onlar öz çarlarının 
önündə yer tutub, dözümlə müdafiə olunurdular. Günortayadək belə davam etdi. Bu vaxt 
atabəy Eldəniz özü öz türkləri  ilə onlara qarşı çıxdı, öz adamları və silahı ilə onların  
qarşısındakı bütün ərazini gecə zülməti kimi örtdü. 
[Gürcü]  çarı  qoşunun  çoxluğunu və bir-birinin  ardınca  köməyə  gələn dəstələri 
görəndə, o  və  onun  qoşunu öz  mövqelərini  buraxdılar  və  onları  qabaqdan və  arxadan 
qılınclar  yaxaladı.  Allahın  sadiq  bəndələrinin  -  müsəlmanların  sayı  kafir  allahsızların 
yığnağının [sayını] keçdi, onlan od-alova yaxdı, atılıb-düşməyə və dingildəməyə məc-
bur  etdi.  Günortadan sonra  müsəlmanlar  Allahm  darmadağın  olun muş  düşmənlərinə 
qalib  gəldilər,  onların  10  minə  yaxm  qəhrəman  və  igidini  qılıncdan  keçirib,  vəhşi 
heyvanlara və quşlara yem olaraq düzə tökdülər. 
Allahsızların əyan dəstəsi  mühasirəyə alınıb əsir götürüldü.  Onlan  yandırılmağa 
məhkum  edilmiş  cinayətkarlar  kimi  sultan  və  atabəy  Eldəniz  olan  yerə  güclə 
aparırdılar...  Gürcüstan  çarı  isə  öz  canını  qaçmaqla  qurtardı,  qənimətsiz  boş  əllə, 
qələbə əvəzinə məğlubiyyətlə qayıtmasından razı idi. 
Müsəlmanlar hələ bu vaxtadək on lardan hər hansı birisinin və qoşunların ın 
ala  bilməyəcəyi  qənimətə  y iyələndilər.  Döyüşçülər  atlar,  ço xlu  əşya,  gözəl 
çadırlar,  inci  kimi  təzə  qulamlar  və  qənimətlərə  qərq  olmuşdular.  Çarın  ələ 
keçirilmiş  varidatı  içərisində  çar  atlarının  suvarıldığ ı  gümüş  vedrələr,  yemək 
hazırlanan  qablar,  kürsülər,  boşqablar,  məcməyilər,  kuzələr  var  id i  və  bunların 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə